GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib? - ŞOK FAKTLAR

Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib? - ŞOK FAKTLAR

Tarix: 15-11-2022, 18:17 Bölmə :Mədəniyyət Baxış: 305

29 dekabr 2006-cı ildə prezident İlham Əliyev 222-IIIQ saylı “Teatr və teatr haqqında Azərbaycan Respublikası Qanunu”nu imzalayıb. 98 maddəlik qanunda faktiki olaraq, milli teatrımızın inkişafı adına hər şey demokratik biçimdə öz yerindədir. Prezident İlham Əliyev 18 may 2009-cu il tarixdə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 277 saylı sərəncamı ilə mədəniyyətə və teatra verdiyi dəyəri daha da gücləndirib.

Ölkənin “Ana Teatrı”nı kim bərbad hala salıb?

Azərbaycan Milli Teatrının siması Akademik Dövlət Dram Teatrı hesab olunur. Ancaq bu qocaman teatrın direktoru, bədii rəhbəri və baş rejissoru statusunu daşıyan Azərpaşa Nemətovun kəraməti sayəsində 145 illik böyük ənənələri olan Akademik Teatr “Kukla Teatrı”na çevrilib. Bunun səbəbi odur ki, Azərpaşa Nemətov uzun illər “Gənc Tamaşaçılar Teatrı”nda işlyib. Bu teatrın profili gənclər və uşaqlar üçün tamaşalar hazırlamaq olub. Halbuki, Akademik Teatrımız çağdaş teatrın estetik-fəlsəfi, sosial-ictimai xarakteri ilə zamanın ritmini irəli sürməlidir. Bu düşüncə ilə teatr prosesinə təkan verməlidir. Zamanın ritminin fəlsəfi baxımdan və şüuraltı qatlarının sosiumunu anlatmağı önə çəkməlidir. Bütün bunları Azərpaşa Nemətov bilmirsə, deməli Akademik Teatrındakı problem elə onun özüdür.

Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib?

2003-cü ildə Azərpaşa Nemətov Azərbaycan teatrı və kinosunun müqtədir sənətkarı, xalq artisti Həsənağa Turabov dünyasını dəyişdikdən sonra, 1866-cı ildən fəaliyyət göstərən bu qocaman sənət ocağının, Teatr Xadimləri İttifaqının sədri vəzifəsinə keçdi. Elə bu dönəmdən başlayaraq, “Aktyorlar Evi”nin çırağı da söndü. Daha doğrusu “səssiz məzarlığa” çevrildi. Ona görə ki, Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi”nə rəhbərlik edən Azərpaşa Nemətov və onun “komandası” istedadsız adamlardan ibarət idi. Onlar istedadlı rejissorlardan, dramaturqlardan və təbii ki, aktyorlardan çox qorxurlar. Bununla yanaşı, ölkə teatrlarının festivallarının keçirilməsi və mədəni mühitimiz üçün gərəkli olan digər addımlar da dolayı yolla yasaq edildi.

Əlbəttə, Azərpaşa Nemətov adını daşıyan vətəndaşla ilgili bizim hansısa bir sorunumuz yoxdur. Biz onun daşıdığı ictimai yükə uyğun olmadığını dilə gətiririk. Ona görə ki, hər bir xalqın mədəniyyətinin inkişafı həm də onun mədəni səviyyəsinin ölçüsü hesab olunur. Ortabab düşüncə tərzi ilə böyük sənət iddiasında bulunmaq hər zaman fəlakətlərin təməli sayılıb. Biz bu fəlakətləri gördüyümüz üçün Azərpaşa Nemətovu zaman-zaman tənqid etmişik. 20 ilə yaxındır Teatr Xadimləri İttifaqının sədri olduğu dönəmdə bircə dəfə də olsun teatr xadimlərinin problemləri ilə ilgilənməyib. O, bu qurumu da özünün biznes obyektinə çevirib. Halbuki, qanunla Teatr Xadimləri İttifaqına məxsus mülkiyyətin satılması, hədiyyə edilməsi və icarəyə verilməsi, eyni zamanda bu qurumun rəhbərliyinə təyinat ancaq qurultayın səlahiyyətindədir.

Ancaq Teatr Xadimləri İttifaqının (TXİ) əvvəllər idarə heyətinin sədri və bu gün ümumi rəhbərliyin sədri statusu ilə Azərpaşa Nemətov qanunsuzluq edərək qurumun fəaliyyətində çoxsaylı problemlərin yaranmasına səbəb olub. Belə ki, onun əməlindəki cinayət tərkibinə daxil olan məsələlərdən biri də “TeaFond”a məxsus olan əmlakı vaxtilə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovla əlbir olaraq, “Muradlı” şirkətinə satıblar. Beləliklə, şəhərin mərkəzində dəyəri milyonlarla dollar olan 67 sot ərazi zəbt edilib. Axı “TeaFond” QTSC ləğv olunmayıb, Ədliyyə və keçmiş Vergilər Nazirliyində qeydiyyatı olan bir şirkətdir. Bununla yanaşı, şirkət gəlirindən hər ay dövlətə vergi ödəyir.

Məhkəmənin ədalətsiz qərarı…

Bütün cinayətləri görən “Teafond” İKM-in rəhbərliyi hüquq pozuntusunun qarşısını almaq və öz əmlakına sahib çıxmaq üçün yenidən məhkəməyə müraciət edir. AR İqtisad Məhkəməsi hakimlər S.Seyidova, A. Hüseynov və R. Ataşovadan ibarət tərkibdə işə baxaraq “Teafond” İKM-nin iddiasını təmin edir. İqtisad Məhkəməsinin 5-6 fevral 1998-ci il tarixli 24/11-30 saylı qətnaməsi və xüsusi qərardadı ləğv edilərək “Teafond” QTSC-nın hüquqi statusunu bərpa edir. Bu qətnamədən sonra Bakı Şəhəri İHTİ və MHQİ TXİ-nə verdiyi 000588 saylı qeydiyyat vəsiqəsini ləğv etməli idi. Hakim S. Seyidova qeydiyyat vəsiqəsini ləğv etmək barədə idarənin rəisi Arif Qaraşova məktub göndərsə də qarşı tərəf əvvəlki qanunsuz əməllərini davam etdirərək hər şeyi qulaq ardına vurub. İqtisadi Məhkəməsinin qeyd edilən qətnaməsində göstərilir ki, 3 saylı dəyirman kompleksinin binası TXİ- nin deyil, “Teafond” QTSC-nin əmlakıdır. Beləliklə, TXİ- İH 8/1 saylı qərarı qəbul edərkən müstəqil hüquqi şəxs kimi “Teafond”-un hüququnu pozmuşdur. Baxmayaraq ki, TXİ 26 iyun 1996- cı il tarixli 01 saylı əqdlə 3 saylı dəyirman binasının “Teafond” İKM-yə məxsus olduğunu yazıb və möhürlə təsdiq edib. Qeydiyyatı bərpa olunan “Teafond” QTSC-nın rəhbərliyi TXİ-nə verilmiş QYM seriyalı 000588 saylı qeydiyyat vəsiqəsinin ləğv olunması, “Teafond” QTSC-nin 3 saylı dəyirman kompleksinə hüququnun tanınması, həmin mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilməsinin Tİ X və MHQİ-nin üzərinə qoyulması və TXİ-nin 3 saylı dəyirman kompleksindən çıxarılması barədə qərar çıxarılması iddiası ilə 1 saylı İqtisad Məhkəməsinə müraciət edir. Hakim Ülvi Mayilovun sədirliyi ilə keçən prosesdə qeyri-adi hadisə baş verir. Yerli məhkəmə 18 noyabr 2002-ci ildə çıxartdığı 1833/5-346 saylı qətnaməsinə əsasən Azərbaycan məhkəmələrinin tarixində ilk dəfə Ali Məhkəmənin qərarını ləğv edir. Beləliklə də məhkəmənin sifarişlə hərəkət etməsi faktı ortaya çıxır.

Ülvi Mayilov məhkəmədə kobud qanun pozuntusuna yol vermiş və məhkəmədə öz həllini tapmış Ali Məhkəmənin qərarı ilə təsdiq olunmuş və Ədliyyə Nazirliyində 2055 saylı Şəhadətnamə verildiyi gündən qüvvəyə minməsinə baxmayaraq hakim cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qarşılıqlı iddianı rədd etmək əvəzinə, vəzifəli şəxslərin sifarişlərini yerinə yetirib. Belə ki, Prezident Administrasiyası humanitar məsələlər şöbəsinin sabiq müdiri Fatma Abdullazadə hakim Ü. Mayilova zəng edərək ona təzyiq göstərib. Nəticədə Ü.Mayilov belə əcaib qətnamə çıxartmaq məcburiyyətində qalır. Onun çıxartdığı qətnamədə göstərilən bir sıra faktlar əslində iş materiallarında yoxdur.

Tarixi saxtakarlıq…

Qətnamədə qeyd edilir ki, həmin binanın dəyərini ödəmək üçün Az TXİ-nin müraciətinə əsasən keçmiş SSRİ TXİ tərəfindən vəsait ayrılmış, həmin vəsait Azərbaycan Teatr Xadimləri İttifaqının hesabına köçürmüş sonradan TXİ-nin hesabından guya “Teafond” İB hesabına köçürülmüşdür. Halbuki iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazir ki, TXİ-nin sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə “Teafond” İstehsalat Birliyinin hesabına köçürülmüşdür. Halbuki, iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazır ki, TXİ sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə “TeaFond” İB-nin hesabındakı həmin vəsaitdən 372.880 manat 12 dekabr 1990-cı il tarixli 60 saylı ödəniş tapşırığı ilə “Teafond” İB hesabından Taxıl Məhsulları Nazirliyinin hesabına ödənilib. Vəsait SSRİ TXİ tərəfindən deyil, keçmiş Oktyabr rayon bankından istehsalatı genişləndirmə fondundan köçürülüb. Hakim isə bir-birinə zidd qərar çıxarıb. Bundan başqa dəyirman binasının yerləşdiyi torpaq sahəsi 1990-cı ilin iyulunda 90/262 saylı aktla TXİ-yə təhvil verilmişdir. 10 oktyabr 1990-cı il tarixdə Az TXİ –nin adına inşaat pasportu verilmişdir. Amma hakim onu nəzərə almır ki, 90/262 saylı akt TXİ –yə 3 saylı dəyirman binasında Mədəniyyət Ticarət Mərkəzi yaratmaq üçün “Tikinti Pasportu” verilib. Bakı şəhər Baş Memarlıq İdarəsi pay torpağı ayırmaqla məşğul olmur. Belə hüquqa zidd qərardan narazı qalan “Teafond”QTSC-nın rəhbərliyi bir daha məhkəməyə müraciət edir. İqtisad Məhkəməsi iddiaya baxaraq 25 fevral 2003-cü ildə 758 A / II -220 saylı qətnamə qəbul edib. Hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət məhkəmə tərkibi bu dəfə də ciddi qanunsuzluqlara yol verib. İlk növbədə hakimlər əvvəlki prosesdə Ülvi Mayilovun buraxdığı səhvlərin iş materiallarında olub olmadığını araşdırmayıblar. İkincisi, prosesdə iştirak edən hakimlər “Teafond” QTSC ilə TXİ arasında davam edən əvvəlki məhkəmə baxışlarında da iştirak ediblər. Sədr E. Nağıyeva TXİ ilə “Teafond” İKM arasında baş verən 02 aprel 1998- ci il tarixli məhkəmə prosesində, Baş Prokurorluğun protestindən 29.09.1998-ci il tarixli İqtisad Məhkəməsinin Rəyasət Heyətində hakim R. Ataşova TXİ ilə “Teafond” QTSC arasında baş verən 07.03.2002-ci il tarixli məhkəmə prosesində, eləcə də A Hüseynov həmin prosesdə hakim kimi iştirak ediblər. Müasir Azərbaycan qanunvericiliyinə görə bir prosesdə iştirak edən hakimin aidiyyatı iş üzrə başa çatmış məsələyə yenidən baxmaq hüququ yoxdur. Buna baxmayaraq hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət tərkib prosesdə iştirak edərək “Teafond” QTSC-nin apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı yerli İqtisad Məhkəməsinin 1833/5-346 saylı 18 noyabr 2002- ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarıblar. Göründüyü kimi hal-hazırda Ali məhkəmənin qüvvədə olan bir-birinə zidd iki qərarı var. Birinci qərarda hakimlər S. Seyidova, A. Hüseynov və Rəbiyyət Ataşova. Ziddiyyətdə olan qətnamədə hakimlər E. Nağıyeva, A. Hüseynov və R. Ataşova. Belə qətnamələr heç bir ölkədə yoxdur.

Şamil Ağayev pozulmuş hüquqlarına görə məhkəmələrdə davasını davam etdirir

“Teafond” QTSC-nin direktoru Şamil Ağayevin dediyinə görə, Teatr Xadimləri İttifaqının sədri A.Nemətovun yol verdiyi qanun pozuntuları bununla bitmir: “Azərpaşa Nemətov mənim işdən çıxarılmağım haqda saxta sərəncam verib. 25 oktyabr 1994-cü il, 27 saylı sərəncamda göstərilir ki, guya mən öz ərizəmə əsasən işdən azad edilirəm. Əslində mən heç bir ərizə yazmamışam və indiyə qədər TXİ üzvü olaraq qalıram. A. Nemətov qanunsuz olaraq sədri olduğu təşkilatda işləməyən qohumları Arif, Sevil, Nərminə Nemətlovların təyyarə ilə gediş haqqını TXİ-nin hesabına ödəyib. Bu cinayətlərə hüquq mühafizə orqanları biganə qalmamalı və layiqli qiymət verməlidir. Çünki A. Nemətov mənim işdən çıxarılmağım barədə saxta sərəncam verməklə AR Əmək Məcəlləsini pozub. A. Nemətov həmçinin TXİ ilə “Natavan” firma mağazası arasında bağlanmış 28. 08. 1997- ci il tarixli müqavilənin şərtlərini pozduğuna görə ARCM – nin 172 və 194 –cü maddələri ilə onun özünə qarşı cinayət işi qaldırılmışdır. Bundan başqa, A. Nemətov Ali İqtisad Məhkəməsinə yazır ki, guya “Teafond” İKM-nin QTSC çevrilməsi barədə iclasda tamam başqa qərarlar qəbul edilib. QTSC-nın dövlət qeydiyyatından keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət məqsədi ilə iclas isə ümumiyyətlə olmayıb. Lakin Səbail rayon Prokurorluğunun apardığı araşdırma A. Nemətovun yalanını üzə çıxarıb”../“Hürriyyət/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Amaliya xanım özündən incisin”

    “Amaliya xanım özündən incisin” ...

    24-10-2013, 13:53

  • 
  • Analoqsuz teatr ad gününü qeyd edir

    Analoqsuz teatr ad gününü qeyd edir ...

    3-09-2018, 12:05

  • 
  • Bakıda teatr binası sökülür

    Bakıda teatr binası sökülür ...

    14-01-2016, 17:03

  • 
  • Rejissor teatr direktorunu məhkəməyə verdi- Qalmaqal

    Rejissor teatr direktorunu məhkəməyə verdi- ...

    23-01-2014, 13:29

  • 
  • Azərbaycan Dövlət Muğam Teatrı ləğv edildi

    Azərbaycan Dövlət Muğam Teatrı ləğv edildi ...

    5-11-2013, 12:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu