Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun gənclərlə görüşündə, regionda və azərbaycanda baş verən ictimai siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Mirəlioğlu gənclər qarşısında geniş çıxışı zamanı bildirdi ki, gənclərin savadlı və ayıq olması bugünki iqtidarın savadsız məmurlarının savadlı insanların rəhbərliyində mövcud olmasına yol verilməz. Mirəlioğlu çıxışı zamanı təhsildə ki, özbaşınalıqdan, monarxiyadan da söz açaraq bildirdi ki, İçəri Şəhərin qoruqçusu bu gün təsilimizə rəhbərlik edirsə deməli Azərbaycan gəncliyi uçuruma aparılır. Azərbaycan gəncliyi öz gücünü özündə toparlayıb ehtiyatlı olmalıdır ki, gələcəkdə öz təhsilini düzgün başa vura bilməyənlər sizlərə etibar olunası vəzifələrə onlar gətirilə bilməsin. KXCP sədri türkiyədə baş verənlərə də münasibət bildirdi. Tədbirin sonunda gənclərin sualları sədr tərəfindən cavablandırıldı və azərbaycanın himni ilə tədbir başa çatdı.
Sorğu
Yeni dizaynımız necədir?