GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ərdoğan seçki marafonuna start verdi

Ərdoğan seçki marafonuna start verdi

Tarix: 29-04-2014, 09:53 Bölmə :Siyasət Baxış: 626
Ərdoğan seçki marafonuna start verdi
Baş nazirlə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç arasında mübarizə pik həddə

Türkiyədə bu yay hərarət kimləri yandıracaq?

Ötən hər gün Türkiyədə prezident seçkilərini yaxınlaşdırır. Vaxt azaldıqca siyasi rəqiblər arasında mübarizə kəskinləşir, qarşılıqlı ittihamlar səsləndirir. Xüsusilə, seçkilərdə Ərdoğanla əsas rəqiblərindən hesab olunan Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç arasında münasibətlər pik həddə çatıb. Ali məhkəmə sisteminin yaradılmasının 52-ci ildönümünə həsr edilmiş mərasimdə Haşim Kılıç sözün əsl mənasında “ürəyini boşaldıb”. Onun sərt ifadələri qarşısında Ərdoğan ancaq toplantının yarısına qədər səbirləşə biib, daha sonra mərasimi yarımçıq tərk edib. Baş nazir “siyasətə gələcəksiniz, cübbənizi çıxarın” deyir. Bizlər ədalətli olmağı müqəddəs bir vəzifə kimi qəbul edən mədəniyyətin daşıyıcısı olaraq gücün və şərtlərin təsiri ilə köynək dəyişdirən bir xarakterin sahibi ola bilmərik” deyən Kılıçın çıxışı Türkiyə gündəmində bomba effekti yaradıb. KM-nin sədri bildirib ki, 17 dekabr Böyük rüşvət və korrupsiya əməliyatlarından sonra “paralel dövlət” suçlaması ilə Ərdoğan bir sıra dövlət orqanlarının qanuni fəaliyyətini çübhə altına alıb. “Biz Türkiyə məhkəmələrinin verdiyi bütün qərarların arxasındayıq”, - deyə Kılıç baş nazirə xəbərdarlıq edib. Kılıç Ərdoğanını Twitter yasaqlamasına da sərt reaksiya verib.
17 dekabr əməliyyatlarından sonra baş nazir demək olar ki, bütün çıxışlarında məhkəmə sistemi, dolayısı ilə Kılıçla bağlı sərt ifadələr işlədirdi. O, Konstitusiya Məhkəməsinin sədrini Gülən icması ilə əlaqələrdə ittiham edir, “paralel dövlət” yaratmaqda günahlandırırdı. Ərdoğanın ittihamları qarşısında uzun zaman sükutu pozmayan Kılıçın son çıxışı yenidən müzakirələri şiddətləndirib. Ərdoğanın cavabı da özünü çox gözlətməyib. Konyada tərəfdarları qarşısında çıxış edərkən Konstitusiya Məhkəməsi və müxalifət mövzusu yenə də Ərdoğanın nitqinin əsas qayəsini təşkil edib. “Bunlar məni dinləyirlər, prezidenti dinləyirlər. Yeni bir şey daha söyləyirəm. Konstitusiya Məhkəməsini də dinləyirlər. Bunların işi-gücü montajdır. Kimi dinləyirləsə dinləsinlər, qarşılarında biz varıq. Paralel dövlət ilə mücadiləmiz davam edir. Bunları təmizləyəcəyik. Ya yola gələcəklər, ya da gedəcəklər” deyən Ərdoğan prezident seçkilərinin də anonsunu edib. “Partiyamızın da bir prezidentliyə namizədi olacaq. 10 avqust 2014-cü il seçkilərində partiyamızın namizədini ilk turda qalib etməyə hazırıqmı?” deyə tərəfdarlarına səslənən Ərdoğan digər müxalifət partiyaları barəsində də sərt ifadələr işlədib. “Həm seçkidə məğlub oldular, həm də kirli ittifaq yaratdılar. Ey CHP, nə aldın? 28 faiz.MHP, sən nə aldın? 15 faiz. 43 faiz səs alan bunların səsi bizimaltımızda qaldı. 40 çürük yumurtadan bir bir sağlam yumurta etməz” deyərək müxalif qüvvələri xarici güclərlə işbirliyində günahlandıran Ərdoğan “Misirdə oynadıqları oyunu Türkiyədə də oynamaq istədilər. Müxalifət liderləri masaya oturdu. MHP və CHP arasında 30 mart öncəsi yaradılan kirli ittifaq artıq yüksək səslə danışılır” sözləri ilə rəqiblərini ittiham edib.
Ərdoğan çıxışında Fətullah Güləni də unutmayıb. “Pensilvaniyada nə işin var, çıx gəl! Ordan dəzgah qurma. Unutma, dəzgahların üzərində bir dəzgah var. O dəzgah bir gün səni də vuracaqdır”. Baş nazir tərəfdarlarına öz övladlarını Gülən icmasının məktəblərinə göndərməməyə çağırıb: “Alın bunların dərsanələrindən uşaqlarınızı. Önümüzdəki il bunların məktəblərinə uşaqlarınızı göndərməyin!”
Analitiklər Ərdoğanın son çıxışını Haşim Kılıçın ittihamlarından sonra prezident seçkilərinə start komandası kimi qiymətləndirib. Tərəflər arasında mübarizə açıq müstəviyə keçir. Vaxt daraldıqca ittihamların daha da sərtləşəcəyi, yeni kompromatların üzə çıxarılacağı gözlənilir. Türkiyədə çox isti bir yay olacaq.
Nicat MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri kimlər olacaq?

    Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri ...

    15-04-2014, 10:40

  • 
  • Ərdoğan Konstitusiya Məhkəməsinin qərarına etiraz etdi

    Ərdoğan Konstitusiya Məhkəməsinin qərarına etiraz ...

    4-04-2014, 16:54

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Ərdoğanı prezident elan etdilər

    Ərdoğanı prezident elan etdilər ...

    30-05-2014, 08:54

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycanla Türkiyə arasında əməkdaşlıq bütün istiqamətlərdə inkişaf edir"

    Prezident İlham Əliyev: "Azərbaycanla ...

    27-05-2016, 01:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu