O, Amerikalı əsgərlərə “Nyu-Yorkda görüşərik”, deyib; İŞİD Qərb ölkələrində döyüşmək üçün Qərbdən olan könüllüləri toplayır
Amerikanın məşhur saytlarından olan “answers.com” ilginc məlumatlar yayıb. Sayt yazır ki, respublikaçılar və demokratlar inanırlar ki, İraq və Şam İslam Dövləti (İŞİD) tezliklə ABŞ-da peyda olacaq. Bu iddianın sübutu kimi sayt aşağıdakı faktları xatırladır.
Əbu-Bəkir Əl Bağdadi hazırda İslam Dövlətinə rəhbərlik edir. Onun nəzarətində olan qrup o qədər qəddardı ki, “əl-Qaidə” də onlardan imtina edib. Bir dəfə o, ABŞ tərəfindən həbsdə saxlanılıb. Belə deyilir ki, o, azad olanda onu əsir saxlayanlara deyib: “Cavan oğlanlar, sizinlə Nyu-Yorkda görüşəcəm ”.
İslam Dövlətinin Mətbuat ofisinin rəhbəri Əbu Musanın belə dediyi bildirilir: “Biz Allahın bayrağını Ağ Evin üstündən asacağıq”.
“Twitter”də ABŞ İŞİD hədəflərinə hava zərbələri endirdikdən sonra terrorçuların tərəfdarları belə bir xəbərdarlıq yaydılar: “Görüş yeri Nyu-York”.
İllinoisdən olan demokrat və Obamanın yaxın mütəfiqi senator Dik Durbin deyib ki, İŞİD təkfirçi döyüşçüləri ABŞ-ı hədələyəcək dərəcədə böyüməkdədirlər.
Başqa bir demokrat, Kaliforniyadan olan senator Dianne Faynştayn həm də Senatın Kəşfiyyatla bağlı Komitəsinə rəhbərlik edir. O, bəyan edib ki, belə bir risk getdikcə artmaqdadır ki, İŞİD Amerikada və Avropada hədəfləri vurmaq üçün döyüşçülər hazırlamaqdadır. Senator deyib: “Getdikcə daha da aydın görünür ki, İŞİD Qərb ölkələrində döyüşmək üçün Qərbdən olan könüllülər toplayır. Yaxın Şərqdə onlara döyüş təlimləri keçirilir və mümkündür ki, onları Amerika və Avropa şəhərlərinə geri dönsünlər və bizə öz içimizdən hücum etsinlər”.
Senator Rand Paul isə deyib ki, Suriyada Amerikanın öz müttəfiqlərini silahlandırması İŞİD-i ruhlandırdı, onların Bəşər Əsədə qarşı döyüşən üsyançılardan qorunmasına kömək etdi.
Suriya prezidenti Bəşər Əsədsə deyib ki, müstəqil sayt olan “WND” bu günlərdə xəbər yaydı ki, 2012-ci ildə ABŞ tərəfindən İordaniyada gizli bazada təlim keçmiş İŞİD üzvüləri Suriya prezidentin hədəf seçmiş üsyançılara xəlvəti yardım edirdilər.
“WND” saytının başqa bir xəbərində isə deyilirdi ki, İ,İD-i Səudiyyə Ərəbistanı silahlandırıb.
Nyu-Yorkdan olan senator Peter Kinq bəyan edib ki, İŞİD hər gün xilafətinin yaradılması ilə bağlı işləri sürətləndirir: “Onlar ABŞ-a qarşı birbaşa təhlükə mənbəyinə çevrilməkdədir. Onlar indi 9/11 hadisələri zamanı güclü olan “əl-Qaidə”dən daha güclüdür. Və mən istəmirəm ki, bu kimi hadisələr yenidən baş versin”.
İŞİD keçmiş “əl-Qaidə” üzvlərindən yaranıb və yeni ad altında çıxış edir. Bu ad isə qrupun hədəfindən xəbər verir. Onlar xilafətin yaranması yolunda duran hər şeyi məhv etməyə hazırdırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?