GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

Tarix: 24-10-2016, 22:49 Bölmə :Siyasət Baxış: 618
MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

Beynəlxalq Avtovağzal Kompleskinin Ticarət Mərkəzi bu gün səhər saatlarından fəaliyyətini dayandırıb. Fins.az-ın tcarət mərkəzindən əldə etdiyi məlumata görə, mağazalar bağlanıb. Səbəb kimi Avtovağzal ərazisinə Vergilər Nazirliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir.

Dükan sahiblərinin qeyd etdiyinə görə, Avtovağzal rəhbərliyi də məhz bu səbəbdən bütün obyektlərin bağlanması ilə bağlı tapşırıq verib. Dövlət Avtomobil Nəzarəti Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, ticarət mərkəzinin fəaliyyətini dayandırması texniki problemlərlə bağlıdır.“Ticarət mərkəzində elektrik xətlərində problem var idi. Mağazaların bəzilərində işıq yanmırdı.
Bu da onların işinə mənfi təsir edirdi. Elektrik xətlərinin yenilənməsi ilə bağlı olaraq mağazalar bir neçə günlük bağlanıb”.

Ş.Mehmanqızı xətlər yeniləndikdən sonra ticarət mərkəzi fəaliyyətini davam etdirəcək. Vergi yoxlamasına gəlincə, Xidmət rəsmisi bu xəbəri təsdiq edərək bildirib ki, vergi yoxlaması vaxtaşırı aparılır və bu ticarət mərkəzinin işinə təsir eləmir.

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

Qeyd edək ki, Ticarət Mərkəzi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin nəzdində fəaliyyət göstərir. Kompleksin kimə məxsus olması barədə suallar isə uzun zaman cavabsız qalıb.Bir neçə ildir ictimaiyyət, eləcə də aparıcı ekspertlər zənn edirdi ki, bu avtovağzal kompleksi dövlət vəsaiti hesabına inşa edilib və dövlət mülkiyyətidir. “Azadlıq” radiosunun bir-neçə il əvvəl apardığı araşdırmada buualın cavanı tapılıb. Həmin araşdırmanı qısa ixtisarla dərc edirik:

“2009-2013-cü illərdə Regionların sosial və iqtisadi inkişaf dövlət proqramı”nda və digər rəsmi sənədlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edildiyi bildirilir. Hətta açılış mərasimində nazir Ziya Məmmədov özü Prezident İlham Əliyevə bu Kompleksi təqdim edib. O, bildirib ki, Kompleks Nazirliyin sifarişi ilə, baş podratçı “Bakı XXI Əsr” MMC tərəfindən inşa edilib.

Ancaq Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov sonradan bizə müsahibəsində sifarişçinin “Bakı XXI Əsr” MMC-nin özü olduğunu bildirdi. Bu barədə bir qədər sonra.

Avtovağzal kimin puluna tikilib?

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

Maliyyə və Nəqliyyat Nazirlikləri Azadlıq Radiosuna bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına dövlət büdcəsindən pul ayrılmayıb. Hər iki nazirlikdə kompleksin hansı vəsait hesabına tikildiyi barədə məlumat ictimaiyyətə açıqlanmır.

ARAYIŞ: Vircin adaları dünyada mövcud olan OFF-SHORE (ofşor) zonalardan biridir.
Ofşor – vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.

Vergilər Nazirliyindən aldığımız məlumata görə, “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə ictimaiyyətə məlumat verilmir.

Kompleksi iki aylıq şirkət tikib…

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

“Bakı XXI Əsr” MMC qeydiyyatından cəmi iki ay sonra, yəni 2004-cü ilin mayında Avtovağzalıni nşasına başlayıb. İki ay kifayət edib ki, dövlət qurumlarından strateji obyektin tikintisinə nəinki razılıq, hətta yer də verilsin. Halbuki, Dövlət Satınalmaları haqqında qanuna əsasən, tender keçirilərdisə, bu şirkətdən həmin sahədə 5 il iş təcrübəsi tələb olunacaqdı.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov da razılaşır ki, əsas şirkətin təcrübəsidir. Onun sözlərinə görə bu şirkət özü təşəbbüs göstərdiyindən və büdcədən maliyyə istəmədiyindən tender keçirilməyib: “Hər halda görülən iş də göz qabağındadır. Dünyada analoqu olmayan bir işdir. Kimin tikməsindən və istifadə etməsindən asılı olmayaraq, xaricdən gələn qonaqlar özləri təəccüblənirlər ki, Azərbaycanda belə bir kompleks var”.

Vircin Adalarından məktub

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

Böyük Britaniyanın Vircin Adalarında şirkətlərin qeydiyyatını aparan qurumdan (British Virgin İslands Registry of Corporate Affairs Search) isə öyrəndik ki, “Trans European Leasing Group” LTD – yəni “Bakı XXI Əsr” MMC-nin təsisçisi 2003-cü il, iyulun 14-də qeydiyyata alınıb. Azadlıq Radiosuna verilən məlumata görə, şirkət qeydiyyatdan keçərkən nə hüquqi şəxsin, nə də təsisçilərinin adı göstərilib.

Nəqliyyat Nazirliyi “Bakı XXI Əsr” MMC ilə heç bir əlaqəsi olmadığını bildirsə də, bu şirkətə ünvanladığımız suallara nazirlik vasitəsilə cavab aldıq. Həmin cavabda bildirilirdi: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisi üçün Nəqliyyat Nazirliyi ilə heç bir müqavilə bağlanmayıb. Tikintiyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında torpaq sahəsi ayrılıb”.

Amma torpaq sahəsi də boş olmayıb.

2009-cu ildə 1 saylı İqtisad Məhkəməsi Türkiyənin “Lüks Sönməz” şirkətinin “Bakı XXI Əsr” MMC-yə qarşı iddiasına baxıb. İddiada “Lüks Sönməz” şirkətinə məxsus yeni avtovağzal ərazisindəki bazar qiymətlərinə görə, təxminən 7 milyon manat dəyəri olan 50 sotluq torpaq sahəsindən “Bakı XXI Əsr” MMC-nin icazəsiz istifadə etməsi göstərilib.

Avtovağzalın ümumi sahəsi isə 3,7 hektardır. Belə çıxır ki, təkcə avtovağzal kompleksinin torpaq sahəsini almaq “Bakı XXI Əsr” MMC-yə təxminən 50 milyon manata başa gəlib.

Nə Nəqliyyat Nazirliyi, nə Vergilər Nazirliyi, nə də digər dövlət qurumları “Bakı XXI Əsr” MMC-nin təsisçisi haqda məlumat vermədi.

Nazirin deputat qardaşının 80 milyon ABŞ dolları?

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

Ancaq AzadlıqRadiosunun apardığı araşdırmada isə “Bakı XXI Əsr” MMC- ni Nəqliyyat Nazirinin qardaşı Elton Məmmədovun təsis etməsi üzə çıxırdı. Əslində avtovağzalın inşa edildiyi ərazi ilə bağlı məhkəmə çəkişmələrində də cavabdeh qismində Elton Məmmədovun adı dəfələrlə hallanmışdı. Bunu dəqiqləşdirmək üçün deputat Elton Məmmədovla əlaqə saxladıq. O, “Bakı XXI Əsr”in təsisçisi olduğunu Azadlıq Radiosuna təsdiqlədi:

“Mən bir millət vəkili kimi kommersiya fəaliyyəti ilə məşğul ola bilmərəm. Amma mənim hansısa bir şirkət təsis etməyimdə heç bir problem yoxdur.

– Bəs, niyə bu şirkət xaricdə, özü də Vircin adalarında qeydiyyatdan keçirmisiniz?
– Burda heç bir problem yoxdur. Beynəlxalq hüquq çərçivəsində şirkət qeydiyyata alınıb.
– Sizdən başqa təsisçilər varmı? Əgər varsa kimlərdir?
– Bəli var, amma bu kommersiya sirri olduğundan bu barədə heç bir məlumat verə bilmərəm.
– Kompleksin “Bakı XXI Əsr” MMC-nin vəsati hesabına inşa edildiyi bildirilir? Hansı mənbələrdən əldə olunub bu vəsait?
– Ola bilər ki, təsisçi kənardan özünə sponsorlar tapır, müxtəlif şirkətlərlə əməkdaşlıq edir və işini qurur.
– Kimlərdir sponsorlar, sizin əməkdaşlıq etdiyiniz şirkətlər?
– Dövlət sirri haqda və kommersiya sirri haqda qanuna uyğun olaraq mən bu barədə sizə heç bir məlumat verə bilmərəm.

Elton Məmmədov tikintiyə sərf edilən vəsaitin məbləğini kommersiya sirri olduğunu iddia edərək açıqlamır.
2009-cu ildə «Əl-Cəzirə» televiziyası hazırladığı videoreportajda Bakı Beynəlxalq Avtovağzalın tikintisinin 80 milyon ABŞ dollarına başa gəldiyi bildirirdi.
Videoreportajda avtovağzalı tikən şirkətin – ZQAN Holdinqin isə Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu iddia edilirdi. Nəqliyyat Nazirliyi o vaxtlar bu məlumatı təkzib etmişdi. Amma sonradan tikintini aparan şirkətin rəhbəri Nəqliyyat nazirinin oğlu Anar Məmmədovun olduğu rəsmi açıqlandı.

Ata, oğul, əmi və Nəqliyyat Nazirliyi…

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

İndi belə çıxır ki, avtovağzal kompleksi ata, oğul və əminin müştərək işidir. Yəni,Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət (ZİQAN Construction) Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsusdur, kompleksi idarə edən şirkətin isə (“Bakı XXI Əsr”) təsisçisi onun əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib.

ABŞ-ın təhsil və media layihələri həyata keçirən İREX təşkilatının media üzrə eksperti, hüquqşünas Ələləsgər Məmmədli düşünür ki, bu layihənin gerçəkləşməsinə sərf olunan vəsaitin də mənbəyinin açıqlanmamağı ictimaiyyətdə haqlı şübhə doğurur: “Milyonlarla manat pul hər halda, Allah tərəfindən göndərilməyib. Yüzdə doxsan doqquz bu qanuni mənbə hesab oluna bilməz, çirkli puldur”.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, korrupsiyadan əldə olunmuş çirkli pulların yuyulması üçün ən sadə yol xarici investisiya adı ilə pulların dövriyyəyə buraxılmasıdır.Onun fikrincə, mənbəyi məlum olmayan pullarla tikilən avtovağzal özü də, deyəsən, qeyri-qanuni gəlir mənbəyinə çevrilib.

Kompleksdə vergi güzəşti?

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

– Qəbz verə bilərsiz?
– Qızım, “çek maşını” qoyublar, amma hələ öyrətməyiblər ki, necə istifadə edim.
– Neçə müddətdir ki, işləyirsiz?
– Iki aydır buranı götürmüşük, kassa təzə qoyulub.

Bu cür dialoqu Bakı Beynəlxalq Avtovağzal Kompleksində tez-tez eşidərsiniz. Burda çeksiz bilet satışı, keyfiyyətsiz xidmət və nəzarətsiz gəlirlər barədə media dəfələrlə məlumat yayıb.
Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” MMC adlı yanacaq doldurma, avto yuma və təmir məntəqələri daxildir.
Müşahidə üçün bu kompleksə bir neçə gün müştəri kimi baş çəkdik. Bir çox xidmət obyektlərində vergidən yayınma hallarına şahid olduq.
Ticarət Mərkəzindəki mağazalardan yalnız biri bizə qəbz verdi. Uşaq paltarları mağazasının satıcısı öyünürdü ki, ticarət mərkəzində nümunəvi işləyən bir-iki mağaza varsa, biri də onlarınkıdı. Digər mağazalardan isə bildirdilər ki, alver yaxşı getmədiyindən vergilərdə onlara güzəşt olunur.
Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən Şahin Məmmədovun sözlərinə görə, kassa çekinin vurulmaması qanun pozuntusudur və bunu pozanlara heç bir güzəşt yoxdur.

Şahin Məmmədov komleksdən əldə olunan gəlir və dövlət büdcəsinə ödəmələr haqda bunları dedi:“Vergi ödəyicilərinin vergi ödənişlərinin miqdarı, o cümlədən həmin qurumlarda aparılan son yoxlamanın vaxtı barədə məlumat və yoxlama barədə hesabat Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən Kommersiya sirri hesab olunur”.

Kiçik bir hesablama təkcə ticarət mərkəzindəki mağazaların yer haqqının şirkətə il ərzində təxminən 2 milyon manat gəlir gətirdiyini göstərir. 2008-ci ilin fevralından istifadəyə verilən kompleksdə bir mağazanın şirkətə ödədiyi aylıq yerpulu sahibkarların dediyinə görə, ən azı 102 manatdır. Sahibkarlar bu pulu “Bakı XXI Əsr”in ofisini işarə edərək dövlətə ödədiklərini deyirlər.
WikiLeaks “Kimin nəyi var” silsiləsində Nəqliyyat naziri Ziya Məmmədovun ailəsindən də bəhs edib. Açıqlanan sənədlərdə deyilir ki, Azərbaycanın neft gəlirlərindən çoxu yol tikintisinə axır və bu işlərin çoxunu Məmmədovlar idarə edir. Bundan başqa sərnişindaşıma sahəsi də ailənin Holdinqlərinin inhisarındadır”.

MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı

Beləliklə, araşdırmadan göründüyü kimi, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki iri Ticarət Mərkəzi Məmmədovlar ailəsinin nəzarətində olub. Və Məmmədovlar bu Ticarət Mərkəzindəki il ərzində milyonlarla manat gəlir götürüblər. Bundan nə qədər vergi ödəyib-ödəmədiklərini söyləmək çətindir. Ancaq iniki vaxtda Vergilər Nazirliyinin əməkdaşlarının Ticarət Mərkəzində yoxlamalara başlamasının sadəcə vergi problemi ilə bağlı olmadığı düşüncəindəyik. Böyük ehtimalla, Ticarət Mərkəzi də Mənmmədovlardan alınır. Yəni, başqa birinə dövr edilir…

Məmmədovlar hakim komandadakı mövqelərinin laxlaması, Ziya Məmədovun nazir kimi demək olar ki, bütün səlahiyyətlərini itirməsi, qardaşına mandat verilməməsi, ailəyə aid bir çox bisnes subyektlərinin fəaliyyətini dayandırması və ya “əl dəyişdirməsi” belə düşünməyə əsas verir. Elə Ticarət Mərkəzindəki mağazaların bağlanılmasını da, təhvil-təslim işlərini də bununla əlaqələndirmək olar. Yoxsa bir-iki mağazadkı elektrik probleminə görə bütöv bir Ticarət Mərkəzinin bağlandığını iddia etmək, yumşaq desək ciddi görünmür.

Əlbəttə, Avtovağzal Kompleksindəki iri Ticarət Mərkəzinə nəzarətin Məmmədovlar ailəsindən alınacağı gözlənilən idi. Ancaq maraqlıdır kimin məzarətinə veriləcək?.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ticarət mərkəzində yanğın

    Bakıda ticarət mərkəzində yanğın ...

    8-11-2015, 16:46

  • 
  • “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar bazarı tərk edir

    “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar ...

    17-08-2015, 22:13

  • 
  • Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN

    Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN ...

    30-08-2014, 11:30

  • 
  • Rusiyada azərbaycanlı biznesmenə məxsus ticarət mərkəzində yanğın olub

    Rusiyada azərbaycanlı biznesmenə məxsus ticarət ...

    12-03-2015, 20:58

  • 
  • “Avtovağzal” stansiyasının inşası başa çatıb- Foto

    “Avtovağzal” stansiyasının inşası başa çatıb- Foto ...

    10-07-2013, 22:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu