GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakıda gözəllik salonunda dəhşətli qətl: qadın başqası ilə gəzdi, əri isə... – ŞOK

Bakıda gözəllik salonunda dəhşətli qətl: qadın başqası ilə gəzdi, əri isə... – ŞOK

Tarix: 20-06-2024, 22:54 Bölmə :Kirminal Baxış: 253

bitmap-img6

Bakının Qaradağ rayonunda 1982-ci il təvəllüdlü Nəcəf qısqanclıq zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nəcibəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Nəcəf Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin hökmə əsasən həmin cəzası 2 il sınaq müddətinə şərti hesab edilməklə məhkum edilib.
Nəcəfin həmin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş halda daha bir ağır cinayət törədib. O, 2023-cü ilin yanvarın 11-də Tərtər Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş keçmiş arvadı Nəcibənin dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib.
Nəcəf gözəllik salonuna girib və Nəcibəni yanına çağırıb. Ona sürdüyü yüngül həyat tərzinə son qoymasını bildirib. Nəcibə isə keçmiş ərinə “get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm” deyib.

Bu zaman Nəcəf qısqanclıq zəminində qisas almaq niyyəti ilə əvvəlcədən yaşadığı mənzildən götürərək gödəkçəsinin sol cibinə qoyduğu mətbəx bıçağı çıxarıb və Nəcibəyə çoxsaylı zərbələr vurub. Ümumilikdə 25 bıçaq zərbəsi alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Nəcibə ilə 2004-cü ildə ailə qurub, 2022-ci ildə boşanıblar: “İki övladımız olub. Nikah dövründə münasibətlərimiz yaxşı olub. Boşanmağımıza səbəb evdən pul götürərək getməyi olub. Boşanma səbəbi olan pul oğurluğu ilə bağlı polisə müraciət etməmişəm. Nikahımız pozulandan sonra Nəcibə gözəllik salonunda işləməyə başladı. Ona orada işləməməsi barədə xəbərdarlıq etdim. Lakin xeyri olmadı. Atasına və qardaşına xəbər yollayaraq bildirdim ki, sizin uşağınız düz yolda deyil. Onlar da ondan yana gəlib-getmədilər, baxmadılar. Ancaq anası gəlib-getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Nəcibənin tanımadığı yad kişinin maşına minərək getdiyini gözü ilə görüb: “Xəbərdarlıq edərək dedim ki, sənin maşına mindiyini görmüşəm, bu yoldan qayıt, mən də məhv olaram, sən də məhv olarsan, uşaqların gələcəyi var. Bizim 17 və 18 yaşlı iki qız övladımız var. Onları da nəzərə almaq lazımdır ki, gələcəkləri məhv olub getməsin. Uşaqlarla görüşdüm, uşaqlar da bildilər. Böyük qızım hamısını danışdı, dedi ki, anası evə gəlmir. Hadisədən qabaq neçə dəfə xəbərdarlıq etdim. Mümkün olmadığından artıq onu vurası oldum. Öldürəsi olsa idim, iki ildir orada işləyirdi, gedib həmin dəqiqə öldürərdim. Ondan boşanmışdım. Hərə öz işində olub. Amma ona dedim ki, yüngül həyat tərzi keçirdiyin o yoldan qayıt. Gözəllik salonuna da danışmaq üçün getmişdim. Orada söhbət başqa cür oldu. İçəriyə girəndə balaca otağa çağırdım. Gözəllik salonunun içinə girsəm də, xanımlara yaxın getmədim. Çağıraraq dedim ki, səhv yollara gedirsən, bunu etmə. Cavabında “nə edirəm yaxşı edirəm, nə istəyərəm edərəm, get işinlə məşğul” dedi. Mən də öldürdüm. Bıçaqlayarkən heç bir müqavimət göstərmədi. Bir-iki dəfə qışqırdı. Sonra səsi kəsildi. Niyə bu qədər çox bıçaq vurmağımı özüm də bilmirəm. Özümdə olmamışam. Sənədi oxuyanda o qədər bıçaq vurulduğunu görmüşəm. Hadisə salonda olub, orada əlavə iki nəfər qadın da olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, qətl hadisəsi olandan sonra heç evə də getməyib: “Birbaşa 35-ci Polis Bölməsinə gedərək təslim oldum. Mən özüm şəhid övladıyam. Yalan ifadə vermirəm. Nə varsa, onu deyirəm. Orada özümdə olmamışam. Zədələri sayıb vurmamışam. Orada neçə zədə yazıldığını bilməmişəm, indi eşidirəm. Mən namus təmizləmişəm, uşaqlarımın gələcək həyatlarının məhv olmaması üçün etmişəm. Altı ay Nəcibəyə xəbərdarlıq etmişəm. Yenə də xəbərdarlıq etməyə getmişdim. Lakin orada elə sözlər dedi ki, özümdə ola bilmədim”.
İş üzrə təqsirləndirilən şəxsin qızlarından biri də ifadə verib. O, ifadəsində baş verən olayları belə izah edib: “Bizimç anamız ölüb. Lakin bu valdeyn itkisi deyil, eləbli ki həyatımız əlimizdən alınıb. Anam üç il idi ki, boşanmışdı, heç bir günahı olmayıb, qeyri-etik bir hərəkət etməyib. Atam üç ildir ki, bizi ancaq tənqid və təhqir edib. Bizə çox iyrənc söyüşlər söyüb. Bununla bağlı sübutum da var. Bu planlaşdırılmış bir işdir. Bizə ancaq deyib ki, sizi öldürəcəm, yaşadığınız yeri bilirəm, ananızı da, sizi də öldürəcəm. Ondan əvvəl də babamı bıçaqlamışdı. Babam polisə şikayət etməyə qoymayaraq, sabah üz-üzə gələcəyimizi demişdi. Anam ilə görüşüb hazırlığa getdım. Sonra bacım zəng etdi ki, deyəsən anama nəsə olub, get bax. Salonun yanına getdim. Oranın qanın içində olduğunu gördüm. Gözəllik salonunun yanında yaşamamışıq. Oradan köçmüşük. Anam hər gün saat səkkiz, doqquza qədər işləyib. Boşandıqan sonra atamın bizə maddi köməyi yalnız aliment olub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəf 17 il 7 ay 22 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Gözəllik salonunda QANLI OLAY: Keçmiş arvadını...

    ​Gözəllik salonunda QANLI OLAY: Keçmiş arvadını... ...

    9-01-2019, 13:06

  • 
  • Gözəllik salonuna gəlib azərbaycanlı arvadını döydü

    Gözəllik salonuna gəlib azərbaycanlı arvadını ...

    16-07-2017, 13:26

  • 
  • Arvadını öldürməyə cəhddə ittiham edilən alimin cəzası yüngülləşdirildi

    Arvadını öldürməyə cəhddə ittiham edilən alimin ...

    29-11-2018, 15:09

  • 
  • Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - 5 il həbs

    Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - ...

    4-11-2014, 12:49

  • 
  • Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

    Bakıda qardaşı arvadını qısqanclıq zəminində ...

    7-03-2019, 13:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu