GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI

Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI

Tarix: 4-10-2024, 22:31 Bölmə :Kirminal Baxış: 341

Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI
Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisə xəyanət zəminində olub:
"Mayın 5-də hava küləkli olduğu üçün usta kimi çalışdığım işdən tez ayrılmışdım və bu barədə ailəmə məlumat verməmişdim. Artıq məndə şübhələr yarandığı üçün evə arxa qapıdan daxil oldum. Otağın qapısına çatanda eşitdim ki, o, kiminləsə danışır və "yox, göstərə bilmərəm, uşaqlar yanımdadır" ifadələrini işlədirdi. İçəri girəndə gördüm kimləsə qeyri-etik geyimdə danışır. Əlindən telefonu alanda zəngi söndürdü. Yenidən həmin nömrəsinə zəng etdikdə bir oğlan cavab verdi və həmin an söndürdü. Olayın izahını tələb etdikdə, mənə bildirdi ki, nömrəni bacısı Aytən verib.

Dedim ki, yaxşı, o verib sən niyə danışırsan? Dedi ki, uşaqlar eşitməsin deyə digər otağa keçək. Keçdikdən sonra məni təhqir etməyə və hədə-qorxu gəlməyə başladı. Bildirdi ki, bacısı ilə həmin danışdığı kişi gəlir, evə psixotrop maddə atıb məni tutduracaq. Daha sonra ona xəbərdarlıq etdim. Lakin o, təhqirlərinə davam etdi. Mən də əsəblə onu boğmağa başladım. Özümə gələndə gördüm ki, artıq nəfəsi kəsilib. Sonra qardaşıma zəng etdim. Hadisəni dedim. Dəstəyi asdıqdan dərhal sonra polisə zəng edib təslim oldum. Elə hadisə yerində polis əməkdaşlarının gəlməyini gözlədim".

Nurəddin Məmmədov əlavə edib ki, Ayşə ilə öz istəkləri ilə ailə qurublar:

"Biz sevərək ailə qurmuşuq. Qoşulub qaçıb, daha sonra ailələrə bildirmişdik. Ailələr barışdıqdan sonra toy olub".

O, aralarında problem olmadığını da deyib:

"Belə bir hal ilk 5 il ərzində olmamışdı. Bu ilin yanvar ayının axırında bildim ki, kimləsə danışır. Mən onun telefonla yazışdığını gördüm. Əlindən almağa çalışanda, qaçdı mətbəxə, telefonu da söndürdü. Daha sonra gördüm ki, "WhatsApp" tətbiqini silib.

Sonra rayona getdi və qayıdanda telefonu yox idi. Onda da əməlindən əl çəkmədi. Gördüm ki, gecələr mənim telefonumla yazışır. Səbəbini soruşurdum. Deyirdi bir səhvdir, uşaqlıqdır etmişəm. Amma görürdüm ki, yenə də eyni əməli təkrar edirdi. Mən daha sonra telefonumla Ayşənin telefonunun "Gmail" adreslərini birləşdirdim. Gördüm ki, bütün yazışmalarını ekrandan çəkir saxlayır. Hər dəfə bunlar haqda soruşanda, deyirdi ki, "Aytənin işidir".

Daha dözməyib onu vurmuşdum. Bu məsələdən anasını da xəbərdar etdim. Dedi qızımla danışmışam, hər şey qaydasındadır. Dedim gəl məsələni həll et, yol pulunu da verirəm. Gəlmədi. Atası ilə hörmət saxladığımdan ona heç nə deməmişdim. Amma qardaşına məlumat vermişdim.

Bu iş boşanmağa qədər getmişdi. Fevral ayında məhkəməyə müraciət edərək, xəyanət səbəbindən boşanmaq istədiyimi söylədim. Fevralın 26-sı artıq işimizə məhkəmədə baxılacaqdı. Lakin ondan öncəki gecə ailəsinin təkidi ilə barışdıq".

Təqsirləndirilən şəxs yoldaşının onunla bağlı şikayətinin olmadığını bildirib:

"Ayşənin maddiyatla bağlı şikayəti olmayıb. Ona hər toyda bir dəst paltar alırdım. Heç özüm bir dəst kostyum da almamışdım".

Daha sonra zərərçəkmişin hüquqi varisi və atası Namaz İbrahimov ifadə verib:

"Mənim övladımın 5 il müddətində yoldaşı ilə problemi olmayıb. Hər şeyi Nurəddinin qardaşı korlayıb. Hər dəfə qardaşı qızımın evinə gələndə söz-söhbət yaranırdı. Həmişə gəlib bizim evdən nə tapırdısa, yığıb-yığışdırıb aparırdı. Heç bir dəfə evimə gələndə nəsə alıb gətirməmişdi. Şikayət etmirdim. Onun danışdıqları barədə məlumatım olmayıb. Mənim qızım başıaşağı və ədəbli qız olub. Heç kim onun haqda pis söz deyə bilməzdi. Nurəddin qızıma şər atır. Ona ən ağır cəza verilməlidir".

Təqsirləndirilən şəxs hüquqi varisə sual olaraq bildirib ki, "ona xəyanət barəsində məlumat verəndə niyə tədbir görməyib?"

Bu zaman şahid bildirib ki, belə söhbət olmayıb. Nurəddin isə onunla telefon söhbətini etdikdə içkili olub. Namaz İbrahimov boşanma ilə bağlı suallara da aydınlıq gətirib: "Boşanma məsələsini soruşduqda qızım mənə demişdi ki, Nurəddin gedib xalası oğlu ilə içib evdə söz-söhbət yaradır".

Hüquqi varis əlavə edib ki, barışıq əldə olunmayıb.

İclas 24 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, ittiham aktında görə, Nurəddin Məmmədov bu ilin aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşə Məmmədovanın naməlum şəxslə "WhatsApp"la görüntülü danışdığını görüb.

O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edərək hiddətlənib. Nurəddin telefonu arvadının əlindən alıb onun başına vuraraq sinəsindən itələyib, daha sonra mətbəx bıçağını götürüb.
O, bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyəsindən bir dəfə vuraraq onun sağlamlığına yüngül zərər vurub.
Nurəddin bu il mayın 5-də evə gəlib arvadı Ayşənin yataq otağında "WhatsApp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub.
Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxıb, boğaraq öldürüb. Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb./Bizim.Media

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arvadının boğaraq öldürdü

    Arvadının boğaraq öldürdü ...

    21-12-2016, 15:22

  • 
  • Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

    Bakıda qardaşı arvadını qısqanclıq zəminində ...

    7-03-2019, 13:31

  • 
  • Arvadını öldürənə cəza istənildi

    Arvadını öldürənə cəza istənildi ...

    17-01-2017, 17:53

  • 
  • Bakıda gəlinini öldürən kişi 12 il müddətinə azadlıqdan məhrum edilib

    Bakıda gəlinini öldürən kişi 12 il müddətinə ...

    25-07-2018, 15:09

  • 
  • 14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında

    14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında ...

    14-01-2017, 00:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu