GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanlı milyarder Azərbaycana əl uzadan Kremli yerinə oturtdu - (Eksklüziv)

Azərbaycanlı milyarder Azərbaycana əl uzadan Kremli yerinə oturtdu - (Eksklüziv)

Tarix: 26-03-2014, 23:10 Bölmə :Siyasət Baxış: 819
Azərbaycanlı milyarder Azərbaycana əl uzadan Kremli yerinə oturtdu - (Eksklüziv)
Rusiyada yaşayan azərbaycanlı milyarder, Rusiya Federasiyası Senatının sabiq üzvü Fərhad Əhmədov Kremlin dilmancı olan Vladimir Jirinovskinin çıxışından hiddətlənib.
F.Əhmədov Kremlin postsovet ölkələrinə, ilk növbədə Azərbaycana münasibətdə yürütdüyü siyasəti kəskin tənqid edib. O, həmin məqaləsini eksklüziv olaraq virtualaz.org saytının redaksiyasına göndərib.
Virtualaz.org saytı öncə F.Əhmədov barədə qısa bioqrafik arayışı, ardınca isə iş adamının həmin məqaləsini olduğu kimi təqdim edir:

***
Fərhad Teymur oğlu Əhmədov Rusiyada yaşayan Azərbaycan əsilli sahibkar, “Aznar” QSC-nin Direktorlar Şurasının sədridir. 1994-2001-ci illərdə “Nortqaz” QSC Direktorlar Şurasının sədri olub. 2004-2007-ci illərdə Krasnodar diyarının Rusiya Federasiya Şurasındakı nümayəndəsi olub. 2007-2009-cu illərdə Nenes muxtar dairəsini Federasiya Şurasında təmsil edib.
“Forbes” jurnalının məlumatına görə, F.Əhmədovun şəxsi sərvətinin həcmi 2013-cü ildə 1,4 milyard dollar təşkil edib. O, Rusiyanın zəngin biznesmenləri siyahısında 70-ci yerdədir.
Azərbaycanlı milyarder Azərbaycana əl uzadan Kremli yerinə oturtdu - (Eksklüziv)

***
Görünür, dünyada artıq elə bir millət, xalq qalmayıb ki, rusiyalı siyasətçi Vladimir Jirinovski onu heç olmasa bir dəfə təhqir etməmiş olsun. Elə görünə bilər ki, biz azərbaycanlılar onun sözlərinə artıq heç bir əhəmiyyət verməməliyik.
Doğrudur, Jirinovskinin sonuncu “azərbaycanlı milləti yoxdur” bəyanatı öz absurdluğuna, heyrətamiz həyasızlığına və adicə biliklərdən məhrum olmasına görə bu fonda bütün hədləri aşır. Lakin mən,- təəssüf ki, bu tez-tez olur,- hamıya yaxşı tanış olan və son onilliklərdə hamını boğaza yığan Vladimir Volfoviçin bu sözlərini ictimaiyyətin diqqətini özünə cəlb eləmək, bununla da öz siyasi varlığına diqqət və marağı artırmaq istəklərinin ayağına yazdım. Məsələn, düşündüm ki, Rusiya prezidenti Ukraynadakı hadisələrlə bağlı bütün dünyanın ondan danışmasına nail oldu. Prezidentliyə bu əbədi namizəd isə yenə də kor atı minib köndələn çapır, sağa-sola təhqir və küftlər yağdırır. Yeri gəlmişkən, həmişə olduğu kimi bu dəfə də cəzasız qalır. Hətta sanksiya və qadağalar da ona tətbiq olunmur.
Elə bu vaxt LDPR lideri ilə bağlı daha bir xəbər gəlir. O, Polşa, Rumıniya və Macarıstan liderlərinə məktubla müraciət edərək təklif edir ki, onlar Ukraynanın həmsərhəd bölgələrində sonuncuların həmin ölkələrə birləşdirilməsi məqsədilə referendum keçirilməsinə nail olsunlar. Bunu artıq heç cür ağızdan səhvən söz qaçırmaq kimi qiymətləndirmək olmaz. Bu, artıq xarici siyasət yürütmək cəhdidir. Diplomatik dildə buna zondaj deyirlər.
Azərbaycanlı milyarder Azərbaycana əl uzadan Kremli yerinə oturtdu - (Eksklüziv)
Bu isə artıq başqa məsələdir. Yada salaq, bu və ya digər ideyaları ictimai rəy dövriyyəsinə atmaq üçün Jirinovskidən son illərdə dəfələrlə istifadə olunub. Həmin ideyaların bir çoxu sonralar Rusiya rəhbərliyi tərəfindən həyata keçirilib. Məsələn, yadımıza düşür ki, qubernator seçkiilərini ləğv edib onların Kreml tərəfindən təyin olunması ideyasını ilk dəfə Jirinovskinin dili ilə səsləndirmişdilər. Ukraynanın II Yekaterina dövründə Polşanın bölünməsi modeli əsasında bölünməsi ideyasına gəlincə isə onun Kremldə tərəfdarları var.
Demək istəyirəm ki, “azərbaycanlıların millət olmaması” barədəki bəyanat bütün bunların fonunda tamam başqa, özü də heç də komik olmayan çalar almağa, fərqli məna kəsb etməyə başlayır. Bunu xüsusilə xatırlamaq və xatırlatmaq lazımdır ki, Jirinovski tərəfindən bircə dəfə də təhqir olunmayan bəlkə də yeganə xalq ermənilərdir. O, Ermənistanı da Rusiyaya birləşdirməyi təklif edirdi. Özü də Azərbaycanla birgə. Jirinovskinin Ermənistanı təhqir edib aşağılamağına gəlincə isə mən belə bir şeyi xatırlamıram.
Görünür, Jirinovski bizim millət olmadığımızı deyib xalqımızı təhqir etməklə hər şeydən əvvəl pul qazanır. Axı bir çox ermənilər Jirinovskinin türklər və azərbaycanlılar əleyhinə olan çıxışlarına görə ona pul verirlər. Yeri gəlmişkən, o, özü bunu ciddi-cəhdlə gizlədir.
Bəs niyə indi? Bu təhqirlər niyə Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar səsləndi? Azərbaycan Ukrayna ətrafındakı son hadisələrdən hansı dərsləri aldı?
Birincisi, bütün müharibədən sonrakı dövrün millətlərarası və dövlətlərarası münasibətlər sisteminin məntiqinin Rusiyanın Ukraynada gözümüz önündə atdığı addımlar, ilk növbədə isə Krımın birləşdirilməsi hesabına belə kobud və kəskin şəkildə əyilib sındırılmasının əsaslı və dərin təhlilini verməyin indi nə yeri, nə də hələ vaxtı deyil. İndi yalnız onu qeyd etmək vacibdir ki, Rusiyanın son hərəkətləri onun daxili siyasəti çərçivəsində, xarici siyasətində isə Ukraynadan daha çox ABŞ-la və bütün Qərblə münasibətlərinin məntiqi kontekstində nəzərdən keçirilməlidir. Ortada Rusiya ilə Qərb arasında “soyuq müharibə”dən sonra yaranmış qarşılıqlı münasibətlər modelinin bir anda qətiyyətli şəkildə nəzərdən keçirilməsi cəhdi var. MDB-nin problemləri və MDB ölkələri liderlərinin reaksiyası Moskvanı heç bir halda maraqlandırmayıb.
İkincisi, Rusiya rəhbərliyinin hamını özünün beynəlxalq məsələlərdəki təzə rolu ilə barışmağa məcbur etmək cəhdləri hələ başa çatmayıb. ABŞ-ın və Avropa İttifaqının Putini təslim olmağa məcbur edib-etməyəcəyini hələ heç kim əminliklə deyə bilməz. Əgər məcbur etməsələr, o, Krımda, Ukraynada dayanacaqmı? Məncə, Qazaxıstanın Krımın Rusiyaya birləşdirilməsinə Putin üçün arzuedilən olan reaksiyası Astananın ənənəvi olaraq rusların sıx məskunlaşdığı Şimali Qazaxıstan qorxusunun nəticəsi idi.
Üçüncüsü və ən əsası odur ki, hadisələr çox sürətlə inkişaf edir. Azərbaycanın reaksiyası da elə bu qədər sürətli olmalıdır. “Biz problemin dinc yolla həll olunmasına tərəfdarıq və hamı ilə dostuq” ruhundakı birinci reaksiya doğru idi. Amma bir qədər də irəli getmək lazımdır. Rusiyadan belə bir maksimal dəqiq və maksimal açıq-aşkar vəd almağa nail olmaq lazımdır ki, Moskvanın xarici siyasətindəki “Krım presedenti”nin Dağlıq Qarabağ ətrafındakı vəziyyətə heç bir bağlılığı yoxdur və Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi barədə indiyə qədər dəfələtlə verdiyi bəyanatlara sadiqdir, onları bir daha təsdiqləyir. Bəli, belə vədlər verilib, öhdəliklər götürülüb. İndi onları yenidən təkrarlatdırmaq lazımdır. Heç olmasa Jirinovskinin növbəti çıxışlarına məhəl qoymamaq üçün...
Nəhayət, ən başlıcası. Krımın Ukraynadan ayrılması və onun qonşu dövlətə birləşdirilməsi nəyə görə mümkün oldu? Çünki Ukraynanın rəhbərləri SSRİ-dən qalan mirasın onlara çatan hissəsini sağa-sola, boş-boş işlərə səpdilər, Ukraynanın sərvətlərini oğurladılar, xalqı işıqlı gələcəkdən məhrum etdilər, sonda da qonşularına öz ölkələrini qarşıdurma meydanına çevirmək imkanı verdilər. Buradan çıxan nəticə odur ki, belə aqibətlə üzləşməmək üçün xalqın birliyi lazımdır, xalq sənin daxili və xarici siyasətini anlamalı və bəyənməlidir, gerçək iqtisadi inkişaf modelinin olması lazımdır. Yadda saxlamaq lazımdır ki, həm də qüdrətli müdafiə qabiliyyətin olmalıdır. Bu deyilənlər istənilən ölkəyə, o cümlədən Azərbaycana da aiddir. Unutmaq olmaz ki, Allah bizə sərvət və çiçəklənmə imkanları, lakin heç də asan olmayan qonşular verib. Qonşularımızın heç biri asan deyil...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı milyarder Mironovu və Ohanyanı Bakıya qonaq çağırır

    Azərbaycanlı milyarder Mironovu və Ohanyanı ...

    27-01-2016, 20:22

  • 
  • Azərbaycanlı milyarderin bahalı yaxtası (FOTO)

    Azərbaycanlı milyarderin bahalı yaxtası (FOTO) ...

    16-07-2014, 17:16

  • 
  • Putinin sevgilisi "Milli Media Qrup”u Direktorlar Şurasının sədri seçildi

    Putinin sevgilisi "Milli Media Qrup”u ...

    1-10-2014, 11:57

  • 
  • Azərbaycanlı milyarder ad günü keçirmək üçün ada kirayələdi

    Azərbaycanlı milyarder ad günü keçirmək üçün ada ...

    3-09-2015, 23:40

  • 
  • Rusiyada ABŞ əleyhinə qanunlar

    Rusiyada ABŞ əleyhinə qanunlar ...

    27-12-2012, 08:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu