GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Təhsil Nazirliyinin “uzatma” siyasəti nəyə hesablanıb?

Təhsil Nazirliyinin “uzatma” siyasəti nəyə hesablanıb?

Tarix: 13-04-2014, 13:02 Bölmə :Siyasət Baxış: 1 100
Təhsil Nazirliyinin “uzatma” siyasəti nəyə hesablanıb?
Dərs ilinin uzadılması ilə təhsil problemlərini həll etmək mümkün deyil

Azərbaycan praktikasında belə bir anlayış var ki, vəzifəyə təyin olunan məmur mütləq hansısa baxımdan özünü “göstərməlidir”. Bu ilk növbədə sabiq həmkarının kadrlarını təmizləməkdən başlayır, daha sonra isə ümumi işə dəxli olmayan bir neçə səs-küylü kompaniya ilə yekunlaşır. Hər şey isə ümumi rəyi formalaşdırmağa hesablanır. Yəni “mən gəldim, dəyişdim, islahat apardım”. Məsələn, hansısa bir rayonda icra başçısını dəyişəndə, yeni gələn kadr sabiq həmkarının dövründə yolların kənarına döşənmiş təptəzə bardurları sökdürür, əvəzinə yenilərini düzdürür. Bunun adı olur təmir-tikinti işləri, əvəzində də büdcənin bir xeyli vəsaiti gedir öz işinin dalıyca. Ötən ilin prezident seçkilərindən sonra yeni təyinatla vəzifə alan nazirlər də işə çox hay-küylə başlamışdılar. Hətta, az qala elə fikir formalaşırdı ki, sən demə ölkədə bunlardan başqa işləyən yox imiş. Amma, “hər şey öz yerini alandan sonra” yenə də sakitlik bərqərar oldu. Daha Səlim Müslümov heç kimə barmaq silkələmir, iclasdan qovmur, ünvanlı sosial yardım alanlar isə elə əvvəlki kimi qalıblar ələm-yesir. Müdafiə nazirinin dəyişikliyindən sonra yaranan müsbət aura da yekunlaşdı. Əsgər ölümləri nəinki azalıb, indi hər gün ordudan ölüm xəbərləri gəlməkdədir. Necə deyərlər, reklamlar bitdi, seyrə davam...
Öz gəlişi ilə rəhbərlik etdiyi sahədə bir xeyli səs-küylü kompaniyalara start verən nazirlərdən biri də təhsil naziri Mikayıl Cabbarov oldu. Ölkənin ən ağrılı sahəsi olan təhsil sistemində illərlə qalaqlanmış problemlərin həllinə olan (daha doğrusu, ölən) inamların ili artıq tamam olmaq üzrədir. Yeni nazirin işə başlamasından bir il keçməsinə baxmayaraq, bu sahədə demək olar ki, heç bir əsaslı dəyişiklik baş verməyib. Əvəzində keçmiş nazirin heç olmazsa hərdənbir binəva müəllimləri müdafiə edən çıxışları pedaqoqlar tərəfindən nostalji hisslərlə xatırlanmağa başlayıb. M.Cabbarov rəhbərliyə başlayandan sonra belə bir rəy formalaşdırılmağa başlandı ki, sən demə təhsilin bütün problemlərinin səbəbkarı elə müəllimlər özləri imiş. İnzibati amirlik sistemi formalaşdırmaqla məktəbləri qorxu altında saxlamağa çalışan nazir təhsil problemlərini daha çox qeyri-peşəkarların vasitəsilə həll etməyə üstünlük verir. Qəzetimizdə bu barədə bir neçə dəfə araşdırmalar aparılıb, Təhsil Nazirliyinin Vergilər Nazirliyinə çevrilməsindən bəhs olunub. Elə bu səbəbdəndir ki, M.Cabbarov təhsil problemlərinin həllinin yeni unikal variantlarını tapıb. Hamıya məlumdur ki, hələ Sovetlər dönəmindən dərs ili sentyabrın 1-də başlanırdı. Müstəqillik əldə etdikdən sonra yeni qaydalar tətbiq olundu və dərs ilinin başlanması tarixi sentyabrın 15-nə dəyişdirildi. İndi isə yeni nazir öz şagirdlik illərini yada salaraq dərslərin yennidən sentyabrın 1-də başlanmasını istəyir. Neynəmək olar, “islahat” xatirinə dözmək olar. Amma, M.Cabbarovun dərs ilini “uzatma” siyasəti heç bununla da yekunlaşmır. O, iddia edir ki, bütün bəlaların kökü dərslərin cəmisi 32 həftə olmasındadır. Gərək müəllim və şagirdlər heç olmasa 3-4 həftə də artıq məktəbə təpik döysünlər ki, milli təhsilimizin bütün problemləri həll olunsun. Nazirlikdən bunu tədris proqramlarının çoxluğu, şagirdlərin artıq yüklənməsi ilə izzah etməyə çalışırlar. Bir də deyirlər ki, şagirdlər çox bekar qaldıqları üçün təhsildən ayrı düşürlər. Əslində isə bu, “uzatma” siyasəti görüntü xatirinə atılan addımdan başqa bir şey deyil. Əvəzində nazirlik əməkdaşları qəliz dildə yazılan, bir çox hallarda ali məktəb proqramları həcmində olan dərsliklərdə düzəliş etsəydi, daha yaxşı olardı. Onsuz da şagirdlər dərs proqramlarını daha məktəbdə mənimsəmirlər. Repititorluq sistemi məktəb təhsilini məhv edib. Yuxarı siniflərdə şagirdlərin adı sinif jurnallarında atestat xatirinə yazılır, özləri isə xüsusi kurslarda və yaxud ev təhsili ilə məşğul olurlar. Dərs ilinin müddətini 2 ay da artırsan, heç nə dəyişilən deyil. Xüsusilə, iyun ayında qəbul imtahanları öncəsi olduğu üçün şagirdlər daha çox əlavə hazırlıqlara üstünlük verirlər. Belə olan halda nazirliyin yeni addımı məktəblər üçün əlavə problemlər yaratmağa yönəlib. Mayın ortalarından davamiyyət aşağı olduğu halda iyunun qızmar günlərində məktəblərdə vəziyyət daha acınacaqlı olacaq. Nəinki proqram materialları daha yaxşı mənimsəniləcək, əksinə yaranmış boşluqda müəllimlər əziyyət çəkəcəklər. Şagirdlərin böyük qismi dərsdən yayındığı üçün materialları mənimsəməyəcəklər.
Təhsil Nazirliyinin hörmətli əməkdaşları ilk öncə məktəbin nüfuzunu qaldırmalıdırlar. Müəllim məktəbə gününü yubatmaq xatirinə yox, elm öyrətmək xatirinə gəlməlidir. Məgər repititorluqla məşğul olan müəllimlər məktəblərdə işləmirlərmi? Onlara lazımi şərait yaratmaq, maddi durumunu təmin etməklə məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək daha yaxşı olardı. Müəllimə öz əvvəlki şöhrətini, təmiz adını qaytarmadan belə alayarımçıq islahatlarla təhsili inkişaf etdirmək mümkün deyil. İlk öncə, müəllimlərə və şagirdlərə məktəbi sevdirin, cənablar! Sonra onlar siz istəsəniz də ordan ayrılan deyillər!
Gündəm xəbər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • “RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

    “RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd ...

    25-07-2016, 16:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu