Bu gün Sivil Toplum Platforması (STP) geniş nümayəndə heyəti ilə Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri, cənab Onno Kerverslə görüşüb.
Görüşdə platforma üzvləri STP-nin yaranma zərurəti və məqsədləri, habelə qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
STP üzvləri niderlandlı diplomatla ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, siyasi azadlıqlar və siyasi məhbus problemləri, sosial-iqtisadi vəziyyətin ağırlaşmasından doğan nəticələr, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.
Tərəflər bundan sonra da STP ilə Niderland Krallığının ölkəmizdəki səfirliyi arasında təmasların sıxlaşdırılmasının və əməkdaşlığın qarşılıqlı dialoq şəraitində keçirilməsinin faydalı olacağı qənaətinə gəliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?