GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Hakimiyyət koalisiyamızı parçalamaq istəyir”

“Hakimiyyət koalisiyamızı parçalamaq istəyir”

Tarix: 13-07-2016, 13:36 Bölmə :Siyasət Baxış: 646
“Hakimiyyət koalisiyamızı parçalamaq istəyir”

«Təşkilatın parçalanması məsuliyyəti hakimiyyətin üzərinə düşəcək»

Qubad İbadoğlu: «Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında siyasiləşməkdən danışmağa əsas yoxdur»

Ictimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şurasının son iclasında təşkilata koordinator seçildi. Təşkilatın növbəti bir il üçün koordinatoru Qubad Ibadoğlu oldu. Mətbuatda təşkilatda keçirilən seçkilər və başqa müzakirələrlə bağlı müxtəlif fikirlər səslənir. Təşkilatın gələcək fəaliyyəti, planları və gündəmdə olan başqa sualları Q.Ibadoğluya ünvanlamaq qərarına gəldik.

– Koalisiya Şurasının son iclası kifayət qədər məhsuldar olub. Uzun müzakirələrdən sonra bir çox məsələlərlə əlaqəli qərarlar qəbul etdik. Iclasda Monitorinq Qrupunun hazırladığı rəy geniş müzakirə olunub. Monitorinq Qrupuna mən və digər koalisiya üzvləri müraciət etmişdi. Biz facebook sosial şəbəkəsində təşkilatla bağlı olan bəzi məsələləri Monitorinq Qrupu vasitəsilə aydınlaşdırmaq niyyətindəydik. Monitorinq Qrupu müraciətlə bağlı iki müxtəlif rəy təqdim elədi. Bir rəyi Monitorinq Qrupunun üç nəfər üzvü təqdim etdi, digərini isə qrupun iki nəfər üzvü imzalamışdı. Biz Monitorinq Qrupunun üç nəfər üzvünün imzaladığı rəyi qəbul etdik. Monitorinq Qrupunun rəyi əsasnamənin 4.9 bəndinə görə tövsiyə xarakterlidir. Monitorinq Qrupu tövsiyə edir ki, Koalisiya Şurası bu məsələləri müzakirə etsin. Tövsiyələri biz maddələr üzrə müzakirə etdik. Müzakirələrdən sonra təklif olunan tövsiyələrdən yarısı qəbul olundu. Burada altı tövsiydən söhbət gedirdi. Digər təkliflər isə müzakirə zamanı kifayət qədər dəstək qazanmadı. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası əsasnaməsinin 5.5 bəndinə uyğun olaraq əldə etdiyimiz səlahiyyət üzrə geniş müzakirə apardıq.

Həmin iclasda bir bəyanat qəbul etdik. Həmin bəyanatı 11 üzvdən 9-u imzaladı. Həmin bəyanatda əsas məqsəd ondan ibarət idi ki, bir daha yeni seçilmiş Şura vurğuladı ki, fəaliyyətimiz mədən sənayesində şəffaflıq təşəbbüsü çərçivəsində olacaq. Eyni zamanda qeyd etdik ki, Mədən Sənayesində Şəffaflığın Təşəbbüs üzrə standartların 5-ci bölməsinə uyğun olaraq “vətəndaş cəmiyyəti haqqında” protokol üzrə hərəkət edəcəyik. Protokoldan kənar hər hansı fəaliyyətlə məşğul olmayacağıq və koalisiyanı həm hökumət, həm də müxalifət partiyalarının təsirindən qoruyacağıq. Həmin iclasda həm də Osloda keçirilən Beynəlxalq Idarə Heyətinin toplantısının nəticələrini müzakirə etdik. Bununla yanaşı iclasdan bir gün əvvəl çoxtərəfli qrupun iclasının nəticələri barəsində fikir mübadiləsi apardıq. Yekun məsələlərdən biri də koalisiyanın koordinatorunun seçilməsi idi. Əsasnaməyə görə, koordinator ümumi yığıncaqdan sonrakı ilk iclasda seçilməli idi. Toplantıda 11 şura üzvündən 10-u iştirak edirdi. Seçki məsələsi son müzakirə olduğundan Şura üzvlərindən ikisi sona qədər qalmadı. Koalisiyanın əsasnaməsinə müvafiq şəkildə koordinator Koalisiya üzvlərinin yarıdan çoxunun səsini qazanmalıdır. Mən də gərəkən səsi qazanmaqla növbəti dönəm üçün bir il müddətinə koordinator seçildim.

Növbəti iclasımız iyulun 13-ü olacaq. Biz bu iclasda Islahedici Tədbirlər Planının icra vəziyyətini müzakirə edəcəyik. Islahedici Plan 2015-ci aprelin 15-də Beynəlxalq Idarə Heyətinin bir il müddətinə Azərbaycandakı vəziyyəti yaxşılaşdırmaq məqsədilə qəbul edilib. Bu planın əsas qayəsini nəzərə alaraq qəbul Islahedici Planın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə vətəndaş cəmiyyətinin iştirakını yaxşılaşdırmaqdır. Beynəlxalq Katibliyin qiymətləndirmə missiyası bu yaxınlarda Azərbaycanda səfərdə olub. Bu səfər çərçivəsində bu sənədlə bağlı geniş müzakirələr aparmışıq.

“Üzvlərimiz siyasi fəaliyyətlə, ictimai fəaliyyət arasında sərhəd qoya bilir”

– Koalisiyanın 30 aprel 2016-cı ildə Ümumi Yığıncağı keçirildi. Seçkilərdə uğur qazana bilməyən, nəticələrdən narazı qalan bəzi Koalisiya üzvləri yeni seçilən Şuranın tərkibinin siyasiləşdiyini və siyasi dəstəklə formalaşdığını bildirirlər. Bu fikir nə dərəcədə doğrudur?

– Bunu təsdiqləyən arqumentlər yoxdur. Koalisiya yarandığı dövrdən müxtəlif siyasi qüvvələrin təmsilçiləri olan, vətəndaş cəmiyyətində də fəal olan ayrı-ayrı QHT nümayəndələrindən ibarət olub. Yəni biz QHT nümayəndələri olaraq müxtəlif siyasi spektrlərik. Üzvlərimiz sırasında YAP və müxalifət partiyalarında təmsil olunanlar da var. Amma bu üzvlərimiz həmişə özlərinin siyasi fəaliyyətləri ilə, ictimai fəaliyyətləri arasında sərhəd qoymağı bacarıblar. Heç vaxt siyasi gündəliyi koalisiyanın fəaliyyət predmetinə gətirib çıxarmamışıq. Koalisiyanın fəaliyyətini ictimai sektorda tələb olunan standartlara uyğun davam etdirmişik. Ümumiyyətlə, əvvəllər siyasi partiya təmsilçiləri daha çox idi. On bir nəfər şura üzvünün səkkizinin siyasi mənsubiyyəti var idi. Amma hazırda şuranın tərkibində 11 nəfərdən cəmisi dördünün siyasi mənsubiyyəti var. Əgər söhbət siyasi mənsubiyyəti olan və Milli Şurada təmsil olunan şəxslərdən gedirsə, onlar əvəllər də koalisiyanın şurasına üzv seçiliblər və fəaliyyət göstəriblər. Biz heç zaman bu məsələləri gündəmə gətirməmişdik. Belə problem heç zaman meydana çıxmayıb. Bu, süni olaraq yaradılmış bir problemdir. Müəyyən mənada koalisiyanın, onun legitim şurasının fəaliyyətini kölgə altına salmaq məqsədi güdür. Burada siyasiləşməkdən danışmağa əsas yoxdur. Ona görə belə bir bəyanat verdik ki, təşkilatı həm hakimiyyətin, həm siyasi partiyaların təsirindən qoruyacağıq. Beynəlxalq standartlarda da koalisiyalarda vətəndaş cəmiyyətinin çoxtərəfli qruplarda təmsil olunan üzvlərinin daha çox hakimiyyətdən qorunması ilə əlaqəli standartlar var. Bu tip koalisiyalarda təmsil olunan vətəndaş cəmiyyətinin nümayəndələri nə funksional, nə də siyasi baxımdan hakimiyyətdən asılı ola bilməz. Ayrı-ayrı ölkələrin təcrübəsində, Azərbaycan reallığında da ən böyük təhlükə koalisiyanın hakimiyyətdən asılı və ya hakimiyyətin nəzarətində olmasıyla bağlıdır. Bu daha çox narahatlıq doğurur. Mən beynəlxalq Idarə Heyətində yalnız Azərbaycanı deyil, bütövlükdə Avrasiya regionunu təmsil edirəm. Biz digər ölkələrdə də çalışırıq ki, milli koalisiyaları hakimiyyətin təsirindən kənarlaşdıraq. Vətəndaş cəmiyyəti müstəqil olmalıdır. Azərbaycanda əvvəllər bu istiqamətdə vəziyyət narahatçılıq doğurmurdu. Amma indi narahatçılıq var. Vətəndaş cəmiyyəti fəalları, başqa alternativ olmadığına görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının vasitəsilə öz proqramlarını, layihələrini həyata keçirirlər. Bu da siyasi hakimiyyətdən funksional asılılıq yaradır. Indiki halda başqa alternativ olmadığından biz bunu da məqbul sayırıq. Amma bu, heç bir halda bütün koalisiya üzvlərinə şamil oluna bilməz. Bizim standartlara görə, bu daha çox tərəfli qrupda təmsil olunan koalisiya üzvlərinə şamil olunmalıdır. Tərəflər gərək müstəqil olsun. Əgər bir tərəf hakimiyyətdən asılıdırsa, bu bizim standartlarla uzlaşmır. Bununla bağlı hazırda biz müəyyən qaydalar hazırlayırıq.

“Bir qrup koalisiyada sabitləşmənin olmasında maraqlı deyil”

– Hazırda Koalisiyada vəziyyət necədir? Şura üzvü Əliməmməd Nuriyev Koalisiyada vəziyyətin gərginləşməsində Sizi və Oqtay Gülalıyevi ittiham edir. Ittiham nə dərəcədə haqlıdır?

– Hiss olunur ki, bir qrup adam koalisiyada sabitləşmənin olmasında maraqlı deyil. Koalisiyanın legitim strukturları fəaliyyət göstərdikcə daha çox fəallaşırlar və əks mövqedən koalisiyanın fəaliyyətində süni olaraq gərginlik yaratmağa başlayırlar. Bəzən bu, qarşılıqlı ittihamlar səviyyəsinə qədər inkişaf edir. Koalisiya Azərbaycanın aktiv koalisiyalarından biridir. Bir tərəfdən bizi sevindirir ki, koalisiya ictimai diqqətdədir. Bu, koalisiyadaxili demokratiyanın da bir təzahür formasıdır. Biz koalisiyanın legitim orqanlarını seçmişik və heç kimin Monitorinq Qrupuna şikayəti daxil olmayıb. Seçki azad olub və koalisiya üzvlərinin iradəsini ifadə edib. Fəal qruplardan biri seçkidə yer tutmayanlardandır. Digər qrup isə, hiss olunur ki, müəyyən mərkəzdən idarə olunur və onlar təlimatlar, göstərişlər alırlar. Onlar vasitəsilə “zəhmətkeş məktubları” koalisya üzləri arasında yayılır. Məqsəd təşkilat daxilində gərginliyi saxlamaqdır. Hesab edirəm ki, bu proses ümumi işin ziyanınadır. Çünki, oktyabrda Beynəlxalq Idarə Heyətinin növbəti toplantısı olacaq. Toplantıda Azərbaycandakı qiymətləndirmə missiyasının hesabatı müzakirə olunacaq. Həmin müzakirədən sonra Azərbaycanın mövcud statusunun bərpası, ölkəmizlə bağlı növbəti qərarların qəbul olunması baş verəcək. Təəssüf ki, bu müzakirələr də Azərbaycanın statusunun geri qaytarılması uğrunda işlərə problem yaradacaq. Hiss olunur ki, koalisiyanı parçalamaq, nəzarətdə saxlamaq istəyənlər var. Bütün hallarda koalisiyanın parçalanması məsuliyyəti hakimiyyətin üzərinə düşəcək. Bu, ayrı-ayrı ölkələrdə müxtəlif dövrlərdə baş verib. Idarə Heyətində də təmsil olunanlar gözəl anlayırlar ki, nədən koalisiyalar iki yerə bölünür. Bir qrup hökumətyönlülər, bir qrup da müstəqillər olur. Azərbaycanın indiki durumunda hazırda baş verənlər ölkəmizin dövlət maraqlarına ziddir.

– MSŞT Beynəlxalq Idarə Heyətinin Azərbaycan üçün nəzərdə tutduğu Islahedici Planın əsas məsələsi hakimiyyətin vətəndaş cəmiyyəti üçün yaratdığı problemləri həll etməsidir. Sizcə, hakimiyyət bu problemləri həll edibmi?

– Vətəndaş cəmiyyəti ilə bağlı bütün tələblər yerinə yetirilib iddiasında olmaq mümkün deyil. Bu istiqamətdə müəyyən irəliləyişlər var və bu, koalisyamızı əhatə edib. Ölkədən çıxanda və gələndə yoxlamalar var idi. Onlar dayandırılıb. Koalisiya üzlərinin bank hesablarından həbslər götürülüb. Amma bank hesablarına giriş hələ də təmin olunmayıb. Bəzi koalisiya üzvlərinin bank hesablarından götürülmüş həbslər onların əleyhinə işləyib. Çünki bank hesablarındakı donorlara məxsus vəsaitlər Vergilər Nazirliyinin sərəncamı ilə onların hesabından silinib. Bunlar hamısı koalisiyada təmsil olunan təşkilatların fəaliyyətinə şamil edilib. Başqa təşkilatlarla bağlı problemlər isə hələ də qalır.

Azərbaycanın MSŞT-də aqibəti necə olacaq?

– Bu ilin oktyabr ayında Azərbaycanın MSŞT-də iştirakı məsələsinə baxılacaq. Sizcə ölkəmizi nə gözləyir?

– Beynəlxalq Idarə Heyəti Azərbaycanla bağlı dörd variantın birində qərar qəbul edəcək. Əgər Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü standartlarına texniki olaraq, həm də vətəndaş cəmiyyəti ilə bağlı tələblərə cavab verəcəksə, o zaman biz ölkəmizin tam hüquqlu üzv statusunu bərpa edəcəyik. Ikinci halda vətəndaş cəmiyyəti ilə bağlı tələblər yerinə yetirilib, lakin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü standartlarının texniki olaraq icrasında problem varsa, o zaman indiki status qalacaq. Əgər Azərbaycan vətəndaş cəmiyyəti ilə bağlı tələbləri qismən yerinə yetirib, MSŞT standartlarına tam cavab verməzsə, o halda ölkəmizin üzvlüyü 3 aydan 18 aya kimin dayandırıla bilər. Nəhayət Idarə Heyəti Azərbaycanda hər hansı dəyişiklik olmadığı qənaətinə gəlsə, o zaman ölkəmiz üzvlükdən çıxarıla bilər. Hazırkı vəziyyəti nəzərdən keçirsək, Azərbaycanla bağlı ikinci və üçüncü variantda qərar veriləcək.

Xəyal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubad İbadoğlu istefa verdi

    Qubad İbadoğlu istefa verdi ...

    24-08-2015, 20:16

  • 
  • Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının B Ə Y A N A T I

    Mədən Sənayesində Şəffaflığın Artırılması ...

    18-07-2016, 22:10

  • 
  • Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

    Azay Quliyev QHT-ləri satın alır – MSŞT ...

    20-06-2016, 21:37

  • 
  • Qubad İbadoğlu geri çəkilir?

    Qubad İbadoğlu geri çəkilir? ...

    3-10-2014, 15:00

  • 
  • Qubad İbadoğlu: “Hökumət bizi hara aparır?”

    Qubad İbadoğlu: “Hökumət bizi hara aparır?” ...

    5-09-2013, 15:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu