19 iyun 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında, ölkədə ictimai- siyasi vəziyyətin gündən günə gərginləşməsi, korrupsiya, rüşvətin idarəetmə orqanlarını iflic vəziyyətə salması, hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı represiyalarının durmadan genişləndirməsi müzakirə edilmişdir. Yığıncaqda son vaxtlar regionda baş verən hadisələr müzakirə edilmişdir. Gürcüstan və Ukraynanın Avropaya inteqrasiyasının dərinləşdirilməsi müsbət qiymətləndirilmişdir. Rusiyada baş verən hadisələr, əsasəndə Putin hakimiyyətinə qarşı rus xalqının kütləvi etiraz aksiyalarına başlaması yaxın gələcəkdə regionun siyasi həyatında ciddi dəyişikliklərin baş verəcəyinin əlamətləri kimi dəyərləndirilmişdir. Lakin Azərbaycanda hakimiyyətə bağlı Rusiya meyilli bəzi qüvvələrin fəallaşmasıdan narahatlıqlar ifadə edilmişdir. Ölkənin sürükləndiyi xaotik vəziyyətdə vətəndaş cəmiyyətinin pərakəndəliyi müzakirə edilmişdir. Siyasi partiyaların fəaliyyətlərindəki pərakəndəlik, icimai təşkilatların fəaliyyət birliyinin olmaması, Rusiya, İran meyilli qüvvələrin və radikal dini cərəyanların fəallaşması müzakirə edilmişdir. Yığıncaqda partiyanın təşkilatlanması ilə bağlı müzakirələr aparılmış, 24 iyun-Türklük gününün qeyd edilməsi ilə bağlı hazırlıq işləri haqqında məlumat dinlənilmişdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?