GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Hər məhkəmə hakimiyyətin daha böyük qanunsuzluqlarını ortalığa çıxarır”

“Hər məhkəmə hakimiyyətin daha böyük qanunsuzluqlarını ortalığa çıxarır”

Tarix: 19-08-2016, 00:12 Bölmə :Siyasət Baxış: 754
 “Hər məhkəmə hakimiyyətin daha böyük qanunsuzluqlarını ortalığa çıxarır”

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində Azərbaycan məhkəmələrində baş verən qanunsuzluqlar, istintaq altında olan şəxslərin ağır işgəncələrə məruz qalmasından yazıb:

“Dostlar! Son günlər Bakı Ağır Cinayətlərə dair məhkəmə binasında “Nardaran işi”, “Beynəlxalq Bankın yüksək vəzifəli şəxslərinin işi”, ötən ilin may ayının 19-da çoxlu insan təlafatı ilə nəticələnmiş “Yanan bina işi” və digər proseslər aparılırdı. Sonuncu işlə bağlı açılan faktlar heyrətamizdir. Təqsirləndirilən şəxslərin ifadələrindən aydın olur ki, keçmiş MTN binalara “ölüm üzlükləri” çəkən şirkətlərdən iri məbləğdə rüşvət tələb edib. Binada yanğın baş verən zaman insanları xilas etmək əvəzi nazirliyin çoxsaylı əməliyyyat işçiləri “Global Construction” şirkətinin ofisində əməliyyat keçiriblər. Şirkətin rəhbəri Miryusif Mahmudovun ifadəsindən bəlli olur ki, 19 may hadisəsindən öncə MTN şəhərin müxtəlif yerlərində lokal yanğınlar törədib. Deməli ölkənin təhlükəsizliyinə cavabdeh olan mühüm dövlət qurumunun çəkilən üzlüklərin insan həyatı üçün təhlükəli olmasından xəbəri olub. Dünən mən “Nardaran prosesi” də iştirak etdim. Dünənki proses işgəncə faktların ağlasığmaz xarakteri və bu işgəncələr əsasında saxlanılan şəxslərdən Azərbaycan vətəndaşları əleyhinə ifadə vermələrinə məcbur edilmələri ilə yadda qaldı. Təqsirləndirilən şəxslərdən Əlibala Vəliyev başına gətirilən müsibətlərdən danışdı. O dedi ki, Fərahimi mebel maşınında döyüb öldürdülər, Hacı Taleyin belini sındırmaq istəyirdilər: “Döyüləndən sonra şükr eləyirdim, çünki elə əxlaqsız işgəncələr verirdilər ki, onların yanında «dubinka» ilə ayağın altına vurmaq heç nə idi”. Məhz bu əxlaqsız işgəncələrin təhdidi ilə “Bandotdeldə” Əlibalada Tale Bağırzadə və Abbas Hüseynin əleyhinə ifadələr alıblar. Verilən işgəncələrin miqyasına toxunduqdan sonra Əlibala dedi: “Fikirləşdim ki, Taleh və Abbas başıma gətirilənləri bilsə, onlara atılan iftiralara görə mənə halallıq verərlər”. Elə prosesin gedişində Hacı Tale də, Abbas Hüseyn də Əlibalaya öz halallığını verdilər, amma ondan xahiş etdilər ki, “Bandotdeldə” başına gətirilən müsibətin, ona verilən işgəncələrin olduğu kimi mənzərəsini yaratsın. Əlibala ilk olaraq elə idarənin həyətində baş barmağının sındırıldığını dedi. Sonrakı gün həkim barmağına revanol tökəndə idarənin məsul işçisi həkimə öz xəbərdarlıq edib ki, onun barmağına revanol yox, kislata tökmək lazımdır. Sorğu sual nəticəsində bəlli oldu ki, saxlanılan şəxs tələb olunan ifadəni verməzdisə onu dəyənək yeridilməsi ilə təhdid edəcəklərini bildiriblər. Məhz bu əxlaqsız təhdiddən sonra Əlibala Hacı Tale və Abbas Hüseyn əleyhinə “Bandotdeldə” quraşdırılan ifadələri vermək məcburiyyətində qalıb. Hadisə yerində təsdiqləyici çəkiliş aparmaq üçün Əlibala ilə “Bandotdeldə” 3-4 gün məşq ediblər. Onun dediyinə görə bütün məşqlərin video çəkilişi aparılıb. Əlibala hadisə yerində Hacı Taleyin harada oturulduğun, silahların hansı qapıdan gətirildiyin, Abbas Hüseynin həmin silahları necə paylamasın göstərməli idi. “Bandotdel” bütün hazırlıq məşqlərini başa çatdırdıqdan sonra Nardaranda silahlı dövlət çevrilişinə cəhd olduğunun sübutu kimi özləri tərəfindən hazırlanmış ssenari əsasında Əlibalanı hadisə yerində çəkiblər. Əli bala isə dəmir barmaqlıqlar arasından Quranı-Kərimi məhkəmə zalına göstərib bəyan etdi ki, bu Qurana and olsun ki, o videoda çəkilənlər və mənim orada dediklərim hamısı yalandır və hamısı “Bandotdeldə” quraşdırılıb. Ondan sonra sərbəst ifadə verən Cabbar Cabbarov dedi: Bizə elə işgəncələr verirdilər ki, məcburam, üstüörtülü də olsa, deyim. Təsəvvür edin, əllərimiz bağlı vəziyyətdə yerə uzadıb, cinsiyyət orqanımızın üstünə çıxıb tapdalayırdılar. Bu cür əxlaqsız yollarla bizdən ifadə almağa çalışırdılar. Mən işgəncələrə görə məcbur olub damarlarımı doğradım. Mənə dedilər ki, “burada artistlik eləmə, ya qol çəkəcəksən, ya da öldürüləcəksən”. Bu ifadələrdən görünən odur ki, MTN-dən sonra ölkənin daha bir əsas güc qurumu əməlli-başlı işgəncə orqanına, qanunsuzluq yuvasına çevrilib və ölkədə konstitusion nəzarətindən çıxıb.
Beynəlxalq Bankın pezidenti Cahangir Hacıyevin də həmin gün keçirilən məhkəməsindən maraqlı məlumatları elə ağır cinayətlər məhkəməsinin binasında aldıq. Yeri gəlmişkən onun nə dərəcədə günahkar olub olmadığını indi demək çətindir. Amma onu və Beynəlxalq Bankın işi ilə bağlı olan yüzlərlə iş adamını “Bandotdeldən” keçiriblər. Cənab Hacıyev onun təqsirli bilindiyi işin bu idarəyə heç bir aidiyyəti olmadığını və onun “Bandotdeldə” saxlanmasının qanunsuz olduğunu ilk məhkəmə prosesində bəyan edib. Yeri gəlmişkən, maliyyə və iqtisadi qurumlarla “Bandotel” dilində danışılması ölkəni bürüyən iqtisadi-maliyyə böhranının əsas səbəblərindən biridir. 2015-ci ilin yayında “Bandotdelin” iş adamları üzərinə total hücumu çoxlu müəssisələrin bağlanması, xaricə kapital axınının güclənməsi, iş adamlarının mülkiyyətinin əlindən alınması ilə nəticələndi. Məhkəmə prosesində Cahangir Hacıyev ölkənin maliyyə nazirinin də onunla birlikdə dəmir barmaqlıqlar arasında oturmalı olduğunu tələb etdi. Bu ölkənin maliyyə həyatında baş verənlərin bir anonsu idi. Necə olur ki, devalvasiyadan vəzifəli şəxslərin bankları qazanır, xalqın var-yoxu əlindən çıxır. Deməli adamlar tutduqları vəzifədən yararlanaraq dövlət siyasətindən özlərinin və özlərinə yaxın qurumlarının varlanmasına şərait yaradıblar. Beynəlxalqın Bankın ən böyük kredit borclusu hakim dairələrə bağlılığı ilə seçilən “Akkord” şirkətidir. Bu şirkətin yalnız bu bankdan aldığı kreditlərin həcmi “Bandotdeldə” istintaqa cəlb edilmiş bütün iş adamlarının birilkdə aldıqları kreditlərdən dəfələrlə çoxdur. Hələ kredit ödənişlərinin müddəti bitməmiş iş adamları “Bandotdeldə” təhdid edildikləri halda Bankın belə böyük borclusu haqqında hər kəs susmağa üstünlük verir. Yəqin Beynəlxalq Bankın işində bu məsələyə də aydınlıq gətiriləcək. Cahangir Hacıyevin istintaqının “Bandotdeldə” aparılmasının digər maraqlı nüansları vardır. Məlum olduğu kimi təxminən on il DİN-də yuva salmış insan qətlləri və adam oğurluğu ilə məşğul olan cinayətkar dəstə Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlamışdı. O, zaman da DİN naziri Ramil Usubov idi, indi Cahangir Hacıyev “Bandotdeldə” istintaq ediləndə də DİN naziri Ramil Usubovdur. Halbuki, ölkənin mövcud qanunlarına görə Beynəlxalq Bank ətrafında yaranmış maliyyə qalmaqalı bilavasitə inzibati-iqtisad məhkəməsində araşdırılmalı idi. Bu halda hansı məqsədlə bu iş “Bandotdelə” göndərilib? Görünür bütün bu suallara məhkəmədə təqsirləndirilən şəxslər aydınlıq gətirəcəklər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə çatdı

    MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə ...

    20-10-2015, 12:53

  • 
  • Yanan binaya görə həbs olunan məmur öldü

    Yanan binaya görə həbs olunan məmur öldü ...

    14-07-2016, 12:12

  • 
  • Yanan binaya görə həbslər başladı - Rəsmi

    Yanan binaya görə həbslər başladı - Rəsmi ...

    22-05-2015, 00:03

  • 
  • Bankın vəzifəli şəxslərinə bəraət verilmədi

    Bankın vəzifəli şəxslərinə bəraət verilmədi ...

    1-05-2015, 11:11

  • 
  • Rayon İcra başçısına cinayət işi qaldırıldı

    Rayon İcra başçısına cinayət işi qaldırıldı ...

    11-11-2013, 11:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu