GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Tarix: 29-09-2016, 16:55 Bölmə :Siyasət Baxış: 1 196
Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Həmin ailənin üzvləri 26 sentyabr günü keçiriləcək referendiumda, etiraz əlaməti olaraq iştirak etməyəcəklərini də bəyan edirlər

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Gədəbəydə baş verən və illər uzunu həllini tapmayan sosial problemlər içərisində, Əliyev Oqtay Qara oğlunun təqribən 17 aydan çox müddət ərzində üz-üzə qaldığı problem də, bu gün əksəriyyətin diqqətini cəlb edən problemlərdən birinə çevrilib. Düzdür, bu günədək yaşanan problemin əmələgəlmə səbəbləri barədə “Gündəm Xəbər” qəzetinin müxtəlif saylarında dəfələrlə açıqlamalar dərc edib, ictimaiyyəti bu yöndə məlumatlandırmışıq. Yazıb onu da qeyd etmişdik ki, hal-hazırda Gədəbəy rayon İcra Hakimiyyətinə rəhbərlik edən Ramiz Yediyarov, şəxsi maraqlarının həlli naminə vermiş olduğu şifahi tapşırıqlar əsasında, Oqtay Qaraoğluna məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və ümumi sahəsi 38,5 kvm olan obyekt, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda onun yaxınlarından bir kimsə belə xəbərdar edilmədən darmadağın edilir. Atılmış belə bir qanunsuz addımlarla bağlı Oqtay Qaraoğlu tərəfindən aidiyyəti qurumlara, PA-nın yüksək çinli vəzifə sahiblərinə, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına dəfələrlə yazılı, yaxud da şifahi müraciətlər olunmasına baxmayaraq, bu gün də onun ünvanladığı müraciətlərin heç bir nəticəsi yoxdur.

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Şahbaz Bayramovun pərdəarxası maraqları

Onu da vurğulayaq ki, o, şəxsi mülkiyyətində olan obyektini 2011-ci ildə “Rabitəbank”a girov qoyub, adı çəkilən bankdan 50 min manat kreditə pul da götürür. Məqsədi gələcəkdə sahibkarlıq fəaliyyəti genişləndirmək olur. Elə ki, 12 fevral 2015-ci il tarixdə Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyekt darmadağın olunur, o halda ona məxsus obyektin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları da tam yarasız hala salınır və qısa müddət ərzində də itbat olunur. Belə olan halda o, firmalardan nisyə götürdüyü ərzaq mallarının pulunu ödəyə bilmir və son anda da çıxılmaz duruma düşür. Təəssüf hissi doğuran hal o olur ki, dağıntı işlərini Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini həyata keçirən Şahbaz Bayramov canbaşla yerinə yetirir. Çünki Gədəbəydəki mənbəmizin “Gündəm Xəbər”ə verdiyi məlumatlara görə o, icra başçısından aldığı şifahi tapşırığı ən yüksək səviyyədə yerinə yetirmək öhdəliyini öz üzərinə götürür və çox keçmir ki, qəti addımlarını da atır. Yəni, şəhər icra nümayəndəsi dağıntı işlərini həyata keçirməklə, həm də pərdəarxası maraqlarını güdür. Beləki, o, həmin obyektin həm avadanlıqlarını, həm ərzaq mallarını, həm də dağıntı zamanı tikinti materiallarını da ələ keçirir. O halda sual oluna bilər ki, Şahbaz Bayramov Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyektdə, hansı əsasla dağıntı-söküntü işlərini həyata keçirdiniz? Məgər bu işləri həyata keçirmək üçün sizdə məhkəmə qərarı, yaxud da hansısa əsaslandırıcı sənəd var idimi? Yaxud, ələ keçirdiyiniz avadanlıqları, ərzaq mallarını, tikinti materiallarını hansı ünvanlarda satışa çıxartdınız? Odur ki, onun atdığı addımlarla bağlı ortaya çoxsaylı suallar çıxır və belə bir suallar və problemlər də, hələ ki, həllini gözləməkdədir.

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Gədəbəy RİH-nin məhkəməyə müraciəti nələri agah etdi?

Gülünc doğuran məqam ondan ibarətdir ki, Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyektin və əlavə dörd nəfər şəxsə məxsus obyektin söküntüsü ilə bağlı, 10 fevral 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı tərəfindən Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunur. İddia ərizəsinin sonunda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun daşıdığı vəzifəsi, adı və soyadı qeyd olunur.

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Ünvanlanmış iddia ərizəsində, məhkəmədən həmin şəxslərə məxsus obyektlərin sökülməsi ilə bağlı qətnamə çıxarılması da xahiş olunur. Faciə odur ki, iddia ərizəsində müraciətin ünvanladığı tarix 10 fevral 2015-ci il göstərilir və Oqtay Qaraoğluna məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və ümumi sahəsi 38,5 kvm olan obyekt isə, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın olunur. Belə bir addıma görəsən nə ad vermək olar? Savadsızlıq, yoxsa naşılıq? Axı, iddia ərizəsi təqdim olunduğu günlə dağıntının həyata keçirildiyi gün arasında cəmi iki gün fərq var. Görəsən hansı tarixdə hansı məhkəmə prosesi keçirilir ki, Şahbaz Bayramov çıxarılmış məhkəmə qətnaməsini əsas tutub “haydı irəli!” komandasını verərək, dağıntı işlərini canbaşla yerinə yetirir?

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Bundan əlavə iddia ərizəsində o da qeyd olunur ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsinin təklifi nəzərə alınaraq 43 nəfər sahibkarın yeni inşa olunan ticarət mərkəzinə köçürülməsi ilə bağlı, icra başçısının 316 nömrəli sərəncamı da verilmişdir. Sərəncama əsasən 43 nəfər sahibkardan 39 nəfəri yeni inşa olunmuş ticarət mərkəzinə köçürülmüş və hal-hazırda da, onlar fəaliyyətlərini həmin ticarət mərkəzində davam etdirməkdədirlər. Belə bir açıqlama da, tamam ağ-yalan açıqlamadır. Çünki, bu gün həmin ticarət mərkəzinə baxış keçirilərsə, qeyd olunan ünvanda 39 nəfəri yox, yalnız ticarət mərkəzini ağuşuna almış ot-alaqları görmək mümkün olar.

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

İcra Hakimiyyətində vətəndaş müraciətlərinə məhəl qoyulmur

Diqqəti cəlb edən hal odur ki, Oqtay Qaraoğlu üz-üzə qaldığı problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara silsilə müraciətlərini ünvanlasa da, həmin müraciətlər tədbir görülməsi üçün Gədəbəy RİH-ə göndərilir. Adı çəkilən qurumda bir növ problemlərin həllinə cavabdehlik daşıyan vəzifə sahiblərindən olan və icra aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov isə, göndərilən müraciətləri itbata salmaqla məşğul olur. Belə bir səbəblər üzündən də, müraciət müəllifinə heç bir halda cavab verilmir. Bu cür addımların da atılması, düşünülmüş təxribat, yaxud da yürüdülən dövlət siyasətinə kölgə salmaqdan başqa bir şey deyil. Çünki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə “yerlərdə əhali ilə işləməyi bacarın, problemlərinin həllinə çalışın, sakinləri nahaq yerə incitməyin, get-gələ salmayın” deyə lazımi tapşırıqlarını versə də, Gədəbəy RİH-də vəzifə sahibi olanların əksəriyyəti, o cümlədən Zülfüqar İsgəndərov verimiş tapşırıqlara məhəl qoymur ki, qoymur.

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

Zülfüqar İsgəndərovun vədi

Olmazın haqsızlıqlarla üz-üzə qalan Oqtay Qaraoğlu, hələ bir müddət bundan əvvəl problemlərin həllinə köməklik göstərilməsi məqsədilə, DİN-i cənab Ramil Usubova da müraciət edir. Ünvanlanan müraciətlə bağlı nazirliyə dəvət olunan və xoşagəlməz müsibətlərə düçar olan şikayətçini, nazirliyin yüksək çinli vəzifə sahiblərindən biri qəbul edir. Ümumi müzakirələrdən sonra qərara alınır ki, nazirlik əməkdaşları Gədəbəyə ezam olunsunlar və baş verən olaylarla bağlı lazımi araşdırmalar da aparsınlar. Çox keçmir ki, DİN-nin əməkdaşları Gədəbəy rayon Polis Şöbəsində olurlar və problemin araşdırılması ilə bağlı Zülfüqar İsgəndərovu da şöbəyə dəvət edirlər. Həmin gün PŞ-də olan Oqtay Qaraoğlu bizimlə söhbətində bildirdi ki, “Zülfüqar İsgəndərov izahatını yazıb “bank bilər, biz bilərik” deyə aldadıcı vədini versə də, bu gün o, adicə ünvanlanan məktublara belə cavab vermir. Hətta bu azmış kimi o, öz iş otağında, bir qədər də dəqiq desəm mənim yanımda yaxın qohumum Esmira İbrahimovaya, onun atası Rüstəm kişiyə, həyat yoldaşı İbrahimov Elman Seyfar oğluna zəng edib bildirdi ki, “biz yaxın qohumuq, bu problemin həllini Ramiz Yediyarov mənə tapşırıb, mən də problemi qanun çərçivəsində həll

edib, sizə öz köməkliyimi göstərəcəyəm” vədini versə də, hələ ki, problemin həllindən söhbət belə gedə bilməz. Əksinə, bu gün elə bir vəziyyət əmələ gəlib ki, hər iki ailənin on üzvü yaşadıqları mənzildən bayıra atılmaq üzrədirlər”.

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır

İki ailənin on üzvü çölə atılır

Onu da vurğulayaq ki, Oqtay Qaraoğlu 2011-ci ildə şəxsi mülkiyyətində olan 38,5kvm-lik obyektini “Rabitəbank”a girov qoyub 50 min manat kreditə pul götürərkən, banka yaxın qohumu İbrahimova Esmira Rüstəm qızına məxsus, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzili də ikinci girovluğa qoyur. Bu günədək o, kreditə götürdüyü pulu ödəyə bilməyib. Səbəb də, yuxarıda qeyd etdiyimiz kimi, onun şəxsi mülkiyyətində olan obyektin 12 fevral 2015-ci il tarixdə darmadağın edilməsi olur. Belə olan halda bank tərəfi birinci girovluğa qoyulmuş obyektin dağıdıldığını bilir və ikinci girovluğa qoyulmuş mənzillə bağlı, Binəqədi rayon Məhkəməsinə də müraciət edir. Keçirilən məhkəmə prosesində həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan pul vəsaitinin “Rabitəbank”a ödənilməsi barədə Qətnamə çıxarılır. Çıxarılmış məhkəmə qətnaməsindən sonra, onun icrası ilə bağlı lazımi sənədlər Binəqədi rayon İcra Şöbəsinə də göndərilir. Belə olan halda “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 12 fevral 2016-cı il tarixdə Əliyev Oqtay Qara oğlunun, İbrahimova Esmira Rüstəm qızının, İbrahimova Aysel Elman qızının və Seyfarlı Aqşin Elman oğlunun yaşadıqları ünvanlara bildirişlər çatdırılır. Çatdırılan bildirişlərdə hərracın Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi-2A ünvanında keçirildiyi və mənzilin ilkin qiymət olaraq 70000 min manata qiymətləndirildiyi qeyd olunsa da, satışın 44625 manata həyata keçirildiyi bildirilir. Hərrac mərkəzində satış başa çatdırıldıqdan sonra, həmin mənzilə dair sənədlər 14 mart 2016-cı il tarixdə icra şöbəsinə qaytarılır.

Hal-hazırda Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzildə yaşayan beş nəfərlik ailə üzvləri, bayıra atılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Bu da bir ailənin faciəsi deməkdir. Əgər Oqtay Qaraoğluna vurulmuş maddi ziyana görə bank tərəfindən qiymətləndirilmiş kompensasiya Gədəbəy RİH-i tərəfindən vaxtında verilsəydi, o halda belə bir problem də yaşanmazdı.

Qüdrət Paşayevin vədi və sonrakı bəhanəsi

Bu gün də üzləşdiyi problemlərin həllinə çalışan Oqtay Qaraoğlu, hələ ki, ümidini üzməyib. Çünki o, istəyir ki, problem Gədəbəy RİH-i tərəfindən qanunauyğun formada həll olunsun. O, bu məqsədlə 09 sentyabr günü hər iki ailə üzvlərinin iştirakı ilə Ramiz Yediyarovun qəbuluna düşmək istəsə də, icra başçısı müəyyən səbəblər üzündən həmin gün rayonda olmur. Belə olan halda Oqtay Qaraoğlu məqsədini RİH-i başçısının birinci müavini Qüdrət Paşayevə çatdırır və istəyir ki, onun qəbulunda olsun və problemlərinin varlığını onun da diqqətinə çatdırsınlar. Düzdür, ilk öncə Qüdrət Paşayev onları qəbul edəcəyi vədini versə də, çox keçmir ki, fikrindən “vaz” keçir. “Getsin, qəbul günü gəlsin” deyə köməkçi vasitəsilə Oqtay Qaraoğluna növbəti vədini çatdırsa da, son anda onun bəhanəsi o olur ki, “icra hakimiyyətində şəxslər təkrar qəbul olunmurlar” deməklə, mətləbdən yayına bilir. Bəli, belə bir yanaşmaların varlığı da, Gədəbəydə idarəçiliyin hansı qaydalarla həyata keçirildiyini göstərir.

Ramiz Yediyarovun yarıtmaz kadr siyasəti

Hal-hazırda təkcə Ramiz Yediyarovun tətbiq etdiyi idarəçilik deyil, həm də həyata keçirdiyi kadr siyasəti də yarıtmaz vəziyyətdədir. Çünki, yerli mənbəmizin “Gündəm Xəbər”ə verdiyi məlumatlarda o da bildirilir ki, o, vəzifəsinin icrasına başladıqdan az sonra, səriştəli kadrları, idarəetmə bacarığı olan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Onların əvəzinə iş təcrübəsi

olmayan, naşı kadrları təyin etdi ki, həmin kadrların da əksəriyyəti özəl təhsil ocaqlarında təhsil alanlardırlar. Belə kadrlardan olan Əmirxan həkimin rayonun Mərkəzi Poliklinikasına baş həkim təyinatı da, hal-hazırda ciddi müzakirə olunan mövzulardandır. Çünki, tam əksəriyyətə bəllidir ki, işdə yol verdiyi ciddi nöqsanlara görə onu cənab Səlim Müslümov daşıdığı vəzifəsindən qovmuşdu. İşindən qovulmuş bir kadrın yenidən vəzifə başına təyin olunması, görəsən kimi təəccübləndirməz? Bəli, bu təyinat kimləri təəccübləndirsə də, yəqin ki, onu irəli çəkənləri heç cür təəccübləndirməyəcək.

Oqtay Qaraoğlu problemini həll etməyə ünvan tapmır

Hal-hazırda ailəlikcə Bakı şəhərində kirayədə yaşayan və heç bir əmək fəaliyyəti ilə məşğul olmayan, səhhətində müəyyən problemlərim əmələ gələn Oqtay Qaraoğlu bizimlə söhbətində onu da vurğuladı ki, “bu gün ailəmizin dolanışıq vəziyyəti olduqca ağır duruma düşüb. “Rabitəbank”dan kreditə götürdüyüm 50 min manat pulun taleyi, hər iki ailənin on üzvünü çoxsaylı problemlərlə də üz-üzə qoyub. Belə olan halda mən nə etməliyəm və ailəmizi necə dolandırmalıyıq? Axı, biz də bu Vətənin övladlarıyıq, bizim də yaşamaq, dolanmaq hüququmuz var! Ailəmizin üz-üzə qaldığı problemin həllini kimdən, hansı dövlət qurumundan, hansı vəzifə sahibindən tələb etməliyik? Çünki, bu günədək ünvanladığım müraciətlərin heç bir nəticəsi olmayıb və müraciətlərimə Gədəbəy RİH-i tərəfindən cavab verilmir. Belə olan halda məcburam ki, ailəlikcə Azərbaycanı tərk edib xarici ölkələrdən birinə üz tutum və həmin ölkədə də işləyib, “Rabitəbank”a olan borcumu ödəyim. Çünki bugünkü durumumuz, ümumi dolanışıq vəziyyətimiz və s. kreditə götürdüyüm pulları ödəməyə heç cür imkan vermir. Mən o haqda da düşünürəm ki, bəlkə ölkəmizin xarici işlər nazirliyinə müraciət edim ki, bizim ailənin xarici ölkələrdən birinə çıxış imkanı yaratsın”.

P.S.Hörmətli oxucular! Növbəti sayımızda yerli mənbəmizin verdiyi məlumatları əsas tutub, sizləri daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. O halda biləcəksiniz ki, hal-hazırda Gədəbəy rayonunda hansı vəzifə sahibi nə kimi işlərlə məşğuldur və o, büdcə pullarını mənimsəməyi, çoxsaylı maxinasiyaları necə həyata keçirir? Odur ki, bizi izləməyi unutmayın.

Araşdırmamız davam edəcək.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2016, 23:19

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2015, 23:15

  • 
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • İki məmurun “giroluğunda” saxlanılan rayon

    İki məmurun “giroluğunda” saxlanılan rayon ...

    16-07-2016, 02:04

  • 
  • Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur

    Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl ...

    17-09-2015, 15:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu