GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Parlamentdə büdcə müzakirələri bitdi-hökumətə 8 gün vaxt verildi

Parlamentdə büdcə müzakirələri bitdi-hökumətə 8 gün vaxt verildi

Tarix: 9-12-2016, 15:44 Bölmə :Siyasət Baxış: 613
 Parlamentdə büdcə müzakirələri bitdi-hökumətə 8 gün vaxt verildi

Nazirlər Kabineti əlavə və təkliflərə baxıb dekabrın 16-da büdcə qanununu yenidən parlamentə təqdim edəcək

Milli Məclis 2017-ci ilin büdcə zərfi ilə bağlı müzakirələri dekabrın 8-də spiker Oqtay Əsədovun sədrliyi ilə davam etdirdi.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli dedi ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcəsi 3,4 milyard manat təşkil edir. Bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 milyon manat çoxdur. “2008-ci ildən başlayan qlobal iqtisadi böhran nə edəsən ki, bizə də gəldi, çıxdı. Amma buna baxmayaraq, Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində sosial xərclər azaldılmayıb” deyə,komitə sədri əlavə etdi. H.Rəcəbli bildirdi ki, gələn il pensiyaçıların ümumi sayı 1 milyon 320 min nəfər olacaq, bu da cari illə müqayisədə 20 min nəfər çoxdur: “Orta aylıq pensiyanın məbləği 8 faiz artırılaraq 203 manata çatdırılacaq. Vətəndaşların hər birinə işsizliyə görə müavinətin artırılacağı gözlənilir. Bu məbləğ isə 2012-ci ilə nisbətdə 3 dəfə artıq olacaq”.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov dedi ki, rəhbərlik etdiyi qurumun xərclərinin 37,4%-i və ya 1 270 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 213 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına formalaşdırılacaq. S.Müslümovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub.
Fazil Mustafa ölkədə işsizliyin sayının kifayət qədər artdığını söylədi: “Pay torpaqlarına malik vətəndaşların böyük əksəriyyəti öz torpaqlarından istifadə etmirlər. Bunlar da gizli işsizlər ordusunda yer alırlar. Tikinti sektorunda çalışanların da böyük bir hissəsi bu sırada yer almaqdadır. Ödənişsiz məzuniyyətə göndərilənlərin də böyük hissəsi işsiz qalıb”. O dedi ki, sahibkarlığın inkişafı zəruridir: “Əks təqdirdə dövlət işsizlər ordusunun problemlərini həll etməyə nail ola bilməyəcək. Bu da ölkəmiz üçün, milli təhlükəsizliyimiz üçün çox ciddi təhlükədir. İşsizlik nəticəsində kriminal sahəyə və narkomaniyaya axın kifayət qədər artıb. Ona görə də orta aylıq əmək haqqı bizi aldatmamalıdır”. Deputat ölkədəki neqativ halları da xatırlatdı: “İnhisarçılıq qalmaqdadır, Rəqabət Məcəlləsini hələ də qəbul etməməyimiz, sağlam rəqabətin olmaması problemə çevrilib”.

Qüdrət Həsənquliyev ünvanlı sosial yardımlar barədə bəzi həmkarlarının təkliflərinə etiraz edərək dedi ki, bütün sahələrdə olduğu kimi, bu qurumun işində də hansısa nöqsanlar ola bilər. Ancaq bu, yardımların ləğvi üçün əsas ola bilməz: “Rabitə Nazirliyinin işində kifayət qədər nöqsanlar aşkarlandı. Onda gəlin, Rabitə Nazirliyinin də maliyyələşməsini dayandıraq. Bu, absurd olardı. Əgər biz ünvanlı sosial yardımı da dayandırsaq, onsuz da çətin vəziyyətdə yaşayan insanların daha da stress altında yaşamasına çalışırıq”. Deputat təklif etdi ki, ehtiyac meyarı minimum yaşayış həddinə çatdırılsın: “Rayonlarda borc dəftərləri yaranıb, adamlar çalışır ki, gedib heç olmasa borclarını bağlasınlar. Biz insanlarımız üçün stress, qıcıq yaradacaq təkliflərdən uzaq olmalıyıq”.

Q.Həsənquliyev bir gün öncəki iclasda “vaxtilə hökumətə tərif deyənlər indi tənqid edirlər” deyən həmkarı Siyavuş Novruzovun iradına da ad çəkmədən reaksiya verdi: “Hökuməti tənqid də etmək, işinə tərif də demək olar. Hökumətin hansısa addımları doğru hesab olunursa, o, təqdir olunur. Əksinə, problemlər varsa, təbiin ki, tənqidi yanaşılır. Mən hökumətin hansısa addımını təqdir etmişəmsə, deməli, heç bir tənqid deməməliyəm? Özü də bu fikri səsləndirən bizim dostumuz özü də çıxışında kifayət qədər tənqidi fikirlər söyləyib”.

“Müxalifət tənqid etməlidir, hökumət müdafiə etməlidir. Amma tənqidin də forması olmaldır. Hökuməti tənqid edirsiniz, amma Səlim müəllimi müdafiə edirsiniz. Səlim müəllim də hökumətin üzvüdür”. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bu fikirləri Q.Həsənquliyevin çıxışına reaksiyasında söylədi. Ardınca o, digər deputat həmkarlarına da toxundu: “Bəzi həmkarlarımız tənqid edir, buradan çıxanda o nazirə deyir ki, ”səni nəzərdə tutmurdum, başqasını nəzərdə tuturdum". Başqa naziri də görəndə eyni sözü deyirlər. Ona görə də tənqid edəndə konkret ünvana sözünüzü deyin, ümumi şəkildə hökumətin adına tənqid söyləməyin. Kim pis işləyirsə, onun adını çəkin, sabah da münasibətinizi ona uyğun qurun".

Bəxtiyar Əliyev məmurları tənqid etdi: “Bəzən hökumət qurumları belə bir fikir səsləndirir ki, ”iş yerləri var, amma işləmək istəyən yoxdur". Təklif olunan həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır. Axı bu maaşa dolanmaq olmaz. Ona görə də hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxsınlar. İş yerləri bağlananda nədənsə ilk növbədə ixtisara düşənlər əlillər və məcburi köçkünlər olur. Bizə bu barədə şikayət ərizləri daxil olur. Biz isə müvafiq qurumlara bununla bağlı müraciət edəndə deyirlər ki, gələcəkdə bunu nəzərə alacağıq".
Qənirə Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün yaşayış minimumundan çox olması üçün artırmağa çağırdı. Q.Paşayeva dedi ki, 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Q.Paşayeva fiziki imkanları məhdud on səkkiz yaşına çatmayan əlil uşaqların aldığı 67 manat müavinətin də çox aşağı olması barədə danışdı və onun ölkə üzrə ən azı ehtiyac meyarı məbləğinə qaldırılmasının vacibliyini vurğuladı. Xanım deputat yaşa görə müavinətlərin artmasının vacibliyinə də toxundu: “Mən bu günlərdə Tovuzdan səfərdən gəlirəm. Kənddə bir pensiyaçı sakinimiz məndən soruşur ki, Qənirə xanım siz pensiyaçı ananıza kömək edirsinizmi? Deyirəm, bəli, edirəm. Deyir, amma mənim övladım sağ deyil, dünyasını dəyişib və indi onun da balalarına mən dəstək olmalıyam, bəs 67 manat müavinətlə mən nə edim? Ona görə yaşa görə müavinətlərin artmasına da böyük ehtiyac var”.

Deputat Rafael Cəbrayılov bildirdi ki, əmək pensiyalarının hesablanması ilə bağlı ciddi problemlər var, hətta bu problemlər məhkəmə çəkişmələrinə qədər gedib çıxır. R.Cəbrayılov dedi ki, pensiya alanlarla yerli qurum arasında xoşagəlməz söhbətlər gəzir: “İnsanlar məhkəmə çəkişməsində udduğu pensiya məbləğini almaqda çətinlik çəkir. Ümid edirik ki, nazirlik səviyyəsində bu məsələnin həllinə nail olunacaq”.

“Azərbaycan nefti maya dəyərindən 3 dəfə baha satılır. Əgər korrupsiya, monopoliya yığışdırılsa, həmin vəsaitin hesabına problemlərimizin həlli xeyli dərəcədə sürətlənər”. Bunu isə deputat Əli Məsimli dedi.

Rəşad Mahmudov ürək-damar xəstələrinə diqqət çəkdi: “Ötən il ölkəmizdə dünyasını dəyişənlərin 57 faizi ürək-damar xəstəlikləri səbəbindən ani olaraq həyatını itirib”. O, dedi ki, əgər 2 saat ərzində həkim müdaxiləsi olsaydı, həmin insanların 10-15 min nəfərini xilas etmək mümkün olardı: “İnfarkt nəticəsində xəstəxanaya düşən insanların 10-15 faizi birinci qrup əlilə dönürlər. 10-15 min insanın bir il içərisində dünyadan köçməməsi, həmçinin əlil olmaması, dövlətə, ailələrə əlavə xərc gətirməməsi üçün imkanlar var. Azərbaycan səhiyyəsində bu problemi aradan qaldırmaq üçün imkanlar var”. R.Mahmudov bununla bağlı təkliflərini səsləndirdi.

Spiker dedi ki, Səhiyyə və Maliyyə nazirlikləri ilə danışıb, bu istiqamətdə hansısa addım atmaq olar.

Zahid Oruc eyni məkanda yaşamasını doğru saymamaqla yanaşı, onların işlə təmin olunmasını cəmiyyətə inteqrasiya üçün vacib sayıb: “Şəhid ailələrinə 220 manat təqaüd verilir. Qarabağ müharibəsi iştirakçıları ilə bağlı rəqəm 95 mindir. Bu rəqəmin bir hissəsi saxtadır, bu, bəllidir. Hər hansı səbəbdən belə olub. 95 min insan vuruşsaydı, müharibədə uduzmazdıq, bu, dəqiqdir. Amma bu insanların durumu ilə bağlı addımların atılmasına ehtiyac var”. Z. Oruc şəhid ailələrinə verilən müavinətlərin ailə üzvləri arasında bölünməsi ilə bağlı da narahatlığını ifadə etdi:

“Şəhid ailələrinə 220 manat müavinət verilir. Bu vəsait qayınata, qayınana və şəhidin həyat yoldaşı arasında bölünür. Bununla da, şəhid ailəsinə düşən vəsait azalır. Təklif edirəm ki, bu vəsait şəhidin həyat yoldaşına verilsin”.

2017-ci il üçün Milli Məclisin saxlanma xərcləri 13% artırılır. Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev bunu parlamentin plenar iclasında parlamentin 2017-ci il xərclər smetası layihəsi barədə danışarkən dedi.

F.Hacıyev bildirdi ki, MM və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur. F.Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: “Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir”.

“Dedin ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni artım yoxdur”.

Bunu isə spiker Oqtay Əsədov F.Hacıyevin dediklərinə reaksiyası zamanı söylədi. O bildirdi ki, həqiqətən keçən illər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini aşağı salıb: “Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Bizdə də ən çox dövlət təşkilatları içərisində xaricə ezamiyyətə gedənlər parlament nümayəndə heyətləridir. Bu ildən artıq iki parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Avronest Parlament Assambleyası və Avropa Parlamenti ilə də əməkdaşlıq təşkilatları yenidən işə başlayacaq. Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm. Ezamiyyə xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə də dekabrın 16-da bu məsələlələr hökumətin diqqət mərkəzində olsun”.

Bundan sonra spiker büdcə zərfi ilə bağlı müzakirələri bitirdi və hökumətə vaxt verdi. Nazirlər Kabineti əlavə və təkliflərə baxıb 16 dekabrda büdcə qanununu yenidən parlamentə təqdim edəcək.

Elşad PAŞASOY
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gələn ilin büdcəsi açıqlandı  hərbi xərclər cəmi 1 milyard dollar oldu

    Gələn ilin büdcəsi açıqlandı hərbi xərclər cəmi 1 ...

    29-09-2016, 20:57

  • 
  • Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

    Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən ...

    12-11-2013, 13:32

  • 
  • Parlament 2014-cü ilin büdcəsini qəbul etdi

    Parlament 2014-cü ilin büdcəsini qəbul etdi ...

    22-11-2013, 12:42

  • 
  • Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən çıxırıq

    Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən ...

    12-11-2013, 13:20

  • 
  • Nazirdən bədbin proqnozlar: “Azalacaq...”

    Nazirdən bədbin proqnozlar: “Azalacaq...” ...

    13-10-2015, 13:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu