Depo tikintisinə görə köçürülən vətəndaşların kompensasiyası korrupsiyanın qurbanı olub; vətəndaşlar köçmür, yeni metro rəisi isə...
Sabiq metro rəisi Tağı Əhmədov Binəqədi sakinlərini pis vəziyyətdə qoyub. Tağı Əhmədovdan sonra əhalinin köçürülməsi prosesində kompensasiyaların yeyintisinə yol verilib. Yeni metro rəhbəri Zaur Hüseynov vəsaitin mənimsənildiyini başa düşüb. Amma T.Əhmədovdan bu pulu geri almaq mümkün deyil. Nəticədə sakinlərə çatacaq təzminat mənimsənilib. Mənbə deyir ki, T.Əhmədov dövlətə və vətəndaşlara kələk gəlib. İndi metropolitenlə vətəndaşlar üz-üzə qalıblar. Mənbə bildirir ki, sabiq metro şefi heç bir izahat verməyib və təzminatın mənimsənilməsini inkar edir. Ancaq vətəndaşlara veriləcək kompensasiyaların azlığı əsas yaradır ki, böyük yeyinti olub. Mənbə deyir ki, T.Əhmədova görə dövlət ziyana düşüb. Camaat isə küçədə qalıb. Onlara verilən pula isə heç yerdə ev almaq mümkün deyil. Artıq “Bakı Metropoliteni” QSC “Dərnəgül” Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində məcburi köçkünlər tərəfindən qanunsuz tikilən evlərin boşaldılmasına başlanılıb. Polis əməkdaşlarının iştirakı ilə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən məcburi köçkünlərin evlərini boşaltmağa başlayıblar. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, məcburi köçkünlərə edilən son xəbərdarlığa baxmayaraq, heç bir razılıq əldə olunmayıb və artıq evlərin boşaldılmasına başlanılıb. Xatırladaq ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Rafiq Qara
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?