GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » “Ay zibil”lə zibilə salınan filmlər - Bərbad dublyajın günahkarı kimdir?

“Ay zibil”lə zibilə salınan filmlər - Bərbad dublyajın günahkarı kimdir?

Tarix: 10-12-2018, 10:59 Bölmə :Mədəniyyət Baxış: 429
“Ay zibil”lə zibilə salınan filmlər - Bərbad dublyajın günahkarı kimdir?


Uzun müddətdir ki, Azərbaycan telekanallarında nümayiş olunan xarici filmlərin dublyajının keyfiyyətsizliyi ilə bağlı iradlar səngimir. Baxmayaraq ki, yerli telekanalların əksəriyyətində dublyaj redaksiyaları var və xarici filmlərin Azərbaycan dilində səsləndirilməsi üçün bütöv bir heyət çalışır. Lakin dublyaj redaksiyalarının fəaliyyəti yenə də haqlı tənqidlərə əsas verir. Tamaşaçıları narazı salan əsas məqamlardan biri xarici filmlərin bərbad tərcüməsi, qeyri-peşəkar səsləndirmə və emosiyaların düzgün çatdırılmamasıdır. Bu iradlar zaman-zaman müzakirə mömzusu olsa da, müsbətə doğru hər hansı dəişiklik müşahidə edilmir.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da problemin kifayət qədər aktual olduğunu diqqətə çatdırıb. Millət vəkili bu sahədə ciddi nöqsanlar olduğunu vurğulayıb: “Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəm, burada nöqsanlar kifayət qədərdir”.
Bəs biz nə zaman dünya ölkələri ilə ayaqlaşıb, keyfiyyətli dublyaja nail olacağıq?
Yenicag.az problemi araşdırıb.
Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyli televiziyalarda dublyajın səviyyəsinin aşağı olmasının səbəbini texniki heyətin olmaması ilə əlaqələndirib:
“Televiziyalarda peşəkar dublyajla məşğul olan texniki heyət yoxdur. Orada yalnız sinxron tərcümə ilə məşğul olurlar. Aktyorları da qınamalı deyil. Onlar film nümayiş oluna-oluna mətni oxuyurlar. İmkanları çatan qədər obrazın əhval-ruhiyyəsini ifadə etməyə çalışırlar. Çox vaxt bir aktyor bir neçə obrazı səsləndirir. O da bacardığı səviyyədə. Dublyaj xüsusi sənət növüdür. Sinxron, yaradıcılıq, rejissura – bunlar hamısı bir-biri ilə vəhdət təşkil etməlidir. Eyni zamanda, bahalı sənət növüdür. Necə deyərlər, ucuz ətin şorbası olmaz. Əvvəllər Cəfər Cabbarlı adına Kinostudiyada peşəkar dublyaj redaksiyası olub. Orada peşəkar texniki heyət çalışırdı. Bir filmin dublyajı üçün kadrlar hissə-hissə kəsilirdi. Mətnlər oxunurdu, sonda ortaya keyfiyyətli iş çıxırdı. İndi belə deyil”.
Rejissor çıxış yolunu da göstərib:
“Özəl televiziyalara heç kim qadağa qoya bilməz. Onlar xarici filmləri istədikləri kimi tərcümə edib, efirdə nümayiş etdirirlər. Əgər telekanallar peşəkar dublyaja nail olmaq istəyirlərsə, Kinostudiya ilə müqavilə bağlayıb, pul ödəyib filmləri dublyaj etdirə bilərlər. Bu da məcburi deyil, onların öz seçiminə bağlıdır. Əks halda, keyfiyyətli dublyajdan söhbət gedə bilməz”.
Peşəkar Rejissorlar Gildiyasının sədri, tanınmış kinorejissor Hüseyn Mehdiyev problemin kökünü pirat məhsulların Azərbaycan efirinə ayaq açmasında görüb:
“Azərbaycanda əcnəbi filmlərin 90 faizi oğurluq, pirat məhsullardır. Diskdən köçürülür, tələm-tələsik səsləndirilir və efirdə nümayiş olunur. Mən hələ o filmlərin məzmun baxımından nə dərəcədə düzgün tərcümə olunmasına da şübhə edirəm. Bilərəkdən yox, qeyri-peşəkarlıq üzündən həmin filmlərin tərcümə ilə ilə nə dərəcədə üst-üstə düşməsi sual altındadır. Azərbaycanda dublyaj yoxdur, kadrarxası səsləndirmə var. Kadrarxası mətn necə gəldi oxunur, burada hansı keyfiyyətdən söhbət gedə bilər? Filmdə olan hər obraza uyğun səs tonu, danışıq manerası, intonasiya seçilməlidir. Dublyaj sistemli bir prosesdir. Buna görə dublyaj rejissoru olmalıdır və həmin rejissor məsuliyyət daşımalıdır. Varmı bizə o peşəkar dublyaj rejissoru. Yoxdur. Bizdə kinonun yiyəsi yoxdur, olsaydı, belə faciələr də baş verməzdi”.
Qurum rəhbəri çıxış yolunu da göstərib: “İlk növbədə, pirat deyil, qanuni filmlər alınmalıdır. Bunun üçün müəyyən məbləğ ayrılmalı, peşəkar heyət toplanmalıdır”.
Xalq artisti, tanınmış aktrisa Səidə Quliyeva keyfiyyətli dublyaj üçün peşəkarlıq və maddiyyatın vacib olduğunu deyib:
“Sovet vaxtı Kinostudiyada böyük bir dublyaj redaksiyası vardı. Orada filmlər yüksək səviyyədə peşəkarlar tərəfindən dublyaj olunurdu. Özü də bir günə, bir həftəyə deyil. Bu proses aylarla çəkirdi. İndi dublyajlara bir-iki saat, uzaqbaşı bir gün vaxt sərf olunur. Belə dublyajlardan hansı keyfiyyəti gözləmək olar? Problemin səbəbini aktyorlara da yükləmək düzgün olmazdı. Əgər bu səsləndirmələrə qəpik-quruş verilirsə, hansı keyfiyyətdən söhbət gedə bilər? Peşəkarlıq və maddiyyat mütləqdir”.
Aktrisa dublyaj üçün əsas olan şərtlərdən də danışıb:
“Aktyorun səsi tamaşaçını qıcıqlandırmamalı, onu yormamalıdır. Bəzən aktyor ləhcə ilə, yaxud da burnunda danışır. Sözləri düzgün istifadə etmir. Nə qədər “ay zibil” sözündən istifadə etmək olar? Məgər bu zibil sözünün sinonimi yoxdur? Vurğular yerli-yerində işlədilmir, səs tonları uyğun gəlmir və s.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdakı kinoteatrda əyləncəli filmlərin nümayişi dayandırıldı

    Bakıdakı kinoteatrda əyləncəli filmlərin nümayişi ...

    4-04-2016, 13:20

  • 
  • Telekanallarımızdakı bərbad dublyajın səbəbləri nədir?

    Telekanallarımızdakı bərbad dublyajın səbəbləri ...

    4-12-2013, 18:16

  • 
  • Erotik film Azərbaycan dilində dublyaj edildi + Video

    Erotik film Azərbaycan dilində dublyaj edildi + ...

    18-07-2013, 02:43

  • 
  • Kinonu əlimizdən necə alırlar

    Kinonu əlimizdən necə alırlar ...

    1-09-2016, 19:21

  • 
  • ƏFLATUN AMAŞOV AZƏRBAYCANDA YENİ TELEKANAL AÇILMASINI TƏKLİF EDİB

    ƏFLATUN AMAŞOV AZƏRBAYCANDA YENİ TELEKANAL ...

    13-11-2017, 17:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu