GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İranla Qərb arasındakı razılaşmanın səbəbləri - ŞƏRH

İranla Qərb arasındakı razılaşmanın səbəbləri - ŞƏRH

Tarix: 25-11-2013, 12:36 Bölmə :Siyasət Baxış: 627
İranla Qərb arasındakı razılaşmanın səbəbləri - ŞƏRH

İranla Qərb arasında buzların ərimə mərhələsinə start verilib desək yanılmarıq. Yeni seçilən prezident Həsən Ruhani rəsmi Tehranın xarici siyasətini ABŞ, o cümlədən nüfuzlu Qərb ölkələri ilə əlaqələrin yumşaldılması müstəvisində qurmaqla bölgə və dünya üçün nəticələri müsbət rəy doğuran addımlar atır. Bu mənada onun prezident seçilməsindən sonra Qərblə yumşalma siyasəti aparması diqqətdən yayına bilməz. Əslində seçkidən qabaq onun liberallığını əsas gətirərək Qərblə münasibətlərdə yeni üfüqlər açacağını proqnozlaşdıran siyasi ekspertlər də az deyildi. Lakin bəzi analitiklər də hesab edirdilər ki, İranda prezidentlik ikinci dərəcəli bir institut olduğundan Ruhani heç nəyi dəyişə bilməyəcək. Düzdür İranda əsas söz sahibi ali dini liderdir və görünən də budur ki, məhz onun təkidi ilə rəsmi Tehran nüvə məsələsində Cenevrə konfransında altılıq ölkələri ilə (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa+Almaniya) razılığa gəlib. Qeyd edək ki, razılaşmaya əsasən Tehran 6 ay ərzində Fordu və Nətənz nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, bu obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır. Bu sövdələşməyə İran Ali Dini liderinin xoşməramlı reaksiyası da Ruhaninin xarici siyasət kursunda onun rolunu danılmaz edən faktordur. Dini lider Xamneyi əldə olunan sövdələşməni uğur adlandırıb. Qərb-İran qarşıdurmasının səngidiyi hesab olunan Cenevrə görüşünün perspektivi hansı proqnozları səsləndirməyə əsas verir?

Məsələ barədə Modern.az-ın suallarını şərh edən Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov razılığın əldə olunmasında müəyyən amillərin rolundan danışıb.

“İranın beynəlxalq sanksiyaların tətbiqi nəticəsində iqtisadi vəziyyətinin davamlı olaraq pisləşməsini əsas amil kimi göstərə bilərik. Əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarət olan İranda işsizlik problemi təhlükəli həddə yaxınlaşmaqdadır. Belə olan halda rəsmi Tehran İranın nüvə proqramı məsələsində qərblə qarşıdurma mühitinin aradan qaldırılmasını yaxınlaşmaqda olan iqtisadi fəlakətdən xilasın əsas yolu kimi qəbul etmək məcburiyyətindədir”-deyə E. Nəsirov qeyd edib. Siyasi ekspertin fikrincə 2013-cü il 14 iyun prezident seçkilərində praqmatik siyasətçi sayılan Həsən Ruhaninin qalib gəlməsi məlum problemin həlli üçün unikal imkan yaradıb.

“Hesab edirik ki, bu ilin sentayabr, oktyabr və noyabr ayları ərzində “5+1” formatı xaricində ABŞ-ın İranla məxfi danışıqlar aparması da son nəticədə sazişin əldə edilməsində həlledici rol oynayıb”.

Analitikin sözlərinə görə belə bir sənədin imzalanması ABŞ üçün də hava-su kimi vacib idi.

“Məsələ ondadır ki, Yaxın Şərqdə vəziyyət dramatik olaraq qalmaqdadır. İranla qarşıdurma siyasəti rəsmi Vaşinqtonun region siyasətinin uğurunun təminatına ciddi əngəllər yaradır. Belə razılaşmanın əldə edilməsi Suriyaya ABŞ-ın təsir imkanlarını artıra bilər. Geopolitik anlamda əsas rəqibinə çevrilməkdə olan Çinə enerji təhlükəsizliyi baxımından perspektivdə ciddi təsir rıçaqları əldə etmiş olar. Eyni zamanda Rusiyanın regionda enerji ağalığına ciddi zərbə endirilmiş olar.
Bütün bunlardan savayı, Barak Obama administrasiyasının xarici siyasətdə möhtəşəm bir uğura imza atdığı reallığını siyasi opponentləri də etiraf etmək məcburiyyətində qalar. Bu isə öz növbəsində həm Konqresə aralıq seçkilərdə, həm də 2016-cı il prezident seçkilərində hakim Demokratlar partiyasının qalib gəlmək şansını maksimum dərəcədə artırmış olar”-deyən siyasi şərhçi bildirib ki, razılaşma ilə bağlı proqnozlar 6 ay ərzində İranın üzərinə götürdüyü öhdəliklərə hansı səviyyədə riayət edəcəyindən asılı olacaq.

“Bu halda İran, yəqin ki, İsrailin bu razılaşmanı “tarix səhv” adlandırmasına, habelə Səudiyyə Ərəbistanının İrana qarşı sərt mövqedə dayanması kimi reallığa barmaqarası baxmayacaqdır. Üzləşdiyi indiki geopolitik reallıqlarda İranın çevik, xarizmatik və kompromisə meylli siyasəti onu mövcud yeni situasiyanın qalibi edə bilər”-deyə E. Nəsirov şərh edib.

Xatırladaq ki, İranla anlaşmaya rəsmi Təl-Əviv qarşı çıxıb. İsrailin baş naziri Benyamin Netanyahu açıqlamasında “Cenevrə” sazişinin imzalanmasını Qərbin İrana güzəşti kimi dəyərləndirib və bunu tarixi səhv adlandırıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi

    ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi ...

    24-11-2013, 12:01

  • 
  • BMT baş katibi İranla AEBA arasındakı razılaşmanı alqışlayıb

    BMT baş katibi İranla AEBA arasındakı razılaşmanı ...

    12-11-2013, 15:04

  • 
  • İsrail Amerikaya imkan verməz ki, İranla münasibətləri yaxşılasın” – Şərh

    İsrail Amerikaya imkan verməz ki, İranla ...

    22-10-2013, 11:10

  • 
  • İran-Qərb anlaşması Azərbaycanda büdcə böhranı yarada bilər

    İran-Qərb anlaşması Azərbaycanda büdcə böhranı ...

    26-11-2013, 00:51

  • 
  • Ketrin Eşton İrana zəmanət vermir

    Ketrin Eşton İrana zəmanət vermir ...

    9-03-2014, 14:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu