GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Nurçular Azərbaycandan qaçmağa hazırlaşırlar

Nurçular Azərbaycandan qaçmağa hazırlaşırlar

Tarix: 8-04-2014, 10:08 Bölmə :Siyasət Baxış: 1 000
Nurçular Azərbaycandan qaçmağa hazırlaşırlar
Ərdoğanın sonuncu səfərindən sonra Bakıda iri obyektlərdə
gizli rəhbər dəyişiklikləri edilməyə başlayıb


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin ardınca Fətullah Gülən şəbəkəsinin Azərbaycandakı biznes şəbəkəsinə daxil olan bir sıra şirkətlərin adları yayılıb.
Həmin şirkətlər barədə bundan əvvəl də fətullahçı şəbəkə barədə məlumatları, məktubları yayan təqdim etmişdik. Xatırladaq ki, Ərdoğanın Bakıya səfərinin əsas məqsədlərindən biri fətullahçıların Azərbaycandakı şəbəkəsinin dağıdılmasına dair razılıq əldə etmək olub. Türkiyənin baş naziri Azərbaycanın biznes və hakimiyyət strukturlarında özlərinə yer etmiş fətullahçıların siyahısını prezident İlham Əliyevə verdiyi bildirilir.
“Gündəm xəbər”ə daxil olan informasiyaya əsasən, artıq gülənçilərin Bakıdan investitsiyalarını daşımaq üçün hərəkətə keçdiyi söylənilir. Bildirilir ki, Ərdoğanın Bakı səfərindən sonra vəziyyət bir qədər də konkretləşib. İnformasiyalarda bildirilir ki, yaxın zamanlarda nurçuların Bakıdakı bütün səhmləri satışa çıxarılacaq. Hətta media sektorunda artıq bunun ilkin simptomları görünməkdədir. Bildirilir ki, nurçuların Bakıda mövcud olan bir sıra media quruluşları artıq yaxın günlərdə fəalityyətini birmənalı olaraq dayandırmalı olacaq. Hətta Bakıdakı bir sıra restoranlar şəbəkəsində rəhbər dəyişiklikləri də edilməyə başlayıb. İnformasiyalara görə, artıq gülənçilərin Azərbaycandakı biznes şəbəkəsi ilə bağlı olaraq konkret fəaliyyətlər də başlayıb. Lakin bizə daxil olan informasiyalarda deyilir ki, Bakıda nurçuların səhiyyə sektorundan tezliklə çəkilməsinə dair bilgilər də yayılıb.
Məlumata görə, Bakıda və Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən və türk iş adamlarına aid olan böyük şirkətlərin əksəriyyəti “Gülən camaatı”na aiddir. İri iş adamları ilə yanaşı, qida sektorunda çalışan türklərin böyük bir qismi də məhz nurçularla əlaqəli şəxslərdir.
Azərbaycan iş adamları arasında da nurçu olmayan, amma nurçularla əlaqəli çalışan kifayət qədər biznesmen var. Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən onlarla iri şirkət isə Azərbaycan nazirliklərinin on milyon manatlarla layihələrini həyata keçirib.
Azərbaycanda fəaliyyət göstərən və nurçularla əlaqəli olduğu iddia edilən şirkətlər və iqtisadi qurumlar əsasən iki təşkilatda birləşir.
1. TÜSİAB - Türkiyə Sənayeçi və İş adamları Birliyi
Nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye və emal, telekommunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi sahələri əhatə edir.
Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə türkləridir.
2. ATİB - Azərbaycan Türkiyə İş adamları Birliyi
2002-ci ildə Türk İş Adamları Dərnəyi (TİAD) olaraq təsis olunub. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adı dəyişdirilib və ATİB adlandırılıb. Hazırda 100-ə yaxın üzvü var.
Əsasən qeyri-neft sektorunda fəaliyyət gösərirlər. Bu şirkətlərdə 50 min nəfərdən artıq insan çalışır. TÜSİAB-da olduğu kimi, burda da çalışanların böyük əksəriyyəti Türkiyədən gəlmədir.
ATİB üzvlərinin Azərbaycanda 3 milyarddan artıq sərmayəsi var.
İnşaat sektorundakı nurçu şirkətlər hansıdır?
“Gülən hərəkatı”na bağlı olduğu iddia edilən biznes şəbəkəsi Bakıda və digər bölgələrdə inşaat sektorunda çox güclü faliyyət göstərirlər. Bunlardan başda gələn “ARAL Group”dur.
Bu şirkət 1991-ci ildə Türkiyədə Əhməd Çətin tərəfindən təsis edilib. “ARAL Group” inşaat-podratçılıq və idxal-ixrac sahəsində xidmət göstərir. Şirkət yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların tikintisini həyata keçirir.
2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Ölkəmizin tikinti sektoruna 400 milyona yaxın sərmayə qoyub. “ARAL Group” şirkətlər qrupuna “Falez MMC”, “İnkom MMC”, Elif MTK”, “Yusuf MTK”, “Esra Plaza”, “Babək MTK” kimi şirkətlər daxildir.
“OMİD” inşaat və tikinti materialları şirkəti də bu şəbəkədə önəmli şirkətlərdəndir.
FAB boyaları, həmçinin mərkəzi ofisi İzmirdə yerləşən “Cengiz Holdinq”ə aid “Cengiz İnşaat” Azərbaycanda ciddi layihələr həyata keçirir.
“Sıpat Beton”, o cümlədən Nəqliyyat Nazirliyinin böyük layihələrində yer alan “Polat Yol Yapı” şirkəti şəbəkəyə aid edilir.
Nurçular təhsil sektorunda
Nurçuların təhsil sektorunda fəaliyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur, çünki bu barədə media kifayət qədər məlumat verib. Hazırda Azərbaycanda ən reytinqli universitetlər, liseylər və təhsil kursları onlara aiddir. “Damla LTD” tərəfindən idarə olunan tələbə yurdları da nurçuların əsas beyinyuma mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, bu tələbə yataqxanalarına və yurdlara ancaq məktəbi yeni bitirmiş və universitetin birinci kursunda oxuyan tələbələri qəbul edirlər. Çünki, yuxarı kurs tələbələrinin nurçular haqqında məlumatları ola bilər və elə olduqda onları qazanmaq və nurçu etmək çətinləşir.
Qida sektoru
Qida sektorunda da nurçu şəbəkənin ciddi payları var. Paytaxtın ən məşhur və elit restoranı sayılan “MADO” şəbəkəsi də bu setə aid edilir. Amma ən önəmli şirkətlərindən biri “Veysəloğlu” sayılır. Məlumatlara əsasən, Bakıdakı “Anadolu” restoranlar şəbəkəsi, həmçinin də “Böyükfırat” restoranlarında son bir neçə gündə sürətlə rəhbər dəyişiklikləri edilməyə başlayıb. İri müəssisələrin sahibləri dəyişdirilib. Hətta səhmlərə nəzarət səlahiyyəti əslən azərbaycanlı olan şəxslərin adlarına keçirilir.
Əzcaçılıq sektoru
Bakının ən məşhur apteklər şəbəkəsi olan “AVİS Apteklər” bu sahədə böyük dövriyyəyə malik qurumdur. Təxmini hesablamalara görə, ölkəmizdə qeyri-neft sektoruna yatırım qoyan xarici şirkətlər sırasında nurçulara bağlı qurumların payı 10 milyard dollarla ölçülür.
İddia olunur ki, iqtisadi sahələrə bu qədər nüfuz etmiş nurçuların siyasi vəzifələrdən sürətlə təmizlənməsi Azərbaycanda stabil iqtisadi vəziyyətə mənfi təsir edə bilər. Çünki, şəbəkədə 100 mindən artıq işçi çalışır və sıravi işçilərin böyük əksəriyyəti azərbaycanlılardır.
RÜFƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

    Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə ...

    11-08-2016, 17:14

  • 
  • Ərdoğan oğlunu Azərbaycanda gizlədir?

    Ərdoğan oğlunu Azərbaycanda gizlədir? ...

    8-01-2014, 02:15

  • 
  • Ərdoğanın korteji ağır qəza törətdi

    Ərdoğanın korteji ağır qəza törətdi ...

    9-07-2014, 14:10

  • 
  • Ərdoğanın da gizli telefon danışığı yayıldı

    Ərdoğanın da gizli telefon danışığı yayıldı ...

    16-01-2014, 16:13

  • 
  • Ərdoğanın qardaşının seks videosu yayıldı - Video

    Ərdoğanın qardaşının seks videosu yayıldı - Video ...

    19-12-2013, 16:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu