GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Etirazlar göstərir ki, İran ikiqat dalandadır -Qərb mediası

Etirazlar göstərir ki, İran ikiqat dalandadır -Qərb mediası

Tarix: 4-01-2018, 21:19 Bölmə :Mədəniyyət Baxış: 418
Etirazlar göstərir ki, İran ikiqat dalandadır -Qərb mediası


Son günlər İranda baş verən hadisələr Qərb mətbuatının əsas diqqət yetirdiyi mövzuların başında gəlir. Ekspertlər və jurnalistlər Yaxın Şərqin güclü oyunçularından birinə çevrilən İranın daxili siyasi və iqtisadi vəziyyəti ilə bağlı fərqli mühakimələr yürüdürlər.

gundemxeber.az musavat.com-a istinadən həmin baxışları təqdim edir.

“İrandakı etiraz dalğasını İslam respublikasının ikiqat, yəni həm siyasi, həm də iqtisadi dalanda olması ilə izah etmək olar”, - Beynəlxalq strateji araşdırmalar institutunun (İİSS) eksperti Kleman Term Fransada çıxan “Le Monde” qəzetində yazıb.

Ekspertin fikrincə, əsasən işçilər və orta sinif həyat səviyyəsinin düşməsinə etiraz edirlər.

“Tehran olduqca böyük təhdidlə qaşrı-qarşıya qalıb. İndi o, qayda-qanunu tezliklə bərpa etməli, həmçinin uzunmüddətli perspektivdə 1979-cu il inqilabının yaşamasına çalışmalıdır.

Rejim əleyhinə olan mitinqlər isə həm ani, həm də struktur səbəblərlə bağlıdır.

Ani səbəblərə qiymətlərin artmasını (məsələn, yumurtanın qiyməti 40% artıb-red.), kasıb əhaliyə aylıq ödəmələrin kəsilməsini və bankların iflas olmasını aid etmək olar.

İranlılar 2015-ci il nüvə sazişinin həyat səviyylərini artırmadığından məyus olublar. Bundan başqa, onlar ölkənin neft sərvətlərinin İranın bölgədəki “müştəri”lərinə (Hizbullah, Həməs, İraqdakı və Suriyadakı şiə qruplaşmaları) deyil, ölkə daxilində xərclənməsini istəyirlər.

Sosial etirazların struktur səbəblərinə gəlincə isə, buraya korrupsiya və neft gəlirlərinin qeyri-bərabər şəkildə bölüşdürülməsini daxil etmək olar ki, bunu da indiki rejim həll etməyə qadir deyil. İndi İranda bu gəlirlərlə istədiyi kimi davranan və onu əhalinin autsayderlərinə (yəni kasıb təbəqələrinə) paylanması üçün heç bir şey etməyən üstünlərin kastası hökm sürür. Bu isə ədalətsizlik duyğusunun güclənməsinə yol açır”, -Kelman Term iddia edir.

Almaniyanın “Die Welt” qəzetinin jurnalisti Françeska Kafferi İranlı hüquq müdafiəçisi, 2003-cü ildə Nobel mükafatı almış Şirin Ebadinin son hadisələrlə bağlı fikirlərini öyrənib.

Ebadi 2009-cu ildəki aksiyaları 2018-cu ildəki nümayişlərlə müqayisə edərkən, həmin vaxt insanların ən çox siyasi tələblərlə küçələrə çıxdığını deyib. O, bu günkü etirazların “hansısa böyük bir hadisənin başlanğıcı ola biləcəyini” versiyasını irəli sürüb. Ebadinin fikrincə, bu gün etirazları doğuran bir çox təcili iqtsadi problem həll edilsə belə, proses bununla bitməyəcək.

“İran ağır iqtisadi durumdadır. Korrupsiyanın bütün ölkədəki miqyası dəhşət doğurur. Bundan başqa, İranın hərbi xərcləri həddindən artıq yüksəkdir. İnsanlar orduya xərclənən pulların həcmini bilmirlər. Ən çox isə gənclər narazıdır. Çünki ölkədə fövqəladə dərəcədə yüksək işsizlik hökm sürür. Varlılar və kasıblar arasında uçurum dərinləşib. Bu isə baş verənləri anlamaq üçün açar rolunu oynayır”, - Ebadi qeyd edib.
Jurnalist ABŞ prezidenti Donald Trampın etirazçılara dəstək mesajının insanların yenidən rejimi dəstəkləməyə sövq edəcəyi ilə bağlı ehtimalları soruşub.

Hüquq müdafiəçisinin bu suala cavabı qəti olub: “Bu günkü etirazlar insanların hökumətdən nə dərəcədə məsafəli olduğunu və onu tənqid etmədən dəstəkləməyəcəklərini göstərir. Özü də Tramp kimi adamın “dəstəyinə” rəğmən...”

Ebadi Avropanın İranla hansısa sazişə getməzdən qabaq ölkədəki insan haqlarının vəziyyətini nəzərə almağa çağırıb.

“10 il bundan öncə İranın mühafizəkar prezidenti Mahmud Əhmədinecada qarşı çıxan tələbələri sonuncu “kül və palçıq” adlandıraraq, onlara qarşı təhlükəsizlik güclərini göndərmişdi. İndi onun guya “liberal” sayılan xələfi Həsən Ruhani daha böyük çətinliklə üzləşib”, - “The Times” qəzetindən Rocer Boyz yazır.

“Times” yazarı İranın indiki rejiminə qarşı aqressiv mövqeyini hər sətirdə hiss etdirir.

Müəllifin fikrincə, Qərb 2015-ci ildə Ruhani ilə nüvə anlaşmasını imzlayan və İrana qarşı sanksiyaları aradan qaldıran zaman bu prosesin ölkəni modernləşdirəcəyi, habelə bölgəni daha təhülkəsiz hala gətirəcəyi barədə düşüncəsində səhv edib. Çünki əldə olunan vəsait Əsəd rejiminin, Hizbullahın və digər hərbi avantüra siyasətinin dəstəklənməsinə xərclənib.

Boyz İranın daxilində işsizlik probleminin artmasının, habelə yanacaq və ərzaqla bağlı dövlət subsidiyalarının azaldılmasının, həmçinin xaricdə səyahət edənlər üzərində vergilərin artırılmasının əhali arasında böyük narazılq doğurduğunu qeyd edir.

“İranın indiki vəziyyəti mənə 1980-ci il Polşasını xatırladır. Həmin vaxt “Solidarnost” hərəkatı da fəhlələrin narazılığından istifadə edərək müxtəlif ictimai qrupları ətrafında toplaya bilmişdi. Bütün bunlar cəmi 8 il sonra kommunizmin hakim ideologiya kimi yox olmasına gətirib çıxardı”, - müəllif yazır.

Boyzun fikrincə, Ruhaninin, hətta bütün teorkatik sistemin daha az vaxtı qalıb.

Müəllif indi İrandakı vəziyyəti dəyişmək üçün Qərbin əlinə fürsət düşdüyünü iddia edib. “Bu vaxta qədər Tehran nüvə anlaşması ilə əlaqədar Avropa ölkələrini Trampla toqquşdura bilmişdi. İndi Trampın komandası ilə əsl razılğa gəlməyin vaxtıdır. Məgər İranın bölgənin hərbi liderinə çevrilməsi Qərbin ümumi maraqlarına cavab verirmi... Biz sıravi iranlılara müraciət etməli və onlara öz hökumətlərinin fəalyyətinin İranın dünyadakı statusuna ziyan vurduğunu başa salmalıyıq. Bu gün İranlılar ya “top” (artlilleriya) ya da “ət” seçimi qaşrısında qalıb. Biz onlara düzgün yola gətirməliyik”, - məqalədə qeyd olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanın bu addımı İranı ağlatdı – Tehran danışır

    Ərdoğanın bu addımı İranı ağlatdı – Tehran danışır ...

    5-01-2018, 12:06

  • 
  • Faxtə Zamani: Etirazlar güclənsə İran rejimi Azərbaycan bölgələrinə təzyiqləri artıra bilər

    Faxtə Zamani: Etirazlar güclənsə İran rejimi ...

    6-01-2018, 10:50

  • 
  • “İranda etirazlar tədricən səngiyəcək” - Tofiq Zülfüqarov

    “İranda etirazlar tədricən səngiyəcək” - Tofiq ...

    5-01-2018, 13:48

  • 
  • ​ABŞ-ın İranda əsas məqsədi... – EKSPERT

    ​ABŞ-ın İranda əsas məqsədi... – EKSPERT ...

    6-01-2018, 11:42

  • 
  • İranla Qərb arasındakı razılaşmanın səbəbləri - ŞƏRH

    İranla Qərb arasındakı razılaşmanın səbəbləri - ...

    25-11-2013, 12:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu