Rusiyanın xalq artisti, ssenarist, rejissor Stanislav Qovoruxin dünyasını dəyişib.
Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dumanın plenar iclası zamanı məlumat verib.
“Mən sizi saat 11:37-də “Barvixa” sanatoriyasında ağır və davamlı xəstəlikdən sonra bizim həmkarımız Stanislav Qovoruxinin ölümü barədə məlumatlandırmaq istəyirəm. O, xəstəliklə sonra qədər mübarizə apardı, ancaq sonda xəstəlik ona qalib gəldi”, - siyasətçi bildirib.
Parlamentarilər Qovoruxinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xatırladaq ki, Stanislav Qovoruxin “Vertikal”, “Görüş yerini dəyişmək olmaz”, XX əsrin dəniz quldurları”, “Kapitan Qrantın axtarışında”, “Voroşilov atıcısı” kimi bir çox möhtəşəm ekran əsərinin rejissorudur. Qovoruxin eyni zamanda siyasətlə də fəal şəkildə məşğul olub. O, Vahid Rusiya Partiyasının üzvü idi. 2000-ci ildə prezidentliyə namizədliyini də irəli sürmüşdü.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?