Gənclər nazirinə Elnur Aslanov və Ceyhun Osmanlı ilə işlədiyi müddətdə qazandığı pulların sorğu-sualı ünvanlanır
Dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib. Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında deyilir ki, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək onun bazasında Gənclərin Təlim və İstirahət Mərkəzi tikilib. Başqa 2 rayonda isə olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb. Hesabata görə, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib. Həmçinin, tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib. Gənclər və İdman Nazirliyi palatanın nöqsanlarının aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib. Qeyd dək ki, bu faktlarla bağlı olaraq “Gündəm xəbər” qəzetində bir qədər əvvəl məlumat vermişdik. Nazirliyin Tikinti Təchizat İdarəsinda büdcə vəsaitlərinin külli miqdarda talan edilməsi, həmçinin də büdcədən ayrılan vəsaitlərlə bağlı olaraq ortada olan faktların araşdırılmasının zəruriliyini qeyd etmişdik. Daşkəsən və İmişli rayonlarda Olimpiya Komplekslərinin inşası zamanı aparılan işlərin smeta sənədlərində göstərildiyindən bir neçə dəfə yüksək olduğu, tikinti zamanı istifadə edilən materialların yararsız olması barədə bilgi vermişdik. Məlumatlara əsasən, artıq bununla bağlı Hesablama Palatası vasitəsilə konkret olaraq faktlar aşkarlanıb. Bundan başqa gənclər və idman naziri Azad Rəhimovun faktiki olaraq ölkədə nurçuların şəbəkəsi ilə bağlı əlbir olduğu da söylənilirdi. Məlumatlara görə, bu faktların araşdırılması ilə bağlı olaraq ortada olan faktlar da mövcuddur. İnformasiyalardan aydın olur ki, əslində Gənclər və İdman Nazirliyi adı nurçularla bağlı olaraq çəkilən Ceyhun Osmanlıya himayədarlıq etməkdə çəkilir. Azad Rəhimov Prezident Adminstrasiyasının siyasi təhlil şöbəsinin müdiri Elnur Aslanov vəzifədən alınandan sonra bununla bağlı olaraq sorğu-suala çəkilib. Lakin Azad Rəhimov nurçularla hər hansı bir bağlılığının olmasına dair yuxarıları əmin edə bilib ki, o, sadəcə olaraq göstərişləri yerinə yetirib. Lakin bəlli olub ki, Azad Rəhimov “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq etdiyi dövrlərdə faktiki olaraq büdcə pulları hesabına vəsaitlərin mənimsənilməsini həyata keçirib. Məsələ burasındadır ki, bununla bağlı olaraq ortada olan əsas araşdırma faktları da artıq yuxarı dairələrə təqdim edilib. Azad Rəhimov məhz gənclərlə bağlı dövlət proqramlarını “İrəli”nin əsas patronlarından biri olan deputat Ceyhun Osmanlı ilə əlbir olaraq talayıb. Görünən odur ki, yaxın zamanlarda Azad Rəhimov da bu faktlarla bağlı ağır suallarla qarşı-qarşıya qalacaq. Bu mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Bizi izləyin. Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Rüfət ƏLİCANLI
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?