11 dekabr 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, Azərbaycan tarixinin şərəfli səhifəsi olan 21 Azər hərəkatının ildönümü ilə bağlı müzakirələr aparılmış hərəkatın rəhbəri Seyid Cəfər Pişəvəri və silahdaşları hörmətlə anılmışdır.
İdarə Heyətinin yığıncağında, “KXCP-nin 2018-ci il üçün fəaliyyət istiqamətləri”nin müzakirəsinə başlanılmışdır.
İdarə Heyətinin - 2018-ci ilin AXC ili elan olunması ilə bağlı 06 noyabr 2017-ci il tarixli qərarının yerinə yetirilməsi istiqamətində müzakirələr aparılmış, tədbirlər planına əlavələr edilmişdir.
İdarə Heyətinin yığıncağında, Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbirlər planının müzakirəsi davam etdirilmişdir.
Sorğu
Yeni dizaynımız necədir?