Sabiq metro şefinə vəzifə veriləcəyi gözlənilmir; onun “mənə desələr metrodan öz şəklini as, asacam” söyləməsi işini həll edib
Bir müddət əvvəl “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar vəzifəsini itirən Tağı Əhmədova yeni vəzifə təklif edildiyi xəbəri yayılıb. QSC-nin sədri Zaur Hüseynov “Bakı Metropoliteni”nin sabiq “şefi” ilə bir yerdə işləməyi məqsədəuyğun hesab edərək, bununla bağlı yuxarı instansiyaya təklif ünvanlayıb. Təklifdə Tağı Əhmədovun qurumun sədr müavini postuna təyin olunması istənilir, bununla bağlı müvafiq əmrin verilməsi xahiş edilir. Amma “Gündəm-xəbər” bir başqa qaynaqdan daxil olan məlumatda informasiya təkzib olunur. Mənbə qeyd edir ki, T.Əhmədov “vurulub” ə onu pensiyaya göndəriblər. Ona vəzifə veriləcəyi perspektivi görünmür. Həmin məlumatda bildirilir ki, bu ay ərzində prezident İlham Əliyev QSC-nin yeni əsasnaməsinin tətbiqi ilə bağlı sərəncam verəcək və bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi rəsmiləşəcək. Ancaq qaynağımız qeyd edir ki, belə bir gözlənti yoxdur. Tağı Əhmədovun “yerin altının sahibi mənəm” deməsi, bir də “mənə desələr metrodan öz şəklini as, asacam” söyləməsi işini bitirib. Mənbənin qeydlərinə görə, hakimiyyət Elnur Aslanova vəzifə verdi. Amma bu vəzifə çox aşağı ranqlı idi və hətta dostu Fərhad Məmmədov da buna etiraz etmişdi. Amma Tağı Əhmədova vəzifə verilməsi gözlənilmir. Hətta təyinat olsa belə, QSC sədrinin müavini postuna gətirilməyəcək. Mənbə qeyd edir ki. T.Əhmədov heç vaxt müavin kimi saxlana bilməz. Çünki, yenidən hegemonluğu ələ alacaq. Bu da Zaur Hüseynovun mövqelərinin zəifləməsi və marionetkaya çevrilməsi ilə nəticələnə bilər. Odur ki, heç bir halda Tağı Əhmədov müavin postuna gətirilə bilməz. Mənbə qarşıdakı günlərdə bu haqda yenilik olacağı və əlavə məlumat verəcəyini bildirdi. Rafiq Qara
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?