GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Nurçulara görə Azad Rəhimov da “qara siyahıda”

Nurçulara görə Azad Rəhimov da “qara siyahıda”

Tarix: 11-04-2014, 10:48 Bölmə :Siyasət Baxış: 1 182
Nurçulara görə Azad Rəhimov da “qara siyahıda”
Gənclər sektorunda nurçuları dəstəkləyən gənclər nazirinə qarşı ağır zərbə

Prezident Administrasiyasının siyasi təhlil şöbəsinin rəhbəri Elnur Aslanovun işindən uzaqlaşdırılmasından sonra bu “təmizləmələr”in ardının gələcəyi gözlənilən idi. Gözlənilirdi ki, Elnur Aslanovla birgə fəaliyyət göstərən gənclər sektorunda da mühim dəyişikliklər baş verəcək. Hətta millət vəkili Ceyhun Osmanlının, “İrəli” İctimai Birliyinin bir sıra üzvlərinin də “vurulacağı”na dair informasiya və ehtimallar var idi. Lakin onların ən böyük himayədarı olan gənclər və idman naziri Azad Rəhimovun da işini itirməsi ilə bağlı olaraq məlumatlar mətbutda çox az halda rast gəlinirdi. Məsələ burasındadır ki, Azad Rəhimovun sıradan çıxarılması prosesi ilə bağlı olaraq ortada olan tendensiyalar da kifayət qədər arqumentlərlə əks olunrdu. Məlumatlara əsasən, xüsusilə idman malları biznesi istiqamətində Azad Rəhimovun sıradan çıxarılması prosesi həyata keçiriləcəkdi. Məsələ burasındadır ki, bununla bağlı olaraq ortada olan əsas faktorlardan biri də məhz bununla bağlı idi ki, Azad Rəhimov konkret olaraq nurçuların gənclər sektorundakı şəbəkəsinin başında dayanır. Və artıq “Gündəm xəbər”ə Azad Rəhimovun “vurulması” prosesinin başlanması ilə bağlı informasiyalar daxil olmaqdadır. Aldığımız bilgilər hələ ki, nazirin biznes imperiyasının sürətlə əlindən alınmasına dairdir. İdman malları sektorunda nazirin sürətlə sıxışdırılıb çıxarıldığına dair çox mötəbər informasiyalar yayılır. Xəbərə əsasən, nazirin biznes imkanları sürətlə məhdudlaşdırılır. Konkret olaraq Azad Rəhimovun biznesinə şərik olan bir neçə nəfər artıq hissələrini sataraq geri çəkilib. Biznesdə tərəfdaşları olmadığından Azəd Rəhimov da çətin duruma düşüb. Daxil olan ən son məlumatlarda bildirilir ki, Azad Rəhimova aid olduğu iddia edilən mağazalar paytaxtın mərkəzindən köçürüləcək. Belə ki, məşhur xarici brendlərin Bakıda satışını həyata keçirən mağazaların icarə müddəti bitdiyindən yeni açılan “28 Mall,”da yerləşəcəyi deyilir. Qeyd edək ki, bahalı butiklərin əksəriyyəti “Nizami” kinoteatrı yaxınlığında cəmlənib. Mağazaların nəqliyyatın sıx olduğu 28 May küçəsində yerləşməsi isə bir başqa problemə səbəb olub. Belə ki, mağazalara alış-verişə gələn müştərilərin avtomobillərini ensiz küçədə saxlaması, ərazidə heç bir dayanacağın olmaması günün bütün saatında şəhərin mərkəzində böyük tıxacların yaranmasına səbəb olub.
Bir başqa məlumatda isə deyilir ki, mağazaların köçürülməsi icarə müddətinin bitməsi ilə yox, prezidentin vaxtilə “Nizami” kinoteatrının təmirdən sonra açılış etdiyi zaman verdiyi göstərişlə bağlıdır. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev kinoteatrın açılışında iştirak edən zaman ərazidəki butiklərin yeni açılan ticarət mərkəzilərində yerləşməsinin daha məqsədəuyğun olması ilə bağlı göstəriş verib. A.Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb. Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib. “İtaldizayn” şirkətinə şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin - de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.
Hazırda nazirə məxsus olduğu deyilən holdinqin prezidenti Elçin Zeynalov olsa da, bütün maliyyə hesabatlarını nazirin köməkçisi Fuad Hadıyev aparır. Azərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə, dövlət investisiyaları tərəfindən həyata keçirilən layihələr üzərində nəzarət olduqca vacibdir. Buna səbəb isə Azad Rəhimovun əvvəlki illərdə həyata keçirdiyi (dövlət vəsaitləri hesabına) layihələrdə korrupsiya ehtimalının yüksək olması və nəticədə projelərin keyfiyyətsiz reallaşmasıdır. Bunu qəzetimizə adının çəkilməsini istəməyən qaynaq bildirib.
Mənbəmiz çoxsaylı faktlara əsaslanaraq hesab edir ki, ölkədə ən uğursuz layihələr həyata keçirən dövlət qurumlarından biri də Gənclər və İdman Nazirliyidir. “Əvvəla, hər il qurumun tikdirdiyi olimpiya komplekslərinin effektiv olmadığı tənqid mövzusu olsa da, bu istiqamətdə ayrılan xərclər daha da şişir. Bu da Rəhimovun rəhbərlik etdiyi sahədə mənimsəmələrin olduğuna dair KİV-in yazdıqlarının və müstəqil ekspert rəylərinin əsassız olmadığını ortaya qoyur. Eyni zamanda başqa bir çox faktlar da var ki, Gənclər və İdman Nazirliyinin dövlət vəsaiti hesabına il ərzində həyata keçirdiyi və ya həyata keçirməyə davam etdiyi layihələrə ayrılan pulların taleyindən ciddi narahatlıq keçirməyə əsas verir”.
Rüfət ƏLİCANLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azad Rəhimovun nazirliyində müdhiş korrupsiya

    Azad Rəhimovun nazirliyində müdhiş korrupsiya ...

    24-04-2014, 10:30

  • 
  • Rəsmi Bakı yeni siyasi münasibətlər proqramının icrasına başlayır

    Rəsmi Bakı yeni siyasi münasibətlər proqramının ...

    13-04-2014, 12:54

  • 
  • Azad Rəhimovun fərari qohumu Türkiyədə gizlənir

    Azad Rəhimovun fərari qohumu Türkiyədə gizlənir ...

    24-07-2014, 13:30

  • 
  • Azad Rəhimovun yalanı açıldı

    Azad Rəhimovun yalanı açıldı ...

    14-12-2012, 12:15

  • 
  • Nazir vəzifəsi ilə vidalaşır? - təfsilat

    Nazir vəzifəsi ilə vidalaşır? - təfsilat ...

    13-08-2016, 10:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu