"Bazar ertəsi klinikadakı professor bizi qəbul etməlidir"
Müalicə üçün Almaniyaya gedən jurnalist Nicat Dağlar mənzil başına çatıb. Bu barədə AzadlıqRadiosuna onun qaynı Məqsəd Rəhimov məlumat verib:
«Bu gecə 4-də yola düşmüşük. Artıq Frankfurtdayıq. Almaniyada şənbə və bazar iş olmadığından bu gün istirahət edəcəyik. Frankfurtdan 200 metr aralıda olan bir şəhərdə klinika var. Bazar ertəsi həmin klinikadakı professor bizi qəbul etməlidir».
Jurnalist N. Dağlar leykoz xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə müalicə üçün Gürcüstanda olub. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra Nicat Dağların müalicə xərclərini dövlət öz üzərinə götürüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?