GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Kinoteatrlarda filmlərin azərbaycanca dublyaj edilməməsi uşaqlara daha çox təsir edir

Kinoteatrlarda filmlərin azərbaycanca dublyaj edilməməsi uşaqlara daha çox təsir edir

Tarix: 12-12-2022, 21:51 Bölmə :Mədəniyyət Baxış: 424

Biologiya müəllimi Elxan Tahirovun ötən ay paylaşdığı video sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Həftəsonu oğlu Akifi kinoteatra aparan ata azərbaycanca uşaq filmi tapmayıb. Akif isə rusca başa düşmədiyinə görə istədiyi filmə baxa bilməyib, məyusluğundan ağlamağa başlayıb.

Elxan Tahirov: “Əslində birinci məsələ uşağın yerinə özünü qoymaqdır. Hər hansı problemdə uşağın yerinə özünü qoymaq. Gəlin bu uşaqların yerinə özümüzü qoyaq da yəni. Burda dublyaj məsələsi problemdirsə, dublyajın düzəlməsi üçün birinci tələb olmalıdır.”

Kinoşünas və “Film Aç” YouTube kanalının təsisçisi Hacı Səfərov deyir ki, azərbaycanca filmlərə ictimai tələbin çoxalması üçün, ilk növbədə, kinoteatrların sayını artırmaq və bilet qiymətlərini aşağı salmaq lazımdır:

“Kinoteatrların sayının azlığı daha az izləyici deməkdir. Yəni bizim böyük bir bazarımız yoxdur ki, həqiqətən də, ona pul ayırsınlar, tərcümə edib daha çox insanı cəlb edəndən sonra rahatlıqla deyə bilsinlər ki, biz buradan bütün pulu çıxaracayıq, hətta daha çox insanı cəlb edəcəyik.”

Hacı Səfərov hesab edir ki, problemin həlli üçün Türkiyə təcrübəsindən istifadə etmək olar:

“Orada ya xüsusi böyük studiyaların filmləri dublyaj olunur, ya da uşaq filmləri dublyj olunur. Uşaq filmlərinin dublyaj olunmağının əsas səbəbi də uşaqların alt yazı oxumaq çətinliyidir. Uşaqların bəziləri, ümumiyyətlə, oxuma-yazma bilmir və ya bəziləri çox yavaş, çətinliklə oxuyur, bəziləri o vərdişə sahib deyil. Yəni, bu vərdişlər yetkin insanlar üçün olan vərdişlərdir. Ona görə də onlar belə bir yol seçirlər ki, müəyyən filmləri, xüsusilə də, uşaqlarçun nəzərdə tutulmuş filmləri tərcümə etsinlər.”

Cinemaplus kinoteatrlar şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nərmin Həsənova deyir ki, əvvəllər dublyajla məşğul olan Cinemazadə studiyası ilə əməkdaşlıq ediblər. Lakin Azərbaycan dilində filmlərə tələbat az olduğundan bu əməkdaşlıq dayandırılıb.

Akif məktəbdə ingiliscə oxuyur, ikinci dil kimi isə fransız dilini öyrənir. Atası deyir ki, orta məktəb səviyyəsində ingiliscəni bilən uşaq üçün xarici filmə baxmaq çətindir, alt yazıları oxumaq isə ona heç maraqlı gəlmir:

“Alt yazı ilə baxmaq o effekti vermir, sən o hisləri duya bilmirsən yəni. Çünki film görüntü ilə mesajı ötürən bir vasitədir.”

Elxan Tahirov hesab edir ki, filmlərin dublyajı dilin inkişafı üçün əsas rol oynayır:

“Əgər biz dilimizi qorumasaq, dilimizi işlək hala gətirməsək, bizim dilimiz dəyişəcək. Əgər dəyişməyini idarə edə bilməsək, onda deyəcəklər ki, onsuz bu dildə yaxşı kitab, yaxşı film yoxdur, onsuz da bu dillə dünyaya çıxmaq olmur və s. Və ilaxır. Onda artıq bu dilin əhəmiyyəti itəcək.”


GundemXeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erotik film Azərbaycan dilində dublyaj edildi + Video

    Erotik film Azərbaycan dilində dublyaj edildi + ...

    18-07-2013, 02:43

  • 
  • Serj Sərkisyan azərbaycanca danışdı

    Serj Sərkisyan azərbaycanca danışdı ...

    19-07-2013, 11:16

  • 
  • “Bunu Ramiz Əzizbəylidən gözləməzdim”

    “Bunu Ramiz Əzizbəylidən gözləməzdim” ...

    13-10-2016, 14:18

  • 
  • Şeyx Quranın azərbaycanca oxunmasına münasibət bildirdi

    Şeyx Quranın azərbaycanca oxunmasına münasibət ...

    5-02-2014, 10:58

  • 
  • “Ay zibil”lə zibilə salınan filmlər - Bərbad dublyajın günahkarı kimdir?

    “Ay zibil”lə zibilə salınan filmlər - Bərbad ...

    10-12-2018, 10:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (136)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu