GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ayrat Gimranovun bandası ELÇİBƏYƏ SUİ-QƏSD hazırlayırmış – İndiyədək məlum olmayan FAKTLAR

Ayrat Gimranovun bandası ELÇİBƏYƏ SUİ-QƏSD hazırlayırmış – İndiyədək məlum olmayan FAKTLAR

Tarix: 14-07-2016, 23:56 Bölmə :Siyasət Baxış: 495
Ayrat Gimranovun bandası ELÇİBƏYƏ SUİ-QƏSD hazırlayırmış – İndiyədək məlum olmayan FAKTLAR

Bir neçə gün öncə “Rossiya 1” telekanalının efirində “Kriminal Rusiya. Müasir xronikalar” verilişində indiyə qədər Azərbaycan ictimaiyyətinə məlum olmayan məlumat səsləndirildi – Ayrat Gimranovun Rusiyada məşhur olan cinayətkar dəstəsi Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyə sui-qəsd hazırlayırmış.
Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, məlum olduğu kimi, bir çox arxiv sənədləri, həmçinin Rusiya hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının ifadələri göstərir ki, bu cinayətkar dəstə Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilirdi.
90-cı illərin əvvəllərinin Azərbaycanı Qarabağdakı qanlı müharibədən canını qurtara bilməyən, bir neçə dövlət çevrilişinə şahid olmuş və vətəndaş müharibəsindən əziyyət çəkən ölkə idi. 90-cı illərin əvvəllərinin Rusiyası da müharibələrlə, amma kriminal müharibələrlə yadda qalıb. Qanlı quldur müharibələrinin episentri isə, əlbəttə ki, Moskva idi – burada onlarla iri cinayətkar dəstə və yüzlərlə kiçik briqadalar fəaliyyət göstərirdi. Moskvadan fərqli olaraq, Sankt-Peterburqda cinayətkar dəstələrin sayı elə də çox deyildi, lakin bu fakt onların daha az qaniçən olmasına dəlalət etmirdi.
Rusiyanın mədəniyyət paytaxtının o zamankı ən məşhur cinayətkar dəstələrindən biri Ayrat Gimranovun bandası idi. Banda 1990-cı illərin əvvəllərindən 1999-cu ilə kimi fəaliyyət göstərmişdi. Onun lideri keçmiş “əfqan” zabiti, “Qızıl ulduz” ordeni kavaleri, “Tatarin” ləqəbli Ayrat Gimranov idi. Fəaliyyətlərinin başlanğıcında bandanın üzvləri oğurluqla məşğul olurdular. Eyni zamanda, onlar Gimranovun tanışı – keçmiş məmur Yuri Şutovun sifarişi ilə cinayətlər törədirdilər. Lakin böyük pullar gəlməyə başlayınca, cinayətkar banda fəaliyyət sahəsini genişləndirməyə başlamışdı.
Biz təfərrüatlara varmayacağıq və yalnız bu cinayətkar dəstə tərəfindən sifarişləri yerinə yetirilən Yuri Şutovun şəxsiyyəti üzərində dayanacağıq.
Şutov artıq həyatda deyil. Peterburqun ən məşhur deputatı və kriminal aləminin nümayəndəsi iki il əvvəl Rusiyanın ən məşhur düşərgəsi hesab edilən “Ağ qu quşu”da ölüb. Quldurluq üstündə ömürlük həbs cəzasına məhkum olunmuş Şutov sərhədsiz enerjisi və siyasi gözəgirənliyi ilə yaddaşlarda qalıb. Onun adı tarixdə Anatoli Sobçak, Mixail Maneviç, Qalina Starovoytova kimi şəxsiyyətlərlə bir sırada qalıb.
Lakin kriminal yolunun başlanğıcında – 1992-ci ildə Şutov və “Tatarin” quldurluq və silah saxlama maddələri ilə cinayət işinə cəlb edilmişdilər. Lakin cəmi il yarımdan sonra Şutov şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılmış, daha 2 il sonra isə Sankt-Peterburqun Vıborq rayon məhkəməsinin qərarı ilə tam bəraət qazanmışdı.
Sonradan o, Dövlət Dumasının sədr müavini Sergey Baburinin köməkçisi və partiyasının üzvü olacaq, Peterburq qubernatorunun müavini Mixail Maneviç və Qalina Starovoytova ilə münaqişəyə girəcək, və onlar az sonra güllələnəcəkdilər.
Şutov 1999-cu ildə həbs edilib və ömrünün qalan hissəsini “Ağ qu quşu”nda keçirib. Onun başkəsəni Ayrat Gimranov isə hələ də ömürlük cəzasını çəkir.
Bəs Ayrat Gimranovun və Yuri Şutovun iki onillik öncə Sankt-Peterburqda fəaliyyət göstərmiş cinayətkar dəstəsini Azərbaycanla nə bağlayırdı? Gimranovla Şutovun daha öncə məlum olmayan cinayət işlərindən göründüyü kimi, ölkəmizlə onlar bilavasitə bağlı idilər. Rusiyanın “Birinci kanal”ının jurnalistlərinin əlinə keçmiş məlumatlara görə, Ayrat Gimranovun bandası Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəyə qarşı sui-qəsd hazırlayırmış.
Azərbaycan prezidentinin Sankt-Peterburqun qana həris cinayətkar dəstəsinin “yolunu” nə zaman keçdiyi məlum deyil. Elçibəyi “Tatarin” və Şutovla nəsə bağlaya bilərdimi? Çətin ki.
Yayılmış mülahizəyə görə, 90-cı illərin ən iri cinayətkar dəstələri və qaniçən kriminal avtoritetləri Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilib.
Çox vaxt xüsusi xidmət orqanları əllərini səs-küylü siyasi qətllərə bulamaq istəmirdilər və bunun icrasını kriminal aləmin nümayəndələrinə tapşırırdılar. Buna görə də, inkar etmək olmaz ki, Əbülfəz Elçibəyə qarşı baş tutmamış sui-qəsd tarixin bizim çətin ki nə vaxtsa xəbər tutacağımız ağ səhifələrindən biri olub.

QEYD: Verilmiş fotoşəkilin yazıdakı hadisə və faktlarla heç bir bağlığı yoxdur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş prezidentə qarşı sui-qəsd olundu

    Keçmiş prezidentə qarşı sui-qəsd olundu ...

    3-04-2014, 12:18

  • 
  • Əbülfəz Elçibəyi öldürüb eyvandan atmaq istəyənlər kimlər olub?

    Əbülfəz Elçibəyi öldürüb eyvandan atmaq ...

    8-11-2014, 02:14

  • 
  • Bəşər Əsədə sui-qəsd hazırlanır

    Bəşər Əsədə sui-qəsd hazırlanır ...

    5-03-2013, 10:28

  • 
  • “Azərbaycan prezidentinə sui-qəsd hazırlanır” – ŞOK İDDİA

    “Azərbaycan prezidentinə sui-qəsd hazırlanır” – ...

    24-10-2013, 18:00

  • 
  • MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya

    MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya ...

    24-10-2013, 18:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu