GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Öz əməllərini camaatın üstünə yıxmağa çalışdılar“

“Öz əməllərini camaatın üstünə yıxmağa çalışdılar“

Tarix: 18-03-2014, 18:38 Bölmə :Siyasət Baxış: 597
“Öz əməllərini camaatın üstünə yıxmağa çalışdılar“
“Biz həmişə ümumbəşəri dəyərlərin tərəfində olmuşuq”

Son vaxtlar Türkiyə daxilində baş verən hadisələrdə adı ən çox hallanan “Xidmət” hərəkatının (nurçular- red.) lideri Fətullah Gülən Türkiyənin “Zaman” qəzetinə müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- 28 Fevral çevrilişində ən çox haqqı tapdalanan və əziyyət görən insanlardan biri də sizsiniz. Tarixdə misli-bərabəri olmayan bir media hücumunun ardınca sizi məhkəməyə verdilər və məhkəmə işi 8 il davam etdi. İşi-gücü əleyhinizə çalışmaq olan bir qrup 28 Fevrala dəstək verdiyinizi iddia edərək növbəti haqsızlığa zəmin hazırlayır. Yenə eyni şeylərin təkrarlandığını düşünürsünüz?
- Buna bənzər təzyiqlərlə dəfələrlə qarşılaşmışıq. 12 Mart Memorandumunda “dövlətə sızma” ittihamı ilə 6 ay yarım həbsdə yatdım. O dövrlərdə konstitusiyanın 163-cü maddəsi, Özal ləğv edənədək, qılınc kimi müsəlmanların başının üstünü kəsdirmişdi. 12 Sentyabrda (1980) 6 il təqib edildim. Təzyiq göstərdilər. Dostlarımıza, qardaşlarımıza əziyyət verildi. Bir mənada, çevrilişin təzyiq və təqibləri ilə yaşamaq bizim həyat tərzimiz oldu. İndiki hadisələr hərbi çevriliş dövrlərindən on qat artıqdır. Bütün bunlara baxmayaraq, şikayətçi deyiləm. İndi də eyni şeyləri bizlə bir qibləyə yönələn insanlar edir. “Bunun ağrı-acısı ilə əvvəliklər arasında bir fərq yoxdur” desəm, doğru olmaz. Ancaq “Bu da keçər, ya hu!” deyib səbir etməkdən başqa əlimizdən nə gəlir?
- 28 Fevralda Baş Nazir Nəcməddin Ərbakana və hökümətə yönəltdiyiniz tənqidləri xatırladır və çevrilişə dəstək verdiyinizi iddia edirlər...
- Rəfah partiyası seçkilərdə qalib gəldikdən sonra hamıya məlumdur ki, Türk Silahlı Qüvvələr (TSK) daxilində bir hərəkətlənmə başlanmışdı. Qara buludlar başımızın üstünü almışdı, amma tufan hələlik qopmamışdı. Ankarada rəhmətlik Yavuz Gökmən və Fəhmi (Qoru) bəyi xatırlayıram. Fateh (Çəkirgə) bəy vardı. Bu fikirlərimi onlarla da bölüşmüşdüm. Çox haqsız və səviyyəsiz etirazlarla qarşılaşdım. Halbuki təhlükənin ayaq səslərini sezən başqa insanlar da vardı. “Susurluq” skandalı ilə paralel meydana gələn ictimai etirazdan öz mənafeyi üçün istifadə edənlər çevriliş planını həyata keçirəndən sonra artıq iş-işdən keçmişdi. “Susurluq”la bağlı MİT-in hazırladığı sənədə axıra yaxın fəqirin (özünü nəzərdə tutur) də adı əlavə edilmişdi.
Bunda kimin barmağı olduğunu daha sonra öyrənsəm də, möminlərə tənə vurmadım, içimə atdım. Sonra 28 Fevral hadisəsi baş verdi. Və o bildiyimiz bəyənatın ikinci maddəsinə görə, məktəblərin vahid tədris sistemi çərçivəsində dövlətə təhvil verilməsi tələb edilirdi. Gərginliyin son həddə çatdığı o dövrdə xalqımızın bu işdən minimum zərərlə qurtulması üçün yollar axtarırdım və bir çox insan kimi mən də növbədənkənar seçki fikrini dilə gətirdim. Yeni seçki qanunu ilə növbədənkənar seçki aparılmasını təklif etdim. Bunu deyən təkcə mən deyildim. Başda Qorqud Özal olmaqla bir çox tanınmış sima da eyni fikri səsləndirdilər. Hətta höküməti dəstəkləyənlər arasında da bu cür düşünən və qəzetlərin manşetində eyni fikirləri səsləndirənlər olmuşdu. Arxivlərə baxsanız, kimin nə dediyini, nə yazdığını görəcəksiniz.
Bir məsələ də vardı. O dövrün çevriliş qoxuyan ab-havasında Əmək və Əhalinin Sosial Müdafiə naziri rəhmətlik Nəcati Çəlik bəyə bu haqda fikirlərimi söylədim. Şahidim də var. Ələddin Qaya bəy və Məlih Nural bəy həmin görüşdə mənimlə birlikdə idi. “Höküməti yıxmağı planlayırlar...” dedim. Antidemokratik bir hadisənin meydana gəlməməsi üçün çırpınırdım. Nəcati bəy böyük həyəcanla sözlərimi dinlədi, durub getdi. Rəhmətlik Ərbakana məsələni çatdırmışdı. Ancaq hadisənin qarşısını almaq üçün tədbirlər görülmədi.
Tansu (Çiller) xanımı da yaxınlaşan təhlükədən xəbərdar etməyə çalışdım, xoşagəlməz gedişatı çatdırdım. Tansu xanım “Təmkinli olaq” deyəndə üzülmüşdüm. Təfərrüata girmədim. Kimsəyə məramımı çatdıra bilmədiyimi gördüm və hal-hazırda qonşu bölgədə baş verən hadisələrə bənzər faciənin qarşısını almaq üçün sözümü deməyi zəruri bildim.
Kimsəyə “öhdəsindən gələ bilmədiniz” deməyə həddim çatmır. Hər kəsə, ələlxüsus da xalqın seçdiyi insanlara hörmət etməyə çalışdığımı hamı bilir. Onda Həzrət Əbu Bəkir və Ömər ibn Əbdüləziz kimi böyük şəxsiyyətləri nümunə göstərərək hakimiyyətdən getməyin qəbahət olmadığını izah etməyə çalışdım. Əgər xalqa dönüş daha böyük təhlükələri sovuşduracaqsa, – bu, 27 May üçün də, 12 Sentyabr üçün də keçərlidir – o yolu seçmək lazımdır.
Belə ki, 27 Aprel Memorandumundan sonra AKP höküməti bir həftə içində növbədənkənar seçkilərin aparılmasına dair qərar qəbul edərək belə bir təhlükəni sovuşdurmuşdu. İqtidar 28 Fevraldakı kimi höküməti yıxmaq istəyənlərin planlarını xalqa üz tutaraq, seçki qərarı verərək alt-üst etmişdi. Mən də eyni şeyi demişdim: “Seçki qanununu dəyişdirərək növbədənkənar seçki keçirin”.
Bunu qeyd etməkdə fayda görürəm. O dövrdə “Susurluq” sənədinə və “28 Fevral” bəyənatına yaxşı baxsalar, xuntanın əsas hədəflərindən birinin də bu Hərəkat olduğunu görəcəklər. Daha sonra başımıza gələnlər hazırlanan planların həyata keçirilməsindən ibarət idi. Bunun əksinə bir şey iddia etmək nə insafa sığar, nə də həqiqətə uyğun olar.
- Əvvəlki görüşlərimizdə “Camaat Fənərbaxçanı ələ keçirir...” iddialarını təəccüblə qarşıladığınızı, bunu anlamaqda çətinlik çəkdiyinizi söyləmişdiniz. Ortaya çıxan yeni məlumatlara baxanda bu iddiaları necə dəyərləndirirsiniz?
- Bəli, Fənərbaxça say-seçmə futbol klublarımızdan biridir. Gördüyüm qədər, idarə heyəti və azarkeş bir-birinə möhkəm bağlıdır. Bu, təqdirəlayiq bir haldır. Bundan kim narahat ola bilər ki? Mən Qalatasaray Avropada qalibiyyət əldə edəndə çox sevinmiş, fəxr etmişdim. Arzum odur ki, Beşiktaş, Trabzonspor və digər komandalar da böyük nailiyyətlər əldə etsinlər. Dünyada böyük şöhrət qazansınlar. “Fənərbaxçayı ələ keçirmə”, “Qalatasarayı ələ keçirmə” təşəbbüslərini siyasi əməllərdən savayı, başqa nə cür izah etmək olar? Xalqa izah edə bilmədikləri hər şeyi Camaatın üstünə yıxma, özünü təmizə çıxarma refleksi formalaşıb. Ortaya yeni sənədlər çıxandan sonra anlaşıldı ki, bu da bir iftiradır.
- Başda Ergenekon istintaqı olmaqla, cəmiyyətin yaxından izlədiyi məhkəmələrdə cinayətlə ittiham olunan şəxslər azadlığa buraxıldı. Bu haqda nə düşünürsünüz?
- Qanun və sistem nə tələb edirsə, hüquq nə deyirsə, biz onun tərəfindəyik. “Kumpas” sözü hiylə və oyundan başqa bir şey deyil. Öz əməllərini Camaatın üstünə yıxmağa çalışdılar. Bir adamdan ötrü Milli Məclisi yığıb qanun çıxardılar. İstəsəydilər, bu insanlar üçün də eyni şeyi edə bilərdilər. Təxliyə etmək başqa, istintaq prosesi başqa. İstintaq davam edir. Hüququn verdiyi qərara hörmət etmək lazımdır. Biz həmişə hüququn, ümumbəşəri dəyərlərin tərəfində olmuşuq, olacağıq da. Ən çətin vaxtda hücuma məruz qalanda belə hüquqa hörmət etmək lazımdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur

    Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur ...

    16-07-2016, 03:27

  • 
  • ABŞ-dan Fətullah Gülən açıqlaması

    ABŞ-dan Fətullah Gülən açıqlaması ...

    1-04-2014, 10:43

  • 
  • Fətullah Gülən niyə evlənmir?

    Fətullah Gülən niyə evlənmir? ...

    9-03-2014, 13:51

  • 
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • Əməliyyatların arxasında Gülən durur - Dünya mətbuatı

    Əməliyyatların arxasında Gülən durur - Dünya ...

    19-12-2013, 21:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu