Azərbaycanda səfərdə olan BMT- nin Özbaşına Saxlama üzrə İşçi Qrupunun üzvləri ilə görüş keçirilib. Görüşdə iştirak edən qrup üzvlərinin verdiyi məlumata görə, onlar 25 saxlanma yerində olublar və CÇM- lərində bir çox dustaqlarla, həm də rəsmi şəxslərlə görüşüblər. Həmçinin yeni həbs olunmuş Qiyas İbrahimov və Bayram Məmmədovla görüşüblər. BMT nümayəndələri Ombudsman Elmira Süleymanovadan fərqli olaraq narkotika ittihamı ilə şərlənərək həbs olunmuş gənclərin bədən nahiyyəsində işgəncə və xəsarət izlərinin olduğunu bildirdilər. Onlar bu izlərin hansı şəraitdə yarandığını və mahiyyətini izah etməkdə çətinlik çəksələr də heç olmasa gerçəkliyi ifadə etdilər. İşçi Qrupun üzvləri hakimiyyət tərəfindən irəli sürülən cinayət təqibinin hüquq müdafiəçilərini, jurnalistləri və siyasi oppenentləri susdurmaq üçün alət kimi istifadə olunduğunu bildirdilər. Onlar təqibə məruz qalanlar içində İlqar Məmmədovun, Xədicə İsmayılın, Zeynalabdin Bağırzadənin, Nicat Əliyevin, Rəşad Ramazanovun və digərlərinin adlarını qeyd etdilər. Qrup üzvləri səfər müddətində üzləşdikləri pozuntular barədə narahatlıqlarını bildirir və bununla bağlı geniş hesabat hazırlayacaqlarını qeyd etdilər. İndi özünüz müqayisə edin; sapı özümüzdən olan baltalar insanlara necə qənim kəsilir, onları şərləyib həbsə atır, işgəncə verir, illərlə həbsxanada çürüdür, amma bəyənmədiyimiz amerikanlılar, avropalılar gəlib həmin şəxslərlə görüşür, onları müdafiə edir. İndi siz deyin; kim daha çox insanlığa və Azərbaycançlığa yaxındır?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?