GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakı “İskəndər”in HƏDƏFİNDƏ

Bakı “İskəndər”in HƏDƏFİNDƏ

Tarix: 4-10-2016, 23:52 Bölmə :Siyasət Baxış: 950
Bakı “İskəndər”in HƏDƏFİNDƏ

“Azərbaycan güclü raketlər alıb və lazım gələrsə...”

İlham İsmayıl: “Məsələni raketlərlə deyil, çevik diplomatiya ilə həll etmək lazımdır”

Ermənistanın Rusiyadan “İskəndər” raketlərini almasından sonra Azərbaycan da uzaq mənzilli raketləri və hətta onun istehsal texnologiyasını əldə etməyə çalışır. Beləliklə, son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin güc nümayişi baxımından yeni mərhələyə daxil olduğunu söyləmək olar. Bu mərhələ münaqişə zonasında ağır silahların cəmləşməsi və istifadəsi riskinin artması ilə müşahidə olunur. Ermənistanın müstəqilliyinin 25 illiyi ilə bağlı İrəvanda keçirilmiş hərbi paradda Rusiya istehsalı olan “İskəndər-M” və “İskəndər-E” uzaqmənzilli raketlərinin nümayiş etdirilməsi Azərbaycanı da təcili adekvat addımlar atmağa vadar etdi.

Əks təqdirdə, hərbi balansın düşmən tərəfin xeyrinə dəyişmək təhlükəsi yaranmışdı. Ona görə də Azərbaycan “ADEX-2016” müdafiə sənayesi sərgisi çərçivəsində bir sıra ölkələrlə uzaqmənzilli raketlərin alınmasına dair razılaşmaya nail ola bildi. Artıq Azərbaycanın Belarusdan 300 km məsafəlik, İsraildən isə 130 km-lik radiusda hədəfi vuran EXTRA raketlərinin alınmasına dair müqavilə imzaladığı barədə xəbərlər var. Eyni zamanda, Pakistan Hərbi Hava Qüvvələri Azərbaycana JF-17 “Thunder” qırıcı təyyarələrini təklif edir. Ermənistanın uzaqmənzilli raketlərə malik olması Azərbaycanın belə ağır silahlar əldə etməsini zərurətə çevirir. Eyni zamanda, Azərbaycanın 2017-ci il dövlət büdcəsi çərçivəsində müdafiə sektoruna 1 milyard 615 milyon 359 min 868 manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da hərbi xərclərin 5 dəfəyə yaxın azalması deməkdir. Bəs bu büdcə vəsaiti Azərbaycana bahalı ağır silahlar almağa imkan verəcəkmi? Baxmayaraq ki, Ermənistanın özünün “İskəndər” raketlərinə sahib olması barədə deyilənlərin saxta olduğuna dair informasiyalar ortaya çıxmağa başlayıb. Bu günlərdə “Vestnik kavkaza” saytı Rusiyanın Ermənistana “İskəndər” raketləri verməsini şübhə altına alan məqalə dərc edib. Məqalənin müəllifi Mixail Belyayev raketlərin Ermənistan tərəfindən Rusiyanın Gümrüdəki hərbi bazasından icarəyə götürüldüyünü iddia edir: “Fikir var ki, hərbi paradda Rusiya və Ermənistanın Birləşmiş qoşun qruplaşmaları çərçivəsində Rusiyanın Gümrü bazasındakı kompleksi nümayiş etdirilib.

Xatırladaq ki, Gümrü bazasından İrəvan küçələrinə müasir hərbi texnika çıxaran Rusiya hərbçilərinin fotoşəkilləri sosial şəbəkələrə sızıb ki, bu da nümayiş etdirilən “İskəndər”lərin yalnız “icarəyə götürüldüyü” haqda şübhələri gücləndirib. Rusiyanın müdafiə müəssisəsi və "Rosoborongksport"-dan da rəsmi təsdiq gəlməyib. Digər tərəfdən, Ermənistan ordusuna 280-300 km-ədək mənzili olan “İskəndər”in ixracat versiyasının satıldığını dolayısı ilə təsdiqləyən Rusiyanın İrəvan səfiri İvan Volınkinin açıqlamasını qeyd etməmək olmaz. Volınkin xüsusən də “Azatutyun” radiosuna müsahibədə bildirib ki, “İskəndər”lərin Ermənistana satılması ölkələr arasında uyğun sazişin olmasından və aralarında müttəfiqlik, qardaşlıq münasibətlərindən xəbər verir. Yəqin ki, rusiyalı diplomatın Cənubi Qafqaz üçün bu cür çox mühüm mövzuda ifadələri RF XİN-lə əvvəlcədən razılaşdırılıb.

“İskəndər”lərin hər halda Ermənistanın silahlanmasına daxil olduğunun daha bir dolayı təsdiqi Azərbaycan tərəfinin reaksiyası olub. Müdafiə sənayesi naziri Yavər Camalov ADEX 2016 beynəlxalq müdafiə sərgisində Azərbaycanın 280 km radiusda hərəkət edən ballistik raketlər istehsalını təşkil etmək niyyətini elan edib. Lakin Ermənistanla münaqişə kontekstində Azərbaycan ordusu üçün bu cür uzaqvuran raketlərin praktik zərurəti tam aydın deyil, çünki Azərbaycan SQ-nin sərəncamındakı “Extra” ballistik raketləri (hərəkət radiusu 130 km) onsuz da Ermənistan paytaxtını “yaxalayır” – hələ işğal edilmiş Dağlıq Qarabağı və civarındakı əraziləri demirik. Burada söhbət daha çox psixoloji amildən (Ermənistan üzərində tam hərbi üstünlükdən), həmçinin Azərbaycanın öz HSK-nin perspektiv ixracat yönünü inkişaf etdirmək istəyindən gedir.

Fikrimizcə, İrəvanda “İskəndər”lərin hərbi paradda nümayiş olunması da birinci növbədə daxili-siyasi hədəfləri güdən şoudur. Ölkə hərbi-siyasi komandanlığı Dağlıq Qarabağda aprel müharibəsinin gedişində ciddi (o cümlədən, ərazi) itkilərdən sonra Ermənistan cəmiyyətini sakitləşdirməyə can atır. Paradda sərgilənən “İskəndər”lər isə əhalinin informasiya “emalı” üçün uyğun imkan yaradır. “Sasna Tsrer” qruplaşmasının bu yay İrəvanda PPX alayının binasını zəbt etməyi Ermənistandakı anti-Rusiya əhvalının gerçək səviyyəsini növbəti dəfə üzə çıxartdı: Ermənistan sosial şəbəkələri zəbt günlərində anti-Rusiya şüarları ilə bərq vurur, Serj Sərkisyanın qeyri-populyar komandası başqa cür deyil, “Moskvanın nökərləri” adlandırılır, apreldəki hərbi iflasa görə məsuliyyət isə birbaşa Moskvanın üzərinə qoyulurdu.

Ermənistan rəhbərliyi son həftələrdə sosial narazılığın dərəcəsini azaltmaq üçün Ovik Abramyan başda olmaqla əhalinin inamını itirmiş hökuməti istefaya göndərərək, həmçinin xalqa “İskəndər”lər kimi “tamaşa” təşkil etməklə bağlı tədbirlər zərfi qəbul edib. Rəsmi İrəvan 2015-ci ildəki kimi Moskva ilə münasibətlərdə “Maydan” kartını oynayaraq 200 milyon dollarlıq güzəştli kredit üzrə silahın verilməsində rusiyalı tərəfdaşları tələsdirdi. Söz düşmüşkən, ermənilər qaza güzəştlə yanaşı bu krediti də postsovet məkanında Qərb ssenarilərini möhkəm xatırladan “Elektrikli İrəvan” etirazlarından sonra əldə ediblər. İrəvan o zaman da öz məqsədinə çatmaq üçün artan sosial narazılıq fonunda Moskvanın Ermənistanda rəngli inqilab imkanı əndişəsindən fəal şəkildə istifadə edib.

Təəssüf ki, Ermənistan cəmiyyətində anti-Rusiya əhvalı artıq çoxdan qeyri-ciddi hala çevrilib. Ermənistan diplomatiyası isə Avropa və Amerika siyasətçilərinin rəğbətini qazanmaq üçün Qərbdə “AB-yə can atan və avtoritar Rusiyanın qabağını aldığı xristianlar” kartını oynayır. Nəzəri olaraq, Ermənistan ordusunda “İskəndər” varsa, onda raketlər Bakıya çata bilər. Lakin burada nəzərə almaq lazımdır ki, bu OTRK bu raketlərin ancaq nüvə başlığı daşıyacağı halda hərbi əməliyyatın gedişini dəyişə biləcək total dağıntı təhlükəsi yaradır. Hər bir raketin yüksək qiyməti nəzərə alınsa, Ermənistanın “İskəndər”lərdən fəal şəkildə işlədəcəyindən danışmaq da lazım gəlmir. Lakin yaxın keçmişin hadisələri ondan xəbər verir ki, ermənilərin “çirkli bomba” yaratdığı haqda Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanın hay-küylü bəyanatı ilə bağlı rəsmi Bakının ayıq-sayıq olması lazımdır. Hətta bu ilin aprelində artıq erməni qaçaqmalçıları Metsamor AES-dən uran-238-i 200 milyon dollar dəyərində qara bazarda satmaq cəhdi göstərib ki, bu da radioaktiv tullantılara Ermənistan tərəfdən gərəkli nəzarətin olmadığından xəbər verir. Bunu nəzərə almaqla Ermənistan hərbçilərinin “çirkli bomba”nı “İskəndər”lə kombinasiyada işlətmək ehtimalını birmənalı şəkildə istisna etmək olarmı? Çox ehtimal ki, nə Azərbaycan, nə də Ermənistan paytaxtlara zərbə endirməyi planlaşdırmır. Dağlıq Qarabağda müharibə yenidən alovlansa, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələri və erməni separatçılarına qarşı antiterror əmliyyatı səciyyəsi daşıyacaq. Mümkün hərbi əməliyyatlar səhnəsinin işğal edilmiş ərazilərlə məhdudlaşacağı münaqişə iştirakçılarının KTMT və Türkiyə tərəfdən önlənəcəyi amili ilə də izah olunur. Lakin müharibələr heç vaxt planlaşdırılmış ssenari ilə getmir və “çirkli bomba” məsələsi Ermənistana “İskəndər”lərin mümkün tədarükü fonunda yenidən aktuallaşır.
Parada hazırlıq ərəfəsində yayılmış fotoşəkillərdən də Gümrüdəki Ruiyaya məxsus 102 saylı hərbi bazanın əsgərlərinin “İskəndər” raketlərini nümayişi üçün məşqlər keçdiyi görünür. Ona görə də Ermənistanın belə uzaqmənzilli silahlar əldə etməsi məsələsi mübahisəli olaraq qalır.

Bakı “İskəndər”in HƏDƏFİNDƏ

“Bu silahları pul çox olanda almalı idik”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Rusiyanın Ermənistana “İskəndər” raketləri verməsi faktı doğrudur. Amma Azərbaycan buna qarşı yalnız ağır silahlarla deyil, həm də çevik diplomatiya ilə cavab verməlidir: “Bu, hərbi aktdan daha çox siyasi hadisədir. Bu hadisə Rusiyanın kimin tərəfində olmasını bir daha təsdiq edir. Ermənistana iki raket kompleksi verilib.

Onun da hər birində 12 ədəd olmaqla 24 raket var. Rusiyanın RPSO raketlərinə ehtiyacı var ki, onlar da çoxdan Gümrüdə yerləşdirilib. “İskəndər” raketləri isə 500 kilometr məsafəni vurur. Rusiyanın ehtiyacı yoxdur. “İskəndər” raketlərinin tutulması çətin olduğuna və qalmaqala səbəb olduğuna görə, onu sərhəddə yerləşdirmirlər. Rusiyanın əsas məqsədi aprel döyüşlərindən sonra Ermənistanın könlünü almaq və anti-Rusiya əhval-ruhiyyəsini aradan qaldırmaq idi, ona da nail olub. Amma məsələni raketlər deyil, siyasi qərarlar həll edəcək. Böyük güclərin kimin tərəfində olması da mühüm təsirə malikdir. Azərbaycan da hərbi büdcəsini azaldıb, Ermənistan da. Amma Azərbaycanın problemi ondadır ki, ölkəmiz belə silahları külli miqdarda gəlirlər əldə edəndə almalı idi.

Aprel döyüşlərində əldə etdiyimiz psixoloji üstünlüyü əldə edəndən sonra Ermənistana “İskəndər” raketləri verilirsə, deməli, bizim bu üstünlüyümüz itirilib. Ona görə də Azərbaycan nəinki hərbi, daha çevik diplomatik fəaliyyətə keçməlidir və lazım gələndə öz hərbi arsenalından istifadə etməlidir . Məndə olan məlumatlara görə, Azərbaycan başqa güclü raketlər də alıb və lazım gələrsə, ondan istifadə edə bilər. Amma məsələni daha ox siyasi qərarlar həll edir”.

Müşfiq Abdulla
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

    Rusiya Ermənistana "İsgəndər-M" ...

    19-09-2016, 12:10

  • 
  • General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

    General Zahid Hüseynovun raket bəyanatı Rusiyada ...

    26-05-2016, 16:56

  • 
  • İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

    İlham Əliyev “İsgəndər”lərə qarşı cavab ...

    23-09-2016, 01:38

  • 
  • Ermənistan Azərbaycanın "istənilən nöqtəsini vura bilən" silah alıb?- [Foto]

    Ermənistan Azərbaycanın "istənilən nöqtəsini ...

    19-09-2016, 13:07

  • 
  • Cəbhədə düşmənə ağır zərbə: Azərbaycan Ermənistanın hərbi obyektlərini vurdu

    Cəbhədə düşmənə ağır zərbə: Azərbaycan ...

    28-04-2016, 14:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu