GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Fikrət Fərəməzoğlu sükutu pozdu: Özünə və həyat yoldaşına edilən təzyiqlərdən danışdı

Fikrət Fərəməzoğlu sükutu pozdu: Özünə və həyat yoldaşına edilən təzyiqlərdən danışdı

Tarix: 15-09-2016, 12:05 Bölmə :Siyasət Baxış: 798
Fikrət Fərəməzoğlu sükutu pozdu: Özünə və həyat yoldaşına edilən təzyiqlərdən danışdı

Jam.az saytının baş redaktoru Fikrət Fəraməz oğlu həbsi ilə bağlı prezidentə müraciə edib.
gundemxeber.az baş yazarın müraciətini təqdim edir:

Öncəliklə məni müdafiə edən dostlara, həmkarlara dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, mən heç bir günahın sahibi deyiləm. Və həbsim sifarişlidir. İyunun 30-da BMCMİ-nın əməkdaşları öncədən hazırladıqları şərləmə əməliyyatı keçirərək, qoluma qandan vuraraq, cibimə pul qoyub həbs etdilər. Daha sonra üzümə durmaq üçün öyrədilmiş adamları gətirib yalandan guya həmin adamlardan pul aldığıma dair onlardan izahat aldılar.

Fikrət Fərəməzoğlu sükutu pozdu: Özünə və həyat yoldaşına edilən təzyiqlərdən danışdı

Qeyd edim ki, BMCMİ-nın əməkdaşları üzümə durmaq üçün azqala ölkənin yarısının imkanlarından istifadə etməyə çalışmaqla yanaşı, hətta bunun üçün həmin adamlara təzyiq göstərməkdən də çəkinmirdilər. Hətta üzümə deyirdilər ki, istənilən adamı üzümə durduracaqlar.

Bildirim ki, BMCMİ-də ayrı-ayrı adamların əleyhinə ifadə almaq, habelə onların əleyhinə ifadə verməm üçün mənə göstərilən fiziki və psixoloji təzyiqin və işgəncələrin sayı-hesabı olmayıb. Bunun məntiqi nəticəsi 34 gün BMCMİ-də saxlanılmağım, vəkildən imtina etməyim, habelə apellyasiya şikayəti verməkdən imtinaya məcbur edilməyimdir.

Bütün bunların hamısı təzyiq altında baş verib. Uzun müddət susqun qalmağım, birbaşa hər hansı bir açıqlama verməməyim də məhz bu təzyiqlər nəticəsində baş verib. İstintaqın gedişatı məsələsinə gəlincə bu işin qurama, qondarma və sifarişli olduğunu deməyə lüzum yoxdur. Ona görə ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır və bundan sonra da aparılacağı inandırıcı deyil. Çünki, sifariş verənlər mənim həbsimə nail olub, uzun müddət həbsdə qalmağım üçün bütün imkanlarından istifadə ediblər. Barəmdə qaldırılmış cinayət işinin qondarma və sifarişli olduğunu sübut edən yetərli qədər dəlillər var.

. Əleyhimə yalan ifadə vermiş Mehman Həsənov, Şirin və Baxşeyişlə nə görüşmüşəm, nə də onlardan pul tələb etmişəm. Onların hər üçü BMCMİ-nın ştatlı üzəduranlarındandır. Mən görüşmədiyim, danışmadığım adamlardan necə pul tələb edə bilərəm?

2. Əleyhimə yalan ifadə vermiş hər üç şəxsin Bakıda əxlaqsızlıq yuvası işlətdiyini bilməyən yoxdur. Əgər onlarla əlaqəm olmuşdusa o zaman istintaq bizim mobil telefonlarımızın anten uyğunlaşdırılmasını aparmaqdan niyə imtina edir? Bununla bağlı qaldırdığım vəsatətləri niyə rədd edir? Səbəb məlumdur. Çünki belə bir araşdırma olarsa həmin ştatlı üzəduranların yalanları üzə çıxmış olacaq.

3. Əgər mən həqiqətən də Mehman Həsənovdan pul almışdımsa həmin əskinazların üzərində əl izlərim olmalıdır. Mən istintaq qarşısında dəfələrlə pulların ekspertizasının aparılmasını irəli sürsəm də, bu reallaşdırılmayıb. Çünki, həmin pulların üzərində əl izlərimin olması mümkün deyil. Ona görə ki, həmin pul qoluma qandan vurulduqdan sonra məhz əməliyyatçılar tərəfindən cibimə zorla qoyulub.

4. Əgər həqiqətən cinayət əməli törətmişəmsə niyə 34 gün tam təcrid olunmuş vəziyyətdə saxlanılırdım? Bunların qorxusu nədən ibarət idi?

5. Niyə vəkildən və apellyasiya şikayətindən imtinaya məcbur edildim?

6. Mənimlə görüşmək istəyən qırmızı xaç komitəsinin əməkdaşlarına niyə mənim BMCMİ-də olmadığımı deyib onlarla görüşümə 1 gün sonra icazə verdilər?

7. Mənimlə bağlı həyat yoldaşımın Prezidentə etdiyi müraciətlərə niyə sərt münasibət göstərir, mənə və həyat yoldaşıma təzyiqlər edirdilər?

8. Barəmdə qaldırılmış cinayət işində qeyd olunan maddələr üzrə dəlil və sübutlar nədən ibarətdir? Niyə onlar mənə və vəkilimə tanış olmaq üçün təqdim edilmir?

9. CM-nın 182.2.2 maddəsinə əsasən guya mən qrup şəklində ayrı-ayrı adamları təhdid etmişəm. Hanı həmin qrup üzvləri?

10. CM-nın 182.2.4 maddəsinə əsasən guya mən ayrı-ayrı adamlara xeyli miqdarda zərər vurmuşam. Kimdir həmin adamlar? Niyə mənim onlarla üzləşməyim təmin edilməyib.

11. Kompüterimin çantasından toplanmış 10-dan artıq otel və motelin siyahısını əleyhimə istifadə etməyə çalışan istintaq niyə əziyyət çəkib rəhbəri olduğum jam.az saytına 5 dəqiqəlik araşdırma aparmayıb? Halbuki həmin siyahıda qeyd edilən otel və motellərin ləğv edilmiş MTN-nin keçmiş generalı Elçin Quliyevin haqq aldığı və şantaj məqsədilə istifadə etdiyi obyektlərdir. Həmin obyektlərin adları və Elçin Quliyevə aylıq nə qədər pul verdikləri jam.az saytında xeyli əvvəl dərc olunub. Əgər mən həqiqətən də siyahıda adları olan hotel və motellərdən hədə qorxu ilə pul almışamsa onların adlarını və ayda nə qədər pul verdiklərini saytımda niyə yazırdım?

Bütün bunlar sadalamaq istədiyim halların cüzi bir hissəsidir. yaxın vaxtlarda digər məqamlarla bağlı geniş açıqlama verəcəyəm. Bu gün niyə həbs olunduğumu yaxşı bilirəm. Mən bəzi məmurların maraqlarını tapdalamışam. Onların qeyri-qanuni fəaliyyətlərini, gizli bizneslərini, qanunsuz əməllərini ifşa etmişəm. Bu da həmin məmurların qəzəblənməsinə, qazanclarının azalmasına gətirib çıxarıb ki, bu da həbsimə sifariş verilməsi ilə nəticələndi. Bu adamların mənə qarşı olan qəzəbi və qərəzi o həddədir ki, hətta MTN-dəki cinayətkar dəstənin əməllərini belə kölgədə qoyur. Hələ 2008-ci ildə rəhbəri olduğum "24 saat” qəzetini əlimdən almaq istəyən MTN rəhbərliyi məni 2 günlük həbs etmişdi. Həmin vaxt məni şəxsən özümlə təhdid edərək qəzeti onların adamına verməyəcəyim təqdirdə həbs ediləcəyimi bildirmişdilər. Lakin BMCMİ-i mənim günahsız olduğumu, sifarişlə həbs olunduğumu, təzyiqlərə məruz qaldığım barədə Prezidentə müraciət edən həyat yoldaşımı istintaqa çağıraraq onu həbs edəcəklərini, ölkədən deportasiya edəcəkləri ilə təhdid ediblər.

Fikrət Fərəməzoğlu sükutu pozdu: Özünə və həyat yoldaşına edilən təzyiqlərdən danışdı

Nəzərinizə çatdırım ki, hələ indiyə qədər həbs olunmuş jurnalistlərin ailələrini mənimki kimi nə təhdid olunub, nə də istintaqa çağırılır. Hətta Suriyada döyüşmüş terrorçuların ailələri belə təhdid edilməyib. Mən hansı cinayətin sahibiyəm ki, özüm həbs olunmuşam, həyat yoldaşım isə təhdid olunur. Bu təhdidləri əks etdirən məqamlardan biri maşınının şüşətəmizləyən altına səni öldürərik məktubu, maşınının qapısına qan səpilməsidir. Məni Suriyada döyüşən Azərbaycan üçün real təhlükə olan terrorçulardan daha ağır cinayət törətmişəm? Mən günahsızam, heç bir cinayət əməli törətməmişəm, həbsim tamamilə sifarişlidir. Sonda ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edərək bildirirəm ki, ayrı-ayrı məmurların qanunsuz əməllərini ifşa edərək onların hərəkətlərini ictimai qınağa çevirməyim məhz Sizin çıxışlarınıza əsaslanıb. Belə ki, Siz özünüz çıxışlarınızda dəfələrlə bəyan etmişiniz ki, qanunsuz əməllərlə məşğul olan məmurların ifşa edilməsini mətbuat həyata keçirsin. Mən də Sizin çağırışınıza dəstək vermək məqsədilə təcrübəli jurnalist olaraq araşdırmalar aparmışam. Və bu araşdırmaların faktlar ayrı-ayrı məmurların qəzəbinə səbəb olub ki, nəticədə onların sifarişi ilə həbs olunmuşam. Cənab Prezident mən heç bir vaxt Sizin siyasətin əleyhinə çıxış etməmişəm. Bu istiqamətdə hər hansı yanlışım olmayıb. İstər ölkənin içində, istərsə də xaricdə dövlətimin maraqlarını qorumuşam. Sizdən artıq dərəcədə xahiş edirəm ki, dövlətimizin başçısı olaraq hər bir azərbaycanlının Prezidenti olaraq ədaləti bərpa edəsiniz. əminəm ki, mənim həbsdə olmağıma imkan verməyəcəkdiniz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Günahım yoxdur, şərlənmişəm…”

    “Günahım yoxdur, şərlənmişəm…” ...

    29-11-2013, 14:11

  • 
  • Elşad Abdullayev: “Qardaşım oğlunu üzümə qoyub, iş verdilər”

    Elşad Abdullayev: “Qardaşım oğlunu üzümə qoyub, ...

    13-12-2013, 12:06

  • 
  • Fikrət Fəraməzoğlu imzatoplama kampaniyasını başa çatdırdı

    Fikrət Fəraməzoğlu imzatoplama kampaniyasını başa ...

    2-10-2015, 18:15

  • 
  • Fikrət Fərəməzoğlunun həbsinin arxasındakı GİZLİNLƏR

    Fikrət Fərəməzoğlunun həbsinin arxasındakı ...

    12-07-2016, 22:30

  • 
  • Media Hüququ İnstitutundan həbs olunan Facebook fəalı ilə bağlı - Açıqlama

    Media Hüququ İnstitutundan həbs olunan Facebook ...

    28-11-2013, 22:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu