Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri, öz kəmsavadlığı və Kreml qarşısındakı müti yaltaqlığı ilə məşhur olan Söyün Sadıqov bütün bunlardan əlavə, sən demə, həm də yalançı imiş. Məsələ burasındadır ki, Sadıqov öz savadsızlığını ört-basdır etmək üçün demək olar ki, hər addımbaşı özünü Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi adlandırır. Sadıqov hara çatdı deyir ki, Vladimir Putin şəxsən özü onu özünün səlahiyyətli nümayəndəsi təyin edib. Rusiyalı ictimai xadim Aleksandr Fomenkov bununla bağlı Rusiya Prezidentinin İşlər İdarəsinə sorğu göndərib. O, idarədən Putinin doğrudan da belə bir kəmsavad və bacarıqsız səlahiyyətli nümayəndəsinin olub-olmaması məsələsinə aydınlıq gətirilməsini xahiş edib. Rusiya Prezidenti İşlər İdarəsinin rəsi müavini A.Anisimovun imzası ilə A.Fomenkova göndərilən rəsmi cavab məktubunda bildirilir ki, S.Sadıqov 2012-ci ildə Rusiyada keçirilən prezident seçkisi kompaniyasında həqiqətən də V.Putinin səlahiyyətli nümayəndəsi olub, amma bu, yalnız seçki kompaniyası dövründə, yəni müvəqqəti olaraq belə olub, hazırda isə Sadıqov Putinin səlahiyyətli nümayəndəsi deyil. “Exo Moskvı” radiosu isə bildirir ki, Putin həmin vaxt səlahiyyətli nümayəndələrini özü seçib təyin etmirdi, bu işlə Ümumrusiya Xalq Cəbhəsi adlı qeyri-formal bir təşkilat məşğul idi. “Novaya qazeta”da işləyən məşhur rusiyalı jurnalist Andrey Kolesnikov isə həmin təşkilatı korporativ italyan faşizmi dövlətinə bənzədirdi. Bəs bu gizli Ümumrusiya Xalq Cəbhəsinə kimlər daxil idi, bu kəmsavad və yarıtmaz Sadıqova Putinin səlahiyyətli nümayəndəsi olmaq üçün kimlər zəmanət vermişdi - bunlar məlum deyil. Yeri gəlmişkən, Sadıqov Putinin səlahiyyətli nümayəndələrinin siyahısındakı yeganə nüsxə deyildi. 2012-ci ildə qısa müddət üçün, müvəqqəti olaraq tərtib edilmiş bu siyahıda 499 nəfərin adı yer alırdı. Qalmaqalları ilə ad çıxarmış “azərbaycanlı” yazıçı Eduard Bağırov da həmin siyahıya daxil idi. Putinin uşaqbazlıqda suçlanan bu nümayəndəsi Azərbaycan əleyhinə dəfələrlə çıxışlar edib. Bağırov da milli maraqları satan Sadıqov kimi hərəkət edirdi. Bağırov Azərbaycan bayrağını təhqir etmiş erməni zabitini öldürən Ramil Səfərovu təhqir edərək onun bu hərəkətini “yaramazlıq” adlandırmışdı.
Sorğu
Yeni dizaynımız necədir?