Parlament qanunvericiliyin sərtləşdirilməsi ilə vətəndaş təşəbbüslərini boğur
DEVAMM dini-maarifləndirici qeyri-hökumət təşkilatının rəhbəri İlqar İbrahimoğlu QHT haqqında qanuna son düzəlişləri QHT və dini icmaların fəaliyyətinin maksimum məhdudlaşdırılmasına yönələn növbəti reqressiv addım kimi qiymətləndirib. Ötən cümə günü parlament “Qrantlar haqqında”, “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara onların fəaliyyətini kəskin məhdudlaşdıran və sərtləşdirən düzəlişləri qəbul edib. Hüquqşünaslar, sosioloqlar və psixoloqlar ianə verənlərin niyyətinin nə dərəcədə təmiz olması, onların nə üçün birdən-birə 200 manatdan çox məbləğdən əl çəkməsi ilə bağlı qanunverici təşəbbüslərin effektivliyi barədə mübahisə edirlər. İ.İbrahimoğlu Turan-a bildirib. Onun fikrincə, ölkə tədricən staqnasiyaya uğrayır. Parlament qanunvericiliyin sərtləşdirilməsi ilə vətəndaş təşəbbüslərini boğur, icra hakimiyyəti ictimai mühiti liderlər üçün sərfəli olmayan vətəndaş sektorundan total təmizləmə xəttini davam etdirir. Müasir dünyada bu cür cəhdlər qeyri-məhsuldar və mənasızdır. İctimai-əhval ruhiyyə doğuran qeyri-hökumət təşkilatları müxtəlif sahələrdə problemlərin həllində yardımçı rol oynayır. Odur ki, dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi istiqamətində çalışan QHT-nin fəaliyyətinin lokallaşdırılması və məhdudlaşdırılması sosiumun daha da marginallaşmasına gətirib çıxaracaq. Bu cür parlament təşəbbüsləri hakimiyyətin doğurduğu çoxsaylı lümpenlərin etiraz əhval-ruhiyyəsini obyektiv olaraq stimullaşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?