Gundemxeber.az » Ölkə » Kirminal » Binədə bir ailənin 6 üzvü qidadan zəhərlənib, araşdırmalara başlanılıb - Yenilənib
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb...
Bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Bakının Xəzər rayonunun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib.
TƏBİB-dən bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya edilib: "Onlardan 3 nəfər böyük (2-si qadın, 1-i kişi olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir".
Gundemxeber.az
3-02-2020, 10:15
11-12-2020, 11:15
12-07-2017, 16:52
10-12-2019, 17:16
29-11-2019, 11:52
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?