GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qorxmaz Hüseynov nurçularla şərikliyinə görə bitirilir

Qorxmaz Hüseynov nurçularla şərikliyinə görə bitirilir

Tarix: 23-05-2014, 09:39 Bölmə :Siyasət Baxış: 0
Qorxmaz Hüseynov nurçularla şərikliyinə görə bitirilir
“Azərsu”nun prezidenti ilə bağlı ilginc faktlar yayıldı

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yaxın günlərdə işdən çıxarılacaq. Onun yerini isə spiker Oqtay Əsədovun yaxın qohumlarından biri tutacaq. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, Qorxmaz Hüseynovla bağlı qərarın verilməsinə səbəb “Azərsu” şefinin son dövrlər buraxdığı bir sıra səhvlər, iri yeyinti məsələlərində adının qabarıq şəkildə hallanması, habelə nurçularla bağlı şirkətlərlə geniş əlaqələr qurması olub.
Mənbənin sözlərinə görə, ASC rəhbərinin xüsusən də pullarını xaricə çıxarmaq cəhdi də yuxarı dairələrin diqqətindən qaçmayıb. “Avisa” sistemi ilə pullarını ölkədən çıxaran Hüseynovun bu hərəkətlərinin üstü açılıb. İcazəsiz milyonlarla vəsaiti başqa bir ölkəyə transfer cəhdlərinin bədəlini ödəyəcək. Mənbə bildirir ki, Qorxmaz Hüseynovu əvəzləyəcək spikerin qohumunun adı hələlik açıqlanmır. Amma onun bu sahəyə naşı olmadığı barədə məlumatlar var.
“Azərsu” uzun müddət Milli Məclisin sədri Oqtay Əsədovun nəzarətində olub (spiker 2005-ci ilə qədər ASC-yə başçılıq edib). O, spiker seçildikdən onu bu postda yaxın qohumu Nizaməddin Rzayev əvəzləyib. 2011-ci ilə qədər “Azərsu” spikerin obyekti kimi tanınıb. 2011-ci ilin fevralında ASC-nin idarə heyətinin sədri, “spikerin adamı” Nizaməddin Rzayev işdən çıxarıldı. Onun yerinə ARDNŞ-in vitse-prezidenti, Bəylər Əyyubovun kadrı sayılan Q.Hüseynov təyin edildi. Görünür, spiker yenidən “Azərsu”yu ələ keçirmək iddiasını ortaya qoyub.
Q.Hüseynovun nurçularla əlaqələrinə gəldikdə isə, bu barədə mediada məlumatlar dərc edilib. Bununla bağlı araşdırma aparılıb və maraqlı faktlar ortaya çıxıb. Q.Hüseynov Gülən camaatının Bakıdakı təmsilçiləri ilə böyük biznes qurub. “Azərsu” ASC-nin sifarişlərinin əksəriyyətinin Gülən camaatına məxsus olduğu iddia edilən “Hidro-Lotus” MMC gerçəkləşdirir. ASC-nin sifarişi ilə MMC ölkə üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələri həyata keçirir. MMC ASC-nin bir neçə yüz milyonluq layihələrinə sahib çıxıb. MMC-nin başında Bülənd adlı kürd mənşəli Türkiyə vətəndaşı durur. MMC-nin onlarla podratçıya çatacaq pulu mənimsəməsi barədə məlumatlar var.
MMC-nin saytında müəssisənin 26 iyul 2011-ci ildə dövlət qeydiyyatından keçdiyi bildirilir (BURADAN BAX). Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 29-da (məşhur Şəki restoranının arxasında) yerləşən “Hidro-Lotus” MMC Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli sərəncamına müvafiq olaraq “Azərsu” ASC ilə Bakı və ölkənin müxtəlif rayonlarında təmiz və çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması sahəsində müxtəlif müqavilələr imzalayıb. Elə bu məlumatlarda da nəhəng korrupsiya ocağının anonsu verilir – Nazirlər Kabinetin sərəncamından cəmi 11 gün sonra yaradılan MMC dəyəri yüz milyonlarla ölçülən layihələrə cəlb edilib. Bu tender qanunvericiliyinin açıq aşkar pozulması deməkdir.
Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur
Nazirlər Kabinetinin sərəncamı ilə “Azərsu”ya icazə verilib ki, “müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın.
“Azərsu” ASC isə hətta bu qanunsuz sərəncama da axıra qədər məhəl qoymayıb. Bu sərəncamdan cəmi 11 gün sonra yaradılan “Hidro-Lotus” MMC ilə bir neçə yüz milyonluq müqavilə imzalayıb. “Hidro-Lotus” MMC-nin 70 faizi “Hidro-İnşaat Servis”ə, 30 faizi isə Türkiyənin “Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşımacılık Anonim Şirkəti”nə (qısaca “Lotus”) məxsusdur. “Hidro-İnşaat Servis” MMC-də 2011-ci ildə qeydiyyatdan keçib. Onun təsisçisi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğludur. Bu MMC 2011-ci ilin aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra “Azərsu”nun layihələrinə cəlb olunub. Ardınca da Türkiyə şirkəti ilə “Hidro-Lotus” MMC-ni təsis edərək ASC-nin nəhəng layihələrinə cəlb edilib.
Qorxmaz Hüseynov ASC-nin rəhbəri təyin olunduqdan sonra (14 fevral 2011-ci il) müəssisəyə dövlət sərmayələri kəskin çoxalıb. Məsələn, 2011-ci ildə ASC-yə 198 milyon manat investisiya yatırılmışdırsa, 2012-ci ildə bu məbləğ 2 dəfədən çox artaraq 580 milyona, 2013-cü ildə 734 milyon manata, 2014-cü ildə isə 394 milyon manata çatıb. Yəni Q.Hüseynovun dönəmində ASC-yə 1 milyard 708 milyon manat (2,2 milyard dollar) yatırım qoyulub. Görünür, bir elə etimadın fonunda Q.Hüseynovun “səhvə” yol verməsi və Gülən camaatı ilə biznes əlaqələri onun hədəfə alınmasına səbəb olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İ.Bağırzadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Pirverdiyev-Hüseynov qarşıdurması dərinləşir

    Pirverdiyev-Hüseynov qarşıdurması dərinləşir ...

    23-05-2014, 09:49

  • 
  • Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları

    Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları ...

    30-01-2013, 10:35

  • 
  • “Azərsu” şefi də parlamentdə deputat qrupu qurmağa çalışır

    “Azərsu” şefi də parlamentdə deputat qrupu ...

    7-09-2015, 17:22

  • 
  • Qorxmaz Hüseynovun klan korrupsiyası

    Qorxmaz Hüseynovun klan korrupsiyası ...

    16-04-2015, 12:29

  • 
  • Qorxmaz Hüseynov talan etməyə hazırlaşır

    Qorxmaz Hüseynov talan etməyə hazırlaşır ...

    10-05-2014, 13:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu