GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Borçalı” İctimai Cəmiyyətinin bəyanatı

“Borçalı” İctimai Cəmiyyətinin bəyanatı

Tarix: 13-10-2016, 22:36 Bölmə :Siyasət Baxış: 459
“Borçalı” İctimai Cəmiyyətinin bəyanatı

“Borçalı” İctimai Cəmiyyəti 1993-cü ildə 13 fevral tarixli təsis konfransında yaradılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 31 mart 1993-cü il tarixində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. 2009-cu il aprel ayının 12-də R.Behbudov adına mahnı teatrında Borçalının bütün bölgələrindən 250 nəfərə yaxın təmsilçinin iştirakı ilə “Borçalı” İctimai Cəmiyyətinin 3-cü bərpa konfransı keçirilmiş və mütləq əksəriyyətin səsi ilə 19 nəfərlik yeni İdarə Heyəti formalaşmış, Zəlimxan Məmmədli “Borçalı” İctimai Cəmiyyətinin sədri seçilmişdir.
Həmin dövrdən Cəmiyyətin strukturunun təşkili, fəaliyyət istiqamətləri və proqramı ilə yanaşı üzvlərin Nizamnaməyə uyğunlaşdırılması prosesinə başlanılmışdır. Cəmiyyətin Nizamnaməsi və mövcud qanunvericiliyin tələblərinə yuğun olaraq daxil olan ərizə-anketlərə baxılmış, eyni zamanda üzvlərin qəbulu və anketləşdirilməsi prosesinə başlanılmışdır. 2009-cu ildən hər il üçün illik ümumi yığıncaqlar (üst-üstə 8 konfrans) çağırılmışdır. Ümumi yığıncaqların çağırılması isə Nizamnamənin 3.4., 3.5., 3.6. maddəsinin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.
“Borçalı” İctimai Cəmiyyəti 2009-cu il aprel ayının 21-dən hazırkı dövrə qədər ofislə təmin olunub və fasiləsiz fəaliyyət göstərməkdədir. Cəmiyyətin maliyyə qaynağı əsasən üzvlərin könüllü ianələri və üzvlük haqqı hesabına həyata keçirilməkdədir. Bütün strukturların fəaliyyəti ictimai əsaslarladır.
2016-cı il 28 may tarixində növbəti 8-ci ümumi yığıncağında Cəmiyyətin 199 nəfər üzvündən 100 nəfərdən çox üzvü iştirak etmiş, Nizamnamə tələblərinə yuğun olaraq 15 nəfərlik İdarə Heyəti seçilmişdir. Hər konfransda sədrə etimad səsverməsi keçirilmiş, 2012-ci il illik ümumi yığıncaqda isə üzvlərin təkidi ilə sədrin səlahiyyəti 4 illiyə müəyyən edilmişdir. 2015-ci il may ayının 26-da sayca 7-ci konfransda (ümumi yığıncaqda) sədr öz postundan istefa vermiş və yeni sədr seçkisinin keçirilməsini təklif etmişdir. Alternativ əsasda, mütləq səs çoxluğu ilə yenidən 4 il müddətinə sədr seçilmişdir.
Hal hazırda da Cəmiyyət daxilində heç bir narazılıq yoxdur və təşkilat öz fəaliyyətini fasiləsiz davam etdirməkdədir. Bu müddətdə sədrin və ya İdarə Heyyətinin fəaliyyəti ilə bağlı və növbədənkənar konfrans keçirilməsi tələbi ilə heç kim tərəfindən heç bir ərizə, təklif daxil olmamışdır.
Təəssüf ki, bu ilin iyun ayının 25-də əksəriyyəti “Borçalı” İctimai Cəmiyyətinin üzvü olmayan şəxslər tərəfindən gizli formada hazırlanaraq, hüquqi əsası olmayan toplantı keçirilmiş və əksəriyyəti üzv olmadığı və kiməsə səlahiyyət verilmədiyi halda “Borçalı” İctimai Cəmiyyətinin adından sui istifadə edilmiş, guya “növbədənkənar konfrans” keçirilmiş, yeni sədr və İdarə Heyəti seçilmişdir. “Borçalı” İctimai Cəmiyyətinin fəaliyyətdə olan heç bir rəhbər orqanı isə heç kimə 25 iyun tarixində toplantı keçirmək və hansısa qərar qəbul etmək səlahiyyətini verməmiş, heç kim belə təşəbbüslə müraciət etməmişdir.
25 iyun toplantısı təşkilatçılarının hüquqi əsas olaraq Eyvaz Borçalı, Şərif Kərimli və Hidayət Nuriyevin guya təsisçi kimi mütləq səlahiyyətli olmaları, həmçinin onları “Borçalı” Cəmiyyətinin taleyini müəyyən edən, mövcud strukturları heçə sayan səlahiyyət sahibi kimi təqdim etmələridir. Yanlış və mövcud Nizamnaməyə sayğısız yanaşmadır. Nizamnamənin 3.5.1. maddəsində aydın şəkildə göstərilmişdir ki, təsis etmək səlahiyyəti konfransa aiddir və adı çəkilən 3 nəfərin mövcud strukturları təftiş və yenidən qurmaq səlahiyyətləri yoxdur.
25 iyun 2016-cı il tarixində əsassız olaraq “növbədənkənar ümumi yığıncaq” kimi təqdim edilən toplantıda iştirak edənlərin, təşəbbüs qurupu üzvlərinin mütləq əksəriyyəti və sədr səlahiyyətini mənimsəyən Kərəm Məmmədov Borçalı Cəmiyyətinin üzvü deyillər. Kərəm Məmmədov “Borçalı” Cəmiyyətinin üzvü olmadığını sosial şəbəkədə özü təkidlə etiraf etmişdir. Bir qrup üzv və tərəfdaş növbədənkənar konfrans keçirmək istəsəydi, mütləq anlamda 28 mayda növbəti 8-ci konfransda etimad qazanmış İdarə Heyətinə müraciət etməli idilər. İdarə Heyəti iddianı təmin edərdisə, yalnız bundan sonra hüquqi baxımdan legitim konfrans keçirmək olardı və bu da “Borçalı” Cəmiyyətinin daha da güclənməsinə stimul verə bilərdi. Təəssüf ki, 2009-cu ilə qədər sədr vəzifəsində olmuş Eyvaz Borçalı və təşəbbüs qrupu məsuliyyətsizlik və qanuna sayğısızlıq nümayiş etdirərək “Borçalı” İctimai Cəmiyyətinin ictimai nüfuzuna xələl gətirən addım atmağa üstünlük vermişlər.
Ədliyyə Nazirliyindən ədalətdən kənar addım atmaması gözləntimiz isə təəssüf ki, özünü doğrultmadı. Ədliyyə Nazirliyi ədalətsizlik edərək 28 may 2016-cı il legitim üzv və strukturların təşkil etdiyi 8-ci Konfransın qərarını, təqdim olunan sənədləri görməzlikdən gələrək hüquqla heç bir bağlılığı olmayan, süni qurulmuş “növbədən kənar 25 iyun ümumi yığıncağının” legitim olmayan qərarını tanımışdır.
“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti Ədliyyə Nazirliyinin müvafiq qərarını Konstitusiyaya, mövcud qanunlar və Cəmiyyətin Nizamnamə tələblərinə zidd hesab etdiyini, Ədliyyə Nazirliyinin Siyasi hakimiyyətin müəyyən dairələrinin diqtəsi ilə hərəkət etdiyini bildirir. Eyni zamanda “Borçalı” İctimai Cəmiyyətinə üzv olmayan kəslərin hüquqi əsası olmayan toplantılarının nəticəsini hüquqi tərəf kimi tanımasını hüquqa və mənəvi dəyərlərə sayğısızlıq hesab edərək tanımadığını bəyan edir və bunu Azərbaycan hüquq sisteminin tənəzzülünün nəticəsi kimi dəyərləndirir. Bundan başqa İdarə Heyəti Azərbaycanda Ədliyyə Nazirliyi səviyyəsində qanunun nümayişkaranə formada ayaqlar altına atılmasından təəssüf hissi keçirir, Ədliyyə Nazirliyinin ciddi ədalətsizlik etdiyi iddiasını ortaya qoymaqla bundan sonra hüquq müstəvisində mübarizəsini davam etdirəcəyini bəyan edir.
İdarə Heyəti son olaraq onu əlavə edir ki, Azərbaycan hüquqi dövlət quruculuğunda Qanunun ali olduğu ideal cəmiyyət quruculuğu prosesinə bu dərəcədə sayğısızlığı Dövlət Başçısının, digər müvafiq qurumların diqqətinə çatdırmağı da özünün mənəvi borcu hesab edir. Qanunun aliliyi təmin olunsa idi Ədliyyə Nazirliyi 25 iyunçuların qisas və ya nifrət hisslərinin sağlam məntiqi, qanuni dəyərləri üstələməsinə, 199 nəfrər həqiqi Cəmiyyət üzvünün və 28 may konfransında iştirak etmiş 100 nəfərə yaxın hüquqi legitim gerçək üzvlərin hüququnun Cəmiyyətin üzvü olmayan təxribatçıların özəl maraqlarına qurban verilməsinə imkan verməzdi. İdarə Heyəti həmçinin hamının əmin olmasını istəyir ki, bu qanunsuzluqlara baxmayaraq 2009-cu ildən fasiləsiz, heç kimin təsir dairəsində olmadan, yalnız milli maraqlarımızın təmininə dəstək verən “Borçalı” İctimai Cəmiyyəti bundan sonra da sədaqətli, fədakar üzv və tərəfdaşları ilə öz doğru bildikləri yolu daha əzmlə davam etdirəcək, ədalətin zəfər çalmasına nail olacaqdır.
“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti
13 oktyabr 2016
Bakı şəhəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ZƏLİMXAN MƏMMƏDLİ XARİCİ İŞLƏR NAZİRİNƏ BIR DAHA MÜRACİƏT ETDİ

    ZƏLİMXAN MƏMMƏDLİ XARİCİ İŞLƏR NAZİRİNƏ BIR DAHA ...

    12-10-2016, 22:10

  • 
  • “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” Cəmiyyəti”

    “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” ...

    12-10-2015, 18:43

  • 
  • “Borçalı” cəmiyyəti Sarıkamış şəhidlərin andı

    “Borçalı” cəmiyyəti Sarıkamış şəhidlərin andı ...

    13-01-2013, 12:40

  • 
  • Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan XİN-dən dəstək tələb etdi

    Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan ...

    21-12-2014, 10:44

  • 
  • TÜRKLÜYƏ XİDMƏT EDƏNLƏR BƏLLİ OLDU.

    TÜRKLÜYƏ XİDMƏT EDƏNLƏR BƏLLİ OLDU. ...

    22-12-2014, 21:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (67)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu