GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ceyhun Osmanlı barədə MKİ-yə göndərilən məxfi teleqram

Ceyhun Osmanlı barədə MKİ-yə göndərilən məxfi teleqram

Tarix: 13-04-2014, 12:49 Bölmə :Siyasət Baxış: 941
Ceyhun Osmanlı barədə MKİ-yə göndərilən məxfi teleqram

Millət vəkili ilə bağlı sensasion sənədlər ortaya çıxdı

Ceyhun Osmanlı barədə ABŞ-ın Bakıdakı səfirliyindən Vaşinqtona - Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, ABŞ-ın Avropadakı qoşunlarının komandanlığına, Birləşmiş Ştatların Ankaradakı səfirliyinə, Daxili İşlər Departamentinə, ABŞ-ın ATƏT-dəki missiyasına göndərilən “Tam məxfi” qrifli diplomatik teleqramın tam mətnini təqdim edir.
Bu məxfi sənəd 2009-cu il, sentyabrın 10-da ABŞ-ın Bakıdakı səfirliyinin siyasi-iqtisadi məsələlər üzrə müşaviri Robert Qarverik tərəfindən göndərilib. Birləşmiş Ştatların Bakıdakı vaxtkı müvəqqəti işlər vəkili Donald Lu isə sənədə öz şərhini əlavə edib.

TAM MƏTN

Xülasə: Əvvəllər “İrəli” Gənclər Hərəkatı adlanan “İRƏLİ” İctimai Birliyi “Azərbaycanda gənclərin inkişafına” çalışan hökumətyönlü QHT-dir. Sentyabrın 2-dəki görüşdə “İRƏLİ” rəhbərliyi təşkilatın həyata keçirdiyi müxtəlif layihələr, o cümlədən gənclər üçün yay düşərgəsinin təşkili, İT (informasiya texnologiyaları-red.) treninqlərin keçirilməsi və kiçik qrant müsabiqəsi barədə məlumat verdi.
“İRƏLİ”nin sədri Ceyhun Osmanlı ümid edir ki, əgər “lazımi adamlar lazımi yerlərdə olsalar”, Azərbaycan 10 il ərzində inkişaf etmiş ölkəyə çevriləcək. Osmanlı həmçinin bildirdi ki, “İRƏLİ” onun üzvləri üçün mühüm şəbəkə alətidir, təşkilatın bir çox üzvləri mühüm hökumət və biznes mövqelərində yerləşiblər. “İRƏLİ” üzvlərinin Azərbaycanın növbəti nəsl liderlərinə çevrilmək üçün yaxşı imkanları var və müvafiq olaraq səfirlik bu qrupla məşğul olmaqda, onun fəaliyyətini izləməkdə davam edəcək (Xülasənin sonu).

Hökumətyönlü gənclər kimdir?

Sentyabrın 2-də səfirlik rəsmiləri “İRƏLİ” İctimai Birliyinin rəhbəri ilə təşkilatın Bakının tarixi mərkəzindəki mənzil-ofisində görüşdü.
Bu qrup 2005-ci ildə Əliyev administrasiyasına açıq dəstək verən gənclər hərəkatı kimi yaranıb. 2008-ci ildə “İRƏLİ” İctimai Birliyə çevrilib və hüquqi baxımdan QHT kimi qeydiyyatdan keçib. Ədliyyə Nazirliyi onlara cəmi 3 ay ərzində qeydiyyat verib. Bu da Azərbaycanda QHT-lərin qeydiyyatı baxımından təəccüblü dərəcədə qısa zamandır.
Qrup iddia edir ki, hazırda 8 minə yaxın üzvü var və onların yarısı qadınlardır. Onun veb-saytı (www.ireli.az) peşəkar şəkildə hazırlanıb və diqqəti cəlb edən qrafikaya malikdir. Saytda YouTube videoları və radiotranslyasiya üçün bölmələr var. Təşkilatın Facebookda 1400 nəfərlik qrupu mövcuddur. Bu da hazırda həbsdə olan gənc blogger Adnan Hacızadənin gənclər təşkilatının qrupunun üzvlərinin sayından iki dəfə çoxdur.
Sədr Ceyhun Osmanlı söhbətin əsas hissəsini apardı. Görüş zamanı izah etdi ki, təşkilat üzvlərinin sayının çoxluğunda yox, keyfiyyətində maraqlıdır. Osmanlı həmçinin bildirdi ki, təşkilatın əsas məqsədlərindən biri öz şəbəkələrini formalaşdırmaqdır və onun üzvlərindən bir çoxu hazırda Azərbaycan hökumətində, habelə biznesdə yaxşı postlardadır. Ona görə də bir-birlərinə kömək edə bilirlər. Qrupun liderlərinin çoxu xaricdə, ya ABŞ-da, ya Avropada təhsil alıblar və hamısı ingilis dilində əla bilir. Osmanlı özü ABŞ-da təhsil almayıb, ancaq o, Strasburqda, Avropa Şurasında üç il işləyib. Bu zaman əsasən ingilis dilindən istifadə edib.
Osmanlının sözlərinə görə, qrupun məqsədi “gənclərin inkişafıdır”, lakin Osmanlı “gənclərin inkişafı” dedikdə spesifik olaraq nəyin nəzərdə tutulduğunu izah edə bilməyib.
Ceyhun Osmanlı barədə MKİ-yə göndərilən məxfi teleqram
Hökumətyönümlü gənclərin hansı fəaliyyətləri var?

Osmanlı “İRƏLİ”nin hazırda həyata keçirdiyi müxtəlif layihələri izah etdi. İl ərzində qrup Azərbaycanın regionlarında gənclər üçün bir həftəlik yay düşərgələri (cəmi 26) təşkil edib. Bu düşərgələrdə ümumilikdə 3000 gənc iştirak edib, arxeologiyadan fotoqrafiyaya, beynəlxalq münasibətlərə qədər bir çox məsələləri müzakirə ediblər.
Qrup həmçinin 2 il ərzində 1 milyon ABŞ dolları məbləğində layihə çərçivəsində bütün ölkə boyu 50 000 adama internetdən istifadə təlimi keçir. Onların notbuklarla və simsiz internetlə təchiz olunmuş xüsusi avtobusu var. Layihə qismən “Microsoft” və “Hewlett-Packard” şirkətlərinin ianəsi hesabına dəstəklənir. Qrupun məqsədi insanlara internetdə informasiyanı necə tapmağı öyrətməkdir. Bu layihənin bütün trenerləri “İRƏLİ” üzvləridir.
Digər layihədə “İRƏLİ” Azərbaycanın bütün jurnalistika fakultəsinin tələbələrinə treninq keçmək və onların arasından seçim edərək KİV-lərdə staj keçməyə göndərmək nəzərdə tutulur. Osmanlı bildirdi ki, bütün bu layihələrdə “düzgün tərəfdaşların olması çox mühümdür”.
Osmanlı həmçinin bildirdi ki, onlar yeni kampaniyaya da başlayıblar. Bu kampaniya çərçivəsində gənclər öz “layihə təşəbbüslərini” irəli sürə bilərlər və “İRƏLİ” həmin təşəbbüslərin maliyyələşdirilməsinə, həyata keçirilməsinə kömək edəcək.
Ceyhun Osmanlı barədə MKİ-yə göndərilən məxfi teleqram
Seçki planları

Ramiz Məmmədli “İRƏLİ”nin ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı layihəsinin rəhbəridir. Məmmədli dedi ki, “İRƏLİ” gənclərin bələdiyyə şuralarına namizədliklərini irəli sürməyə həvəsləndirmək və bu məqsədlə onlara treninq keçməyi planlaşdırır. Məqsəd seçkilərdə yaşı 35-ə qədər olan 5000 namizədin olmasıdır. Belə ki, hazırda bələdiyyə sədrlərinin cəmi 4 faizi gənclərdir. Eyni zamanda Məmmədli bildirdi ki, QHT kimi onlar namizədlərin kampaniyasını maliyyələşdirə bilməzlər, onlar namizədlərə peşəkar hazırlıq keçə, həmçinin plakatların və vərəqələrin hazırlanmasında kömək edə bilərlər. Məmmədli həmçinin dedi ki, qrup bu layihə çərçivəsində seçicilərin maarifləndirilməsi və onların səsvermədə iştirakı üçün heç bir təbliğat aparmayacaq. Hökumətyönümlü gənclər Azərbaycan üçün nə etmək istəyir?
Səfirlik rəsmilərinin Azərbaycanın 10 il sonra necə görünməli olduğuna dair sualına cavab olaraq Osmanlı bildirdi ki, Azərbaycan son 10 il ərzində böyük uğurlar əldə edib. O, bəyan etdi ki, Azərbaycan 10 il əvvələ qədər Afrika ölkələrinin səviyyəsində idi, ancaq indi inkişaf edir.
Osmanlı ümid edir ki, növbəti 10 il ərzində Azərbaycan təkcə iqtisadi baxımdan deyil, həm də mədəni baxımdan inkişaf etmiş ölkə olacaq. Osmanlı deyir ki, bu hədəfə çatmaq üçün etibarlı adamların lazımi yerlərdə olması çox mühümdür. O, dərhal əlavə etdi ki, Azərbaycanda indi də müvafiq adamlar müvafiq yerləri tuturlar, lakin bəzən müəyyən adamlar düzgün istiqamətdə işləmirlər.
Osmanlı dövlətin müstəqilliyinin ən mühüm məsələ olduğunu da bildirdi. Eyni zamanda “İRƏLİ” kiməsə qarşı deyil, onlar sadəcə olaraq özlərini göstərmək istəyən adamlarla və demaqogiya ilə razı deyillər. “Azərbaycanın gələcəyi elə bizim kimi görünəcək” - Osmanlı əlavə etdi.

ŞƏRH

Bu görüşlə “Dalğa” və “Ol” şəbəkəsi kimi digər azərbaycanlı gənclər qrupları ilə görüş arasında ziddiyyətlər heyrətə salır. Demokratiya, insan haqları və azadlıq sözləri bizim Osmanlı ilə bir saatdan çox çəkən görüşümüzdə bir dəfə də olsun səslənmədi. Bunun əvəzində həmin gənclərin dilində ancaq “inkişaf” sözü eşidilirdi. Burası aydındır ki, Azərbaycan hökumətini dəstəkləyən bu qrupun öz məkrli tərəfi, Moskvadakı hökumətyönlü “Naşix” və “Molodoy Rossii” gənclər qrupları ilə dəqiq bənzərlikləri var. Hərçənd ki, zorakı tendensiyalardan uzaqdır.
Qruplar halında arxeoloji ekspedisiyalara getmək isə sovet dövrünün köhnəlmiş stereotiplərini xatırladır. Bununla belə Osmanlı və onun “İRƏLİ” üzvləri çox güman ki, həbsdəki bloggerlər Emin Milli və Adnan Hacızadə kimi Azərbaycanın gələcək rəhbərləri olacaqlar. Və buna görə də səfirlik bu qrupla məşğul olmaqda və onların fəaliyyətini izləməkdə davam edəcək. Bir çox hallarda bunlar kimi gənc liderlər hökumətyönümlü mövqelərinə baxmayaraq, QHT-lərin və internetə maneəsiz girişin mühüm müdafiəçiləri ola bilərlər (Donald Lu).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • WikiLeaks Azərbaycan XİN-in Səudiyyə Ərəbistanı ilə məxfi yazışmalarını ələ keçirib

    WikiLeaks Azərbaycan XİN-in Səudiyyə Ərəbistanı ...

    9-07-2015, 16:15

  • 
  • “Gülən camaatı”nın Bakıdakı fəaliyyəti “Wikileaks”də- Səfirin məxfi məktubu

    “Gülən camaatı”nın Bakıdakı fəaliyyəti ...

    24-02-2014, 23:41

  • 
  • Ceyhun Osmanlı ilə bağlı şok iddia

    Ceyhun Osmanlı ilə bağlı şok iddia ...

    3-05-2014, 12:17

  • 
  • ABŞ kəşfiyyatı Ərdoğanı da dinləyirmiş

    ABŞ kəşfiyyatı Ərdoğanı da dinləyirmiş ...

    28-11-2013, 23:06

  • 
  • İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib kəşfiyyatçıya nə danışdı...

    İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib ...

    8-05-2014, 10:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu