GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qorxmaz Hüseynovu nurçulara nə bağlayır?

Qorxmaz Hüseynovu nurçulara nə bağlayır?

Tarix: 4-05-2014, 11:17 Bölmə :Siyasət Baxış: 810
Qorxmaz Hüseynovu nurçulara nə bağlayır?
“Azərsu” şefinin mühim əlaqələri ortaya çıxdı

Bu gün dövlət əhəmiyyətli layihələrə ayrılan vəsaitlərin podratçılar tərəfindən mənimsənilməsi geniş yayılmış tendensiyaya çevrilməkdədir.
Xüsusilə ölkənin su, kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələrdə yayınmalar təhvil-təslim işlərinin illərdir ləngiməsinə gətirib çıxarıb. “Azərsu” ASC-nin nə köhnə, nə yeni rəhbərliyi layihələrin nəzərdə tutduğu məqsədi əhaliyə çatdıra bilməyiblər. Belə ki, ölkənin bir çox ərazilərinə hələ də su fasilələrlə verilir, nasaz vəziyyətdə olan kanalizasiya xəttlərindən çirkab sular küçələrə axır.
Sual yaranır: bəs 3 il ərzində “Azərsu” və onun əsas podratçısı “Hidro-Lotus” MMC nə işlə məşğul olub? Əvvəlcə nəzərə çatdıraq ki, “Hidro-Lotus” Məhdud Məsuliyyətli Cəmiyyətin özünün hansı kriteriyalarla layihə podratçısı seçilməsi sual olaraq qalır. Çünki MMC 26.07.2011-ci il tarixdə Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınıb. Yəni Nazirlər Kabinetinin Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında təmiz, çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması ilə bağlı 2011-ci il 15 iyul tarixli 194s nömrəli sərəncamından sonra. Növbəti mərhələdə isə şirkət “Azərsu”nun keçirdiyi tenderin qalibi elan edilib. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında “Dövlət satınalmaları haqqında” qanunun 6-cı maddəsində (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) 50 min manatdan yuxarı dövlət sifarişlərinin bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə biləcəyi göstərilib. Bundan əlavə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılıq tələb edilib. Amma “Hidro-Lotus” adlı şirkətin varlığı cəmiyyətə tenderdən sonra bəlli olub.
Onu da bildirək ki, “Hidro-Lotus” MMC-nin 70 faizi “Hidro-İnşaat Servis”ə, 30 faizi isə Türkiyənin “Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşımacılık Anonim Şirkəti”nə (qısaca adı - “Lotus”) məxsusdur. Əslində bu, normaldır. Çünki təcrübə göstərir ki, tenderin qalibi olmaq üçün sifarişçi əvvəlcə özünə podratçı şirkət yaradır. Şübhələri üzərindən atmaq məqsədilə layihənin icrası dövründə hansısa xarici anonim şirkətlə ortaq olur. Bu ortaqlıq isə bəzən layihə bitmədən pozulur…
Məlumatlara görə, “Hidro-Lotus” MMC-də ilk vaxtlar şirkətin rəhbərliyində əsasən türklər, xüsusilə nurçular təmsil olunurmuş. Həmin ərəfədə layihələrin icrasında, məvaciblərin verilməsində heç bir problem yox imiş. Vəziyyət sifarişçinin köçürmələri azaltmasından və öz qohumunu rəhbərliyə gətirməsindən sonra dəyişib. Yəni əvvəllər layihələrin icrası üçün nəzərdə tutulan vəsait 2012-ci ildən etibarən, yəni “Azərsu” sədri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovu şirkətin rəhbərliyinə təyin etdikdən sonra yarıbayarı azaldılıb. Buna adekvat olaraq maaşlar aşağı salınıb, layihələrin smetasında rəqəmlər dəyişikliyə uğrayıb. Öz ölkələrində İQ-ləri bir işə yaramayan, lakin Azərbaycanda mütəxəssis kimi 3-4 min manat maaş alan türklərin əksəriyyəti geri qayıtmağa başlayıb.
Diqqəti çəkən məqam isə layihədə nəzərdə tutulan işlərin aparılmamasıdır. Ölkənin su, kanalizasiya sistemi 3 il əvvəl nə vəziyyətdə idisə, hazırda da eyni haldadır. “Azərsu” su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində çox iş gördüyünü, əhali isə içməyə su tapmadığını deyir. Halbuki “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası üçün 87 mln, Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün 181,112 mln. manat vəsait nəzərdə tutulub. Konkret “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ilin dövlət büdcəsindən 3 054 066 manat, su təchizatı qurğularının istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı xərclərə isə 776 951 manat vəsait ayrılıb. Son 2 ilin (2012-2013) büdcəsindən isə “Azərsu” ASC-yə 20 000 000 manat verilib. Bütün bu vəsaitlər sifarişçi ilə podratçı arasındakı yolda “it-bata” düşüb.
Hazırda “Hidro-Lotus” MMC-də yenidən ixtisarlar başlayıb. Türkiyə vətəndaşlarının demək olar ki, hamısı işdən çıxarılıb. Dövlət əhəmiyyətli layihəni icra edən şirkətin qapadılaraq sektordan çıxması məsələsi gündəmə gəlib. Etibarlı mənbədən aldığımız məlumata görə, bunun nurçulara qarşı kampaniya ilə heç heç bir əlaqəsi yoxdur. Sadəcə, korrupsiya faktlarını ört-basdır etmək üçün şirkətin müflis elan edilməsi planlaşdırılır. Layihələrin bundan sonrakı taleyi isə bəlli deyil. İndi sual yaradan bir məqam var: niyə “Azərsu” ASC-nin sifarişçi olduğu layihələrdə podratçı son anda fırıldaqçı elan edilir? Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəklişində əsas podratçı olan “Turan Hazinadaroğlu” şirkətinin də aqibəti oxşar olmuşdu…
ƏLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Azərsu» nurçuların “Hidro-Lotus” MMC-si ilə əlaqəni kəsir

    «Azərsu» nurçuların “Hidro-Lotus” MMC-si ilə ...

    27-03-2014, 09:03

  • 
  • Qorxmaz Hüseynov nurçularla şərikliyinə görə bitirilir

    Qorxmaz Hüseynov nurçularla şərikliyinə görə ...

    23-05-2014, 09:39

  • 
  • Qorxmaz Hüseynovun klan korrupsiyası

    Qorxmaz Hüseynovun klan korrupsiyası ...

    16-04-2015, 12:29

  • 
  • Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları

    Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları ...

    30-01-2013, 10:35

  • 
  • “Azərsu”da cibə su kimi axan korrupsiya pulları – Təfsilat

    “Azərsu”da cibə su kimi axan korrupsiya pulları – ...

    22-02-2016, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu