GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İqtidarın mer seçkisi qorxusu

İqtidarın mer seçkisi qorxusu

Tarix: 10-06-2014, 11:35 Bölmə :Siyasət Baxış: 0
İqtidarın mer seçkisi qorxusu
İlqar Hüseynli:
"Hesab edirəm ki, məsələ birbaşa siyasi məqamla bağlıdır"

Akif Nəsirli:
"Hakimiyyət şəhərə təsir rıçaqlarının itirilə biləcəyindən çəkindiyindən, hələlik məsələdə dirəniş nümayiş etdirir"


Azərbaycanda 15 ildir bələdiyyə institutu yaransa da, hələ də Bakı şəhəri üzrə mer seçkiləri baş tutmayıb. Halbuki, hökumətin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də, məhz iri şəhərlər üzrə mer seçkisinin keçirilməsi tələbidir. Amma hələlik hökumət bu öhdəliyi qulaqardına vurmaqla məşğuldur.
Xatırladaq ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Bakı rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılması məsələsini sonuncu dəfə 2012-ci ilin sonlarında yenidən Azərbaycan hökumətinin diqqətinə çatdırmışdı. Qurumda hesab edirlər ki, Azərbaycanın 2001-ci ildə AŞ-yə üzv olarkən Bakı meriyasının yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ciddi problem və AŞ-ın standartlarına əməl etməməsi halıdır. Belədə Bakı rəhbərliyi hələ də, Prezident Administrasiyası, icra hakimiyyəti strukturlarından asılı olaraq qalmaqdadır. Bütün bunlara görə də, qurum Azərbaycanı öhdəliyə əməl etməməkdə ittiham edir.
Qeyd edək ki, Avropa Şurası üzvləri arasında təkcə Azərbaycanda paytaxt rəhbəri hələ də təyinat əsasında vəzifəyə gətirilir. Bu halda isə, şəhər rəhbərliyinə gətirilən şəxs bütün hallarda onu təyin edənin əmr və göstərişlərini yerinə yetirməli olur. Halbuki, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, hətta işğalçı Ermənistan da bu məsələni çoxdan həll edib. Bakı üzrə mer seçkilərinin bu günə qədər baş tutmaması səbəblərini ekspertlərlə dəyərləndirdik.
Bələdiyyələr üzrə ekspert İlqar Hüseynlinin fikrincə, Bakı şəhəri üzrə mer seçkilərinin keçirilməsi iqtidarın siyasi maraq dairəsində olmadığından, məsələ beləcə uzanır: "Uzun müddətdir ki, Bakı şəhəri üzrə mer seçkilərinin keçirilməsi məsələsi Azərbaycan hakimiyyət ilə Avropa Şurası arasında atışma mövzusu olub. Hətta Avropa Xartiyasının tələblərində əksini tapan bir sənədə görə, Bakıda və digər iri şəhərlərdə böyük şəhər bələdiyyələrinin olması məsələsi də öz əksini tapmışdı. Bunu ekspertlər olaraq bizlər də təklif etmişik. Amma təəssüf ki, məsələ hələ də ölü nöqtədən tərpənməyib. Hesab edirəm ki, məsələ birbaşa siyasi məqamla bağlı olduğundan, Azərbaycan hakimiyyəti Bakı şəhəri üzrə merin seçkili yolla seçilməsini istəmir, ona görə də prosesə maneəçilik törədir. Paytaxtda bildiyimiz kimi böyük infrastruktur layihələri həyata keçirilir. Belədə ortalıqda paytaxt büdcəsi üzərindən iri miqyaslı maliyyənin idarə olunması məsələsi var. Hər bir seçkili orqan bilavasitə onu seçən vətəndaş qarşısında hesabatlı orqandır. Seçki prosesi həm də bir siyasi marafondur. Təbii ki, bu seçkilərdə müxalif düşüncəli namizədlərin olması, prosesə beynəlxalq diqqətin artması, Azərbaycan hakimiyyətinin bu günə qədər Bakı üzrə mer seçkisi məsələsində dirəniş göstərməsinə gətirib çıxarıb. Yəni proses sırf siyasi amillərlə bağlıdır. Bilirsiniz ki, seçkilərlə bağlı hər il Azərbaycanda ciddi iradlar ortaya çıxır. Seçkilərin saxtalaşdırılması oturuşmuş bir sistem halını aldığından hər zaman Azərbaycan hökuməti ciddi tənqidlərə məruz qalıb. Hökumət isə bu tənqidlərdən bu günə qədər nəticə çıxarmayıb. Bu mənada da yeni bir seçki sisteminin ölkədə tətbiqində maraqlı görünmürlər. İkinci bir tərəfdən, Bakı şəhər büdcəsinin idarə olunması və onun sərf olunmasında seçkili orqan deyil, birbaşa təyin olunan şəxsin iştirakı indiki hakimiyyətə daha çox imkanlar yaradır. Bu mənada da onlar mer seçkilərinin keçirilməsində maraqlı görünmürlər".
Liberal İqtisadiyyat Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, hakimiyyət müstəqil idarəetmə qurumlarının olmasında maraqlı deyil: "Bakı şəhəri üzrə mer seçkisinin keçirilməsi Avropa Şurasının qoyduğu tələblərdən biridir. Hakimiyyət isə dilema qarşısındadır. Onlara görə Bakı şəhəri üzrə mer seçiləcəksə idarəetmədə bir sıra problemlər yaranacaq. Mer seçkisi ilə aydındır ki, şəhərin idarə olunması hökumətdən asılı olmayan müstəqil adamın əlində olacaq. O isə hakimiyyətin sifarişini qəbul etmədən şəhərlə bağlı olan bir sıra məsələləri müstəqil həll edəcək. Yəni bu fonda inzibatçılıq bir qədər azalar, hakimiyyət rıçaqları zəifləyər. Hakimiyyət bu seçkiləri saxtalaşdırmaq yolunu da tutaraq, ora istədiyini seçəcəksə, bu da yeni problem yaradacaq. Çünki, seçkinin saxtalaşdırılmasına azı haqqı tapdalananlar etiraz edəcək. Bu da hakimiyyət üçün yenə problem yaradacaq. Yəni hakimiyyət şəhərə təsir rıçaqlarının itirilə biləcəyindən çəkindiyindən, hələlik məsələdə dirəniş nümayiş etdirir. Şəhər həyatında həyata keçirilən layihələr də mer seçkisi ilə mərkəzi hakimiyyətin əlindən çıxacaq. Bu halda mərkəzi hakimiyyət merlə hesablaşmalı olacaq. Çünki, sivil ölkələrdə bu məsələdə meriyanın fikri əsas götürülür. O da adətən sorğulara əsaslanaraq qərar qəbul edir. Məsələn, bir neçə il öncə Moskvada bir məhşur Azərbaycanlıya heykəl qoyulması nəzərdə tutulurdu. Bunun üçün meriya seçki keçirdi, hansı ki, sorğuya da iki nəfərin, Heydər Əliyevlə Müslüm Maqomayevin adları salınmışdı. Sorğu nəticəsində bəlli oldu ki, əhali Müslüm Maqomayevin heykəlinin qoyulmasını istəyir və belə də oldu. Bakıda isə icra hakimiyyətinin razılığı olmadan belə mərkəzi hakimiyyət istədiyi yerdə park salır, digər işləri görür. Hakimiyyət də bu vasitələrlə büdcə pullarının mənimsənilməsinə şərait yaradır".
Həsən İslamov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda mer seçkisi olacaqmı?

    Bakıda mer seçkisi olacaqmı? ...

    27-01-2014, 14:54

  • 
  • Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ola bilər

    Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ...

    27-04-2018, 14:26

  • 
  • Eldar Əzizov Bakıda mer vəzifəsinin seçkili olması təklifi abrədə

    Eldar Əzizov Bakıda mer vəzifəsinin seçkili ...

    2-03-2019, 14:33

  • 
  • Avropalı deputatlar Azərbaycana gəlir

    Avropalı deputatlar Azərbaycana gəlir ...

    11-06-2013, 00:32

  • 
  • UKRAYNADA AZƏRBAYCANLI MER GÜLLƏLƏNDİ

    UKRAYNADA AZƏRBAYCANLI MER GÜLLƏLƏNDİ ...

    26-07-2014, 19:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu