GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » GÜNAHSIZ GÜNAHKAR - Əli Abbasov daha nə alıb-nə vermişdi və həbs olunmalıdırmı?

GÜNAHSIZ GÜNAHKAR - Əli Abbasov daha nə alıb-nə vermişdi və həbs olunmalıdırmı?

Tarix: 9-12-2016, 12:11 Bölmə :Siyasət Baxış: 389
GÜNAHSIZ GÜNAHKAR - Əli Abbasov daha nə alıb-nə vermişdi və həbs olunmalıdırmı?

Sabiq nazir Hesablama Palatasını 5 milyonla necə yola salmışdı?…

Son 2 ildə Azərbaycanda müşahidə olunan ağır sosial–iqtisadi böhran getdikcə dərinləşməkdədir. Bir tərəfdən qiymətlərin artması, manatın dəyərini itirməsi və əhalinin real gəlirlərinin əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən isə biznes mühitinin ağırlaşması, iş yerlərinin bağlanması, ixtisar edilməsi ölkədə vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin durumunu son dərəcə pisləşdirib.Artıq rəsmi səviyyədə ölkədə maliyyə böhranının yarandığı, yaşam şərtlərinin ağırlaşdığı etiraf edilməkdədir. Rəsmilər – nazirlər, deputatlar vəziyyətin daha da ağırlaşacağı mesajını verirlər. Maliyyə nazirinin 2017–ci ildə ölkədə tənəzzülün dərinləşəcəyini bəyan etməsi, deputatların daha ağır problemlərin yarana biləcəyinə dair çıxışları vəziyyətin nə qədər mürəkkəb olduğundan xəbər verir. İş o yerə o çatıb ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədəki mövcud vəziyyəti məlum səbəblərdən aclıq və səfalətin hökm sürdüyü 90-cı illərlə müqayisə etməyə başlayıb.

GÜNAHSIZ GÜNAHKAR - Əli Abbasov daha nə alıb-nə vermişdi və həbs olunmalıdırmı?

Son 10 ildə ölkənın neft-qaz satışından 150 milyard dollara yaxın gəlir əldə etməsindən,
investisiya və kreditlər şəklində iqtisadiyyata 100 milyarddan artıq vəsait yatırılmasından sonra Azərbaycanın 90-cı illərə kəskin dönüş etməsi, nə qədər paradoksal olsa da, təəssüf ki, acı reallıqdır.
Rəsmilər bunun səbəbini neftin qiyməti ilə bağlamağa cəhd etsələr də, təbii ki, bu, həqiqəti pərdələməkdən başqa bir şey deyil. Əlbəttə, neftin qiymətinin enməsi gəlirlərin azalmasına təsir edib. Ancaq bu gün də neft maya dəyərindən ən azı 3-4 dəfə baha satılırsa və uzun illər boyu neft borusundan axan milyardlardan səmərəli istifadə edilməyibsə, problemlərin səbəbini xaricdə deyil, hökumətin özündə, bacarıqsızlığında axtarması daha doğru olardı.

GÜNAHSIZ GÜNAHKAR - Əli Abbasov daha nə alıb-nə vermişdi və həbs olunmalıdırmı?

Daha açıq desək, bu gün yaranmış böhranlı vəziyyətin səbəbi heç şübhəsiz ölkədə uzun illərdir davam edən İFRAT TALANÇILIQ, büdcə vəsaitlərinin və iş adamlarının amansızcasına, vicdansızcazına soyulmasıdır. Demək olar ki, bütün nazirliklərdə, dövlət qurumlarında baş verən bu talançılığın başında isə əksər hallarda həmin qurumların rəhbərləri dayanıb.

GÜNAHSIZ GÜNAHKAR - Əli Abbasov daha nə alıb-nə vermişdi və həbs olunmalıdırmı?

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra Rabitə Nazirliyi-müəl.) vəzifəli şəxslərinin məhkəmə proseslərində açıqlanan faktlar, onların ifadələrindəki etiraflar bunun əyani sübutudur. Nazir Əli Abbasov açıqlamalarında özünü baş verənlərdən xəbərsiz kimi göstərsə də, nazirliyin vəzifəli şəxsləri bütün korrupsiya əməliyyatlarını onun göstərişi və yaxud bilgisi əsasında həyata keçirdiklərini bəyan ediblər. Bu ifadələr mətbuatda, o cümlədən saytımızda geniş şəkildə işıqlandırıldığından təkrarlamaq istəmirik. Ancaq qeyd edək ki, həbs olunan Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov və digərləri bütün əməliyyatları məhz Əli Abbasovun tapşırığı ilə reallaşdırdıqlarını söyləyiblər.

GÜNAHSIZ GÜNAHKAR - Əli Abbasov daha nə alıb-nə vermişdi və həbs olunmalıdırmı?

Hətta V.Zeynalovun vəkili Bəylər Məmişov bəyan edib ki, Əli Abbasov tərəfindən ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqla əlaqədar vurulmuş ziyan üzrə 6,8 milyon manat ödəniş aparılıb.
Belə bir şəraitdə, əlbəttə, Əli Abbasovun məsuliyyətə cəlb edilməməsi sual doğurur. Baş verənlər bütün məsuliyyətini sabiq Aparat rəhbəri Vidadi Zeynalovun üzərinə yüklənməklə, cinayət işi qapadılır. Ancaq Rabitə Nazirliyində baş verənlərdən məlumatlı şəxsin verdiyi Verilən məlumatlardan da belə görünür ki, Vidadi Zeynalov məhz cəmiyyət arasında mədəni, ziyalı insan kimi tanınan Əli Abbasovun təlimatları əsasında hərəkət edib.

“Əli Abbasov nazir postunu əldə etmək üçün 3 milyon dollar xərc çəkib”

Məlum səbəblərdən adının çəkilməsini istəməyən şəxsin bildirdiyinə görə, o vaxt İqtisad Universitetinin rektoru və 2000-ci ildən Milli Məclisin deputatı olmuş Əli Abbasov, nazir vəzifəsini əldə etmək istiqamətində uzun müddət gizli iş aparıb. Bunun üçün o, özünü ölkə rəhbərliyinə rabitə sahəsində yeni texnologiyaların mahir bilicisi kimi təqdim etdirməyə nail olub. Eyni zamanda sabiq rabitə naziri Nadir Əhmədova qarşı “qara piar” kampaniyasının da onun tərəfindən təşkil edildiyi istisna edilmir. Hər halda Nadir Əhmədovun müasir texnologiyadan başı çıxmayan, “büdcəyə” bir qəpik də xeyir verməyən birisi kimi təqdim edilməsi Əli Abbasovun “yolunu açmağa” xidmət edib.
Qısası, 20 fevral 2004-cü il tarixində Əli Abbasovun nazir postuna oturması, heç də çoxlarının fikirləşdiyi kimi, qəfil baş verməyib. “O, özü ilə bağlı ölkə rəhbərliyində müsbət rəyin yaradılmasını təmin etmək, haqqında yaxşı təqdimat verilməsinə nail olmaq, eləcə də sabiq rabitə naziri N.Əhmədovun gözdən salınmasına xidmət edən kampaniyanın aparılması məqsədilə, təxminən 3 milyon dollar xərc çəkmişdi” – deyə mənbə bildirir.

Vidadi Zeynalovun tərtib etdiyi tariflər və kisələrdə gələn milyonlar….

Mənbənin Əli Abbasovun nazir kimi fəaliyyəti barədə söylədikləri isə, bu gün məhkəmədə açılan faktların məhz onun göstərişi ilə həyata keçirildiyini iddia etməyə bir daha əsas verir: “Əli müəllimin nazir kürsüsündə oturduqdan sonra ilk “gizli” tapşırığı bu oldu ki, kim vəzifəsində qalmaq istəyirsə Vidadi Zeynalovun tərtib etdiyi tarifdə göstərilən qiymətləri dərhal ödəsin. Belə də oldu. Bakı şəhəri üzrə fəaliyyət göstərən poçt filiallarının rəhbərləri Arif Məmmədov və Əvəz Kərimov dərhal tələb olunan 40 000 dolları gətirib təqdim etdilər.
“Azərpoçt”un rəisi postu 100 min, BTRİB rəisi 300 min, “Aztelekom” İB rəisi isə 500 000 dollara “hərraca” çıxarıldı. Telefon qovşaq rəislərindən 50 min tələb olundu. Vəzifədə qalmaq üçün haqq ödəməyən Binəqədi poçt filialının müdiri Feyzulla kimiləri isə dərhal öz postlarılə vidalaşdılar.
Rabitə sahəsində fəaliyyət göstərən şirkətərin rəhbərləri arasında Əli Abbasov nazir təyinatı aldığı gün – gecə ilə 1 milyon dollar pulu kimsənin nəzər-diqqətini cəlb etməmək üçün “Parfüm de Franc” karton kisəsinə qablaşdırıb, öz xidməti avtomobili ilə Nazirliyə “hədiyyə” olaraq göndərənlər də olub”.

Nazirliyin 8 milyon manat ehtiyat fondu necə “süpürüldü”?

Əli Abbasov nazir təyin olan kimi, son 7 ildə nazirlikdə nə qədər “yeyinti” olduğunu, kimlərin böyük pullar əldə etdiyini aydınlaşdırmaq üçün dərhal bütün strukturlarda yoxlamaların aparılması, korrupsiya hallarının aşkara çıxarılaraq ona məruzə edilməsi tapşırığını verib: “Ancaq Nazirliyin yoxlaması zamanı elə də ciddi nöqsanlar tapılmadı. Bu plan baş tutmadığından, nazir yeni qazanc mənbəyinin tapılması istiqamətində işlərə başladı. Bu məqsədlə, Ə.Abbasov əsas diqqətini Nazirliyin maliyyə büdcəsinə yönəltdi. Məlum oldu ki, Nazirliyin uzun illər əldə etdiyi gəlirlər hesabına t Ehtiyat Fonduna təxminən 8 milyon dollar vəsait yığılıb, saxlanılmaqdadır. Ə.Abbasov dərhal özü ilə gətirdiyi Vidadi Zeynalovu dəvət edərək, yığılan pulu necə və hara məsrəf eməklə ortadan çıxarmağın mümkünlüyünü soruşur. Təbii ki, Bakı şəhər İcra Hakimiyyətinin Maliyyə İdarəsindən törətdiyi irimiqyaslı maliyyə maxinasiyalarına görə işdən qovulmuş peşəkar maliyyə fırıldaqçısı V.Zeynalov üçün 8 milyonu xırıd etmək elə də çətin bir iş deyildi.
Cəmi 60 gün ərzində bu pullar son qəpiyinədək nazirliyin müxtəlif strukturlarında təmir-tikinti aparılması, avadanlıqların alınması və s. adlar altında son qəpiyinəcən mənimsənildi. Bu əməliyyatlardan sonra nazir Əli Abbasov “mayanı” artıqlaması ilə çıxararaq, rahat nəfəs aldı və işini davam etdirməyə başladı”.

BTRİB-in rəisi postunu 300 minə əldə edən Salmanova Eldar Mahmudov nə şərt qoyur?

Mənbənin məlumatlarında diqqət çəkən faktlardan biri də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə təyinat alan Nəriman Salmanovun qısa müddətdən sonra vəzifədən götürülməsinin səbəbləri ilə bağlıdır:
“2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi vəzifəsinə irəli çəkdi. Təbii ki, bu vəzifə üçün tələb olunan 300 min dollar ödənildikdən sonra. Lakin bundan qısa müddət sonra onun, necə deyərlər, başına müsibətlər gətirildi.
Belə ki, Nəriman Salmanov BTRİB-ə rəis gətiriləndən bir neçə ay sonra “qara maskalılar” günün-günorta vaxtı onu iş kabinetindən götürərək MTN-ə aparıblar.Orada ona nazir E.Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənilməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir.
Ancaq peşəkar rabitəçi və qanundan qorxan adam olan Nəriman Salmanov birmənalı şəkildə bundan imtina edib. Deyib ki, əgər bunlar dövlətə lazımdırsa, məhkəmə qərarı çıxarılsın, bundan sonra dinləmələri həyata keçirməyə qanun imkan verir. Bu zaman onu orada döyüblər, təxminən 1 aya yaxın kənar bir yerdə, iddiaya görə, general Akif Çovdarovun gizli həbsxanasında saxlayıblar. Bu müddət ərzində ailəsi belə onun harada olmasından xəbər tuta bilməyib.
Nəriman Salmanov, nəhayət, həmin vəzifədən istefa verəcəyini bildirib, bundan sonra onu azad ediblər”.

Əli Abbasov Eldar Mahmudovun icra komandasına necə daxil olub?

N.Salmanov istefa verdikdən sonra Eldar Mahmudov Əli Abbasovu aldadaraq, öz adamının BTRİB-ə rəis gətirilməsinə nail olub: “Nəriman Salmanov MTN-çilərin əlindən qurtardıqdan sonra, dediyinə əməl edərək istefa ərizəsi yazıb. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub.
Amma həmin vaxt Eldar Mahmudov Əli Abbasova deyib ki, bütün bunlar ölkə rəhbərliyi ilə razılaşdırılıb. Yəni, faktiki olaraq onu aldadaraq öz istəyinə nail olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Eldar Mahmudov Əli Abbasovdan o posta qohumu Beytulla Hüseynovu təyin etməyi tələb edib. Bu tələb də icra olunub.
Əslində MTN əməliyyatı Beytulla Hüseynovun sifarişi əsasında həyata keçirilənə daha çox oxşayır. Faktiki olaraq bu olaydan sonra Əli Abbasov da Eldar Mahmudovun icra komandasına daxil olub”.

Nazir pulu qaytarmaq əvəzinə, vəzifə təklif edib

Nəriman Salmanov BTRİB-dən gedəndən sonra Əli Abbasovdan verdiyi məbləği qaytarmağı xahiş edib: “Bildirib ki, işlədiyi dövrdə yalnız cüzi “qazancı” olub. Bir neçə avtomobili idarənin adına şişirdilmiş qiymətə alıb və bir neçə “kabel əməliyyatı” həyata keçirə bilib. İmkan verməyiblər ki, verdiyini çıxarsın. Nazir isə onu verdiyi pulun əvəzinə Yasamal Telefon Qovşağının rəisi vəzifəsinin icraçısı təyin edib”.
Lakin Eldar Mahmudov buna da mane olub: “Deyib ki, Yasamal strateji ərazidir, Nəriman orada da bizə mane olacaq, onu başqa yerə göndər. Bundan sonra onu ucqara – Sabunçu Telefon Qovşağının rəisi vəzifəsinə təyin ediblər. O, burada da daim təhdid altında olub. Bunlara görə N.Salmanov kabinetini kameralaşdırmışdı ki, otağa gələn hər kəsin davranışları qeydə alınsın”.

Hesablama Palatasını 5 milyonla necə yola saldılar?

Nazirliyin strukturuna daxil olan gəlirli idarələrdən biri də Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzi olub. Mənbənin məlumatına görə, idarəyə V.Zeynalovun qohumu Cəlil Cəfərov təyinat aldıqdan sonra mərkəzdə korrupsiya geniş vüsət alıb. Bu faktlar Hesablama Palatasının növbəti yoxlaması zamanı ortaya çıxır: “Hesablama Palatasının növbəti yoxlaması zamanı “qışqıran rəqəmləri” gizlətmək mümkün olmur. Palatanın peşəkar müfəttişləri külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsilə bağlı AKT tərtib edirlər.Bundan təşvişə düşən direktor C.Cəfərov dərhal nazir Ə.Abbasovun qəbuluna gəlir. Məsələ müzakirə olunur və uzaqgörən Əli müəllim Palatanın istədiyi rəqəmin – 5 milyon manatın dərhal verilməsi tapşırığını verir. Məsələ “həllini” tapır”.
Mənbə iddia edir ki, Hesablama Palatasına verilən 5 milyon manat nazirlikdəki həbslərdən sonra da sabiqlərin bəzi korrupsiya əməllərinin gizlədilməsinə səbəb olub: “Nazir Ə.Abbasov və direktor C.Cəfərov işdən çıxarıldıqdan, ikinci həbs edildikdən sonra onların fəaliyyətini yoxlamaq üçün dövlət komissiyası yaradıldı. Yaradılmış dövlət komissiyasının tərkibində yer alan Hesablama Palatası yenidən Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzində yoxlamalara başlayır. Amma nədənsə, bir neçə il öncə ört-basdır etdikləri korrupsiya əməllərini açmırlar və aktlaşdırmırlar. Sadəcə, hər şeyin qaydasında olması barədə əvvəl verdikləri rəyi protokollaşdırmaqla kifayətlənirlər. Sual olunur: Bəs o zaman direktor C.Cəfərov nədən bir ildir ki, istintaq altındadır? Bu da dövlətin etibar etdiyi Hesablama Palatasının hesablaması…”
Mənbə baş verən bu və digər korrupsiya faktlarından hüquq-mühafizə orqanlarının məlumatsız olduğuna inanmır. “Bəs o zaman Əli Abbasov niyə azadlıqdadır?” – deyə sual edir.
Bu suala cavab verən olacaqmı, deyə bilmərik. Lakin indiki halda Ə.Abbasovun həbsi, nə qədər paradoksal olsa da, müəyyən qədər ədalətsizlik olar. Ə.Abbasovu həbs etmək üçün… gərək öndən Eldar Mahmudov buyursun. Hər halda MTN-də baş verənlərlə müqayisədə Rabitə nazirliyindəkı talan, cinayətlər heçnədir. Əli Abbasov Eldar Mahmudovun qurbanıdır. Ə.Abbasovun yeganə günahı MTN-in siyasi rəhbərliyə qarşı yönəlmiş gizli fəaliyyətini bilməməsi və yaxud da bilib, qorxudan susmasıdır. Bununla da o, bilərəkdən və ya bilməyərəkdən bu xəyanətin iştirakçısına çevrilib.
Bizim indi müşahidə etdiklərimizə gəlincə, büdcə talanı, “qara kassa” aylıq “paket” kimi məsələlər adi Azərbaycan reallıqlarıdır. Bunlara görə heç kimi işdən çıxarmırlar və həbs etmirlər.

Murad Məmmədov

GündəmXəbər.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmov hesabatı

    Elman Rüstəmov hesabatı ...

    10-02-2014, 12:52

  • 
  • Problemli kreditlərlə bağlı şok açıqlama

    Problemli kreditlərlə bağlı şok açıqlama ...

    14-05-2015, 13:58

  • 
  • Deputatlar baş bankirlə naziri niyə “vurdu”lar? - Təfsilat

    Deputatlar baş bankirlə naziri niyə “vurdu”lar? - ...

    29-09-2016, 20:59

  • 
  • “Kimisə həbs etmək çıxış yolu deyil”

    “Kimisə həbs etmək çıxış yolu deyil” ...

    22-01-2016, 13:01

  • 
  • Azərbaycanda 200 və 500 manatlıq dövriyyəyə buraxılır

    Azərbaycanda 200 və 500 manatlıq dövriyyəyə ...

    15-12-2012, 15:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (63)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu