GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Tale yolları” restoranının sahibi: “İlham Mirzəyev kimdir onun obyektini işlədim?”

“Tale yolları” restoranının sahibi: “İlham Mirzəyev kimdir onun obyektini işlədim?”

Tarix: 15-04-2014, 10:25 Bölmə :Siyasət Baxış: 839
“Tale yolları” restoranının sahibi: “İlham Mirzəyev kimdir onun obyektini işlədim?”
“İlham Mirzəyev kimi bir adamı tanımıram. İndi danışırıq deyə
adını çəkirəm. Heç adını belə çəkmək istəmirəm”.


Bunu mətbuata “Tale yolları” restoranının sahibi Məmmədağa Axundov deyib. “Space” telekanalının aparıcısı İlham Mirzəyevin aprelin 11-də həbs edilməsi haqda məlumat vermişdik. Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və haqqında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılan İ.Mirzəyev aprelin 12-də məhkəmənin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum edildi.
İ.Mirzəyevin saxlanılmasından sonra onun mülkləri haqda müxtəlif məlumatlar yayıldı. “İlhaMed” klinikası ilə yanaşı “Tale yolları” restoranının da aparıcıya məxsus olduğu deyildi. Bu barədə hətta rəsmi dövlət nəşri olan “Xalq qəzeti” də yazmışdı.
Klinikanın İ.Mirzəyevə məxsus olması xəbəri rəsmən təsdiqləndi. Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirildi ki, klinika lisenziyasız fəaliyyət göstərib.
İ.Mirzəyevə məxsus olduğu deyilən başqa bir obyekt - “Tale yolları” restoranı haqda isə müxtəlif məlumatlar yayıldı. Məlumatlarda həmçinin bildirilirdi ki, polis əməkdaşları restorana baxış keçirib və baş inzibatçının ifadəsini almaq üçün onu bölməyə aparıblar.
Səsləndirilən iddiaları dəqiqləşdirmək üçün Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Tale yolları” şadlıq sarayına yollandıq. Bu iddialarla bağlı restoranın rəhbəri Məmmədağa Axundovun fikirlərini öyrəndik.
İlham Mirzəyevi şəxsən tanımadığını deyən M.Axundov ilk əvvəl obyektin ona məxsus olmasını təsdiq edən bütün rəsmi sənədləri göstərdi.
M.Axundov restoranı özünün tikdirdiyini və heç bir şərikinin olmadığını söylədi: “2006-cı ildə bu obyekti tikdirmişəm. Heç bir şərikim yoxdur. Heç İlham Mirzəyevin adının mənim adımla birgə hallandırılmasını qəbul edə bilmirəm. Mən o adamı tanımıram. Hərdənbir televizorda reklamlarda təsadüfən ağlayan yerdə görürəm. O kim, mən kim?! Xırdalan şəhərində hamı bilir ki, bura mənimdir”.
M.Axundov “Xalq qəzeti”ndə və bəzi mətbuat orqanlarında restoranın İlham Mirzəyevə aid olması haqda yazılanlara görə təəssüfləndiyini dedi: “Mənə maraqlıdır ki, bunu dəqiqləşdirmədən necə yazıblar. Onlara narazılığımı bildirə bilərəm, ancaq düşünürəm ki, ehtiyac yoxdur. Yəqin indi bilərlər ki, bura mənimdir, bir daha yazmazlar. Ola bilər ki, restoranın adını İlham Mirzəyevin verilişi ilə eyni olduğunu düşünüb belə yazırlar. Bu yazılardan sonra eşitmişəm ki, onun verilişinin adı “Etiraf”dır. Adlar da fərqlidir. Artıq səhv salmaq lazım deyil. Bəzi dostlarımız da zəng edir, maraqlanırlar. Adam utanır, bilmir nə cavab versin”.
M.Axundov obyektin İ.Mirzəyevə məxsus olması və işlətmək üçün ona verilməsi iddialarına da cavab verdi: “İlham Mirzəyev kimdir ki, mən onun obyektini işlədim? Məni tanıyanlar yaxşı tanıyır. Bunu özümə sığışdıra bilmərəm. Mən bizneslə məşğul olanda onun harada olduğu bilinmirdi. Bütün sənədlərimi göstərdim. Burada hər kəs məni tanıyır. Kimdən də istəsəniz maraqlana bilərsiniz”.
Polis tərəfindən restorana baxış keçirilməsi xəbərinə də aydınlıq gətirən M.Axundov bu xəbərin də yalan olduğunu vurğuladı: “Polislər məni tanıyır. Bilirlər ki, buranın İlham Mirzəyevlə əlaqəsi yoxdur. Polisə aparıldığı deyilən baş inzibatçı Zaur dünən də, bu gün də işinin başında olub. Yazırlar ki, bu xəbəri ətrafda yaşayan sakinlər yayıb. Necə olub ki, sakinlər bilir, ancaq biz yox?! İşimizdə heç bir axsama yoxdur. Restoranımızda bu gün də toy var, sabah da. Yəni biz işimizlə məşğul oluruq”.
Biz mətbuat olaraq hər halda öz işimizi gördük. Yayılan xəbərlərə aydınlıq gətirmək üçün faktı necə deyərlər, yerində, ilkin mənbədən dəqiqləşdirməyə çalışdıq. Amma fakt odur ki, “Tale yolları”nın İ.Mirzəyevə məxsus olması fikri kifayət qədər ciddi mənbələr tərəfindən irəli sürülüb. Məmur biznesinin çiçəkləndiyi Azərbaycanda geniş yayılmış başqa bir praktika da var - obyektlər əksər vaxtlarda başqa adamların adına sənədləşdirilir...
İLQAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Space”-in aparıcısı İlham Mirzəyev bıçaqlandı

    “Space”-in aparıcısı İlham Mirzəyev bıçaqlandı ...

    24-07-2013, 12:01

  • 
  • Vəkili İlham Mirzəyevin səhhətindən danışdı - “Vəziyyəti tam normaldır”

    Vəkili İlham Mirzəyevin səhhətindən danışdı - ...

    4-02-2016, 16:30

  • 
  • “İlham Mirzəyev azadlığa çıxacaq...”

    “İlham Mirzəyev azadlığa çıxacaq...” ...

    13-08-2014, 12:37

  • 
  • İlham Mirzəyevin həbsində şok isim

    İlham Mirzəyevin həbsində şok isim ...

    15-04-2014, 10:47

  • 
  • İlham Mirzəyev məhkəmədə qəzəbləndi: “Jurnalistləri buraxmayın”

    İlham Mirzəyev məhkəmədə qəzəbləndi: ...

    9-09-2014, 16:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu