GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Sumqayıtda “qırmızı xətti” keçən məmur kimdir?...

Sumqayıtda “qırmızı xətti” keçən məmur kimdir?...

Tarix: 20-07-2016, 02:43 Bölmə :Siyasət Baxış: 739
Sumqayıtda “qırmızı xətti” keçən məmur kimdir?...

İcra başçısı ölkənin ən nüfuzlu generalını ləkələyir

Zakir Fərəcov dövlət rəhbərliyinin illərdir etimad göstərdiyi, kifayət qədər reytinqi olan Bəylər Əyyubovun imicinə zərbə vurmaqdan çəkinmir

Şəhər rəhbərinin müdhiş əməllərinin sensasion gizlinləri və sahibkarların prezidentə məktubu “Gündəm-xəbər”də...

Sumqayıtın icra başçısı bütün sərhədləri aşmağa başlayıb. Zakir Fərəcov ölkənin ən nüfuzlu və etibarlı şəxslərinin adından sui-istifadə hallarına yol verməkdədir.

İcra başçısı tərəfindən dövlət rəhbərliyinin illərdir etimad göstərdiyi nüfuzlu kadrların imicinə, reputasiyasına xələl gətirilir.

Generalın adından sui-istifadə

Z.Fərəcov cəmiyyətdə kifayət qədər reytinqi olan və dövlət rəhbərliyində mühüm mövqeyə malik bir generalın adından istifadə etməklə sumqayıtlıların “dərisinə saman təpir”.

Sumqayıt merinin öz şəxsi mənfəəti, biznes maraqlarına görə nüfuzlu generalın adı ona layiq olmayan işlərdə hallanır. Bu barədə “Gündəm-xəbər”in əldə etdiyi məlumatda qeyd olunur.

Xəbərdə bildirilir ki, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun adına xoşagəlməz informasiyalar çıxarılır.

Bu xəbərlərin tirajlanmasında və Sumqayıtda yayılmasında Z.Fərəcovun dolayısı ilə iştirakının olduğu iddia edilir.

Məlumatlara görə, Sumqayıtın rəhbəri generalın himayəsində olduğunu el arasında məxfi xəbər kimi sızdırır. Guya general onun dayağıdır və kimsə icra başçısına bata bilməz.

B.Əyyubovun nüfuzundan sui-istifadə edən icra başçısı şəhərdə onun adından müxtəlif neqativ işlər həyata keçirir. Prezidentin etimad göstərdiyi və güvəndiyi bir kadrın adına yaraşmayan şaiyələr yayan Z.Fərəcov öz istəklərini reallaşdırır.

Hətta bir qrup sahibkarın ölkə başçısına müraciət etdiyi və teleqramda Fərəcovun əməllərindən bəhs olunduğu bildirilir.

İş adamları B.Əyyubovu hörmətli bir şəxs, nüfuzlu general kimi tanıdıqlarını, onun belə xırda işlərə baş qoşmadığına inandıqlarını, Sumqayıtın icra başçısının özfəaliyyəti olduğunu teleqramda vurğulyıblar.

Prezidentə Fərəcovdan şikayət

Prezidentdən xahiş olunur ki, generalın adından sui-istifadə edən icra başçısı barəsində tədbir görülsün. Sahibkarlara xatırladıblar ki, ölkə başçısının iş adamlarının fəaliyyətinə imkan yaradılması barədə məmurlara xəbərdarlığı var. Z.Fərəcov isə tərəddüd etmədən nüfuzlu generalın adını neqativ işlərə qarışdırıb.

“Azərbaycan Bayrağı” ordeni və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş prezidentin şəxsi mühafizə xidmətinin rəhbərinin adından sui-istifadə etmək yalnız Sumqayıt şefinin ağlına gələ bilər, nə ilə nəticələnəcəyi isə bilinməz. Belə ki,

Sumqayıtda hər qanun pozuntusunda B.Əyyubovun adından istifadə olunur. Sahibkarların pulunun mənimsənilməsində, iri ticarət mərkəzi sahiblərindən xərac toplanmasında generalın adı çəkilir.

İş adamlarından bac yığanlar Fərəcovun Əyyubovun adamı olduğunu, ondan göstəriş gəldiyini və özlərinin bu işdə yalnız icraçı olduqlarını bəhanə gətirirlər.

Bu bəhanə isə Fərəcovun ağlına gəlib və adamlarına tapşırıb. O, generalın nüfuzundan istifadə edə biləcəyini təxmin edib və ŞİH-dəki nümayəndələrini təlimatlandırıb. B.Əyyubovun isə bu özbaşınalıqdan məlumatı olmadığı hiss olunur.

“Gündəm-xəbər”ə daxil olan məlumatda bildirilir ki, Z.Fərəcovun bu siyasəti həm generala, həm dövlətə hörmətsizlikdir. Bir qrup sahibkarın prezidentə ünvanladığı müraciətdə deyilir ki, B.Əyyubovun da məsələyə biganə qalmayacağına inam var.

Abşerondan Sumqayıta qədər Əyyubov adı

Abşeron rayonunda Zakir Fərəcov “şah” olan dövrdə obyekt sahibləri, sahibkarlar çox problemlərlə üzləşmişdilər. Onlar bu məmurun hər ay tələb etdiyi rüşvəti ödəmək məcburiyyətində qalır və onun haqsız tələblərini icra edirdilər.

Hətta hər bayram ərəfəsində Zakir Fərəcovu “görüb” onun bayramını “təbrik etmək” məcburiyyət sayılırdı. Z.Fərəcovun istəkləri isə tükənmir və obyektlərdən yığılan rüşvət icra başçısını qane etmirdi.

Abşeronda torpaq satışı da icra başçısından xəbərsiz həyata keçirilə bilməzdi. Torpaq almaq istəyən vətəndaş merin qohumlarını görməli və onların razılığını almalı idi. Nəticədə torpaqlara tətbiq olunan rüşvət ödədildikdən sonra vətəndaş torpaq sahibi ola bilərdi. Zakir Fərəcovun qanunsuz əməlləri təkcə bununla bitmir. Bu şəxs sənədləri qaydasında olan və qanunla özünə ev tikmək istəyən vətəndaşları da öz şəxsi qaydalarına və tələblərinə əməl etməyə məcbur edirdi.

Vətəndaş əgər torpaq sahəsində ev tikmək istəyirsə mütləq rayon icra hakimiyyətinə getməli idi. İcra hakimiyyətində isə onu qəribə tələblər gözləyirdi.

Həmin tələblərdə Zakir Fərəcovun istəkləri qeyd olunmuş rüşvət cədvəli vətəndaşa təqdim olunurdu. Tikilən evin mərtəbəsindən və otaqların sayına uyğun olaraq İcra başçısının rüşvətini ödəmək mütləq şərt idi.

Əgər vətəndaş bu istəyi yerinə yetirməkdən imtina edirdisə onda onun tikdirdiyi evi icra başçısının qoçuları uçurdurdular. Haqsızlıqdan olunan şikayətlərə isə cavab verən tapılmırdı. Çünki Z.Fərəcov Abşeronda da B.Əyyubovun adından istifadə edirmiş.

Bələdiyyə sədrliyindən bilinirdi ki...

Abşerona “divan tutan”dan sonra Sumqayıt şəhərinə icra başçısı təyin olunan Zakir Fərəcov şəhər sakinlərini məyus etdi.

Bu şəxs sələfi olan Eldar Əzizova qarşı illərlə mübarizə aparırdı. Hətta aralarında düşmənçilik o qədər dərinləşmişdi ki, sadə vətəndaşlar da bu barədə ətraflı məlumatlı idi.

Eldar Əzizovla uzun müddət davam edən çəkişmədən sonra qələbə çalan Fərəcov indi sumqayıtlıların ən ağır bəlasına çevrilib. Bu şəxsin təyinatı baş verən gün Sumqayıtda çox az sayda vətəndaşın sevindiyini görmək olardı. O sevinənlər də Zakir Fərəcovu yaxından tanımayan və ya Eldar Əzizovla düşmən olan fərəcovlar idi.

Sumqayıtlıların təyinatdan narazı qalmasının səbəbi bu məmuru keçmişdəki fəaliyyəti ilə bağlıdır. Şəhərdə illər öncə, 1999-2005-ci illərdə bələdiyyə sədri işləmiş şəxsin etdiyi qanunsuzluqlar unudulmamışdı.

Sumqayıtın bir çox sakinlərini haqsız yerə incidən, torpaq satışı zamanı rüşvəti qaldıran şəxs indi icra başçısı kimi fərqli fəaliyyət göstərə bilməzdi.

Məhz sumqayıtlılar yaxşı bilirdi ki, yeni icra başçısı şəhərdə qanunsuz tələblərini irəli sürəcək və hamını rüşvətxor istəkləri ilə hesablaşmağa məcbur edəcək. Bu belə də oldu və Sumqayıt bu gün Fərəcovların şəxsi mülki kimi idarə olunmaqdadır. Sumqayıta mer kimi yenicə qədəm basan şəxsin ilk hədəfi böyük ticarət obyektləri oldu. Yeni təyin olunan icra başçısı böyük ticarət mərkəzlərindən 500 min manat rüşvət tələb etdi. Bu tələbi yerinə-yetirməkdən imtina etməyə cəhd edənlər təzyiqlə üzləşməli oldu.

Qeyd edək ki, “Karvan”, “Cavid” və “Sumqayıt” kimi ticarət mərkəzləri alış verişə, satıcılığa üstünlük verən şəhər sakinlərinin daimi iş yerinə, qazanc məybəyinə çevrildi. Ölkəyə gələn neft pullarının artması nəticəsində bu gəlirlər bir az da artdı, biznes mühiti də nisbətən yaxşılaşdı.

Amma ardıcıl 2 il “Karvan” ticarət mərkəzinin 2 dəfə yan(dırıl)ması bu inkişafa müəyyən fəsadlar verdi, təxminən 2 min icarədar və satıcı iş yerindən məhrum oldu. Bu böyük ticarət mərkəzinin işini dayandırması Sumqayıt iqtisadiyyatına və memarlığına böyük zərbə vurdu.

Zərər çəkən, qazancını itirən Sumqayıt sakinləri ya şəhərin digər ticarət mərkəzlərində icarə yeri tapmağa, yaxud müxtəlif küçə və xiyabanlarda obyekt tikməyə başladılar. Sumqayıtda çökən biznes mühiti Zakir Fərəcov Sumqayıtda “sahibkar üsyanı” yetişdirir.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, cari ildə manatın devalvasiyası, iş yerlərinin azalması, kütləvi ixtisarlar Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da mənfi təsirlərini göstərməyə başladı.

Sumqayıt Texnologiyalar Parkından, “Azərikimya”nın zavodlarından, Sumqayıt Trikotaj Fabriki, həmçinin su, qaz və işıq idarələrindən ümumilikdə minlərlə işçı ixtisara düşdü.

Bu da onminlərlə ailənin maddi cəhətdən çıxılmaz duruma düşməsi deməkdir. Üstəlik, onsuz da zəif olan biznes mühiti də geriləməyə, alış veriş zəifləməyə istiqamət aldı.

Şəhərə yeni icra başçısı – Zakir Fərəcov təyin olunduqdan sonra sumqayıtlıların qəlbində ümidlər yarandı. İcra başçısı müxtəlif sahələr üzrə genişmiqyaslı işlərə, təmir-tikinti fəaliyyətinə başladı.

Qısa müddət ərzində işlərin miqyası və sürəti artmağa başlasa da, yeni başçı gözlənilməz qadağalar, yeni qərarlar qəbul etməyə başladı. Bunlardan ən acınacaqlısı Sumqayıtda qeyri-hökumət işlərində çalışan – ticarətlə məşğul olan sumqayıtlılar üçün oldu.

Fərəcov kimdir?

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.

1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.

1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

P.S. Yazıda ittiham olunan şəxslər və barəsində iddialar səslənən kəslərin mövqeyini, həmçinin Suqmayıt ŞİH-nin münasibətini dərc etməyə hazırıq.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi

    Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi ...

    3-09-2015, 23:05

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39

  • 
  • Sumqayıtın yeni başçısından ‘dəqiqə bir, qol bir’: pul yığımı başlayır

    Sumqayıtın yeni başçısından ‘dəqiqə bir, qol ...

    7-09-2015, 17:16

  • 
  • Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini zaldan qovdu

    Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini ...

    10-09-2015, 18:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu