Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanununun layihəsi müzakirə edilib.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat olacaq
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, 2 ildir büdcədə sosial müdafiəyə ayrılan maliyyə azalmır, əksinə bəzi sahələrdə hətta artım hiss edilir. 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək: “Bu məbləğ 2016-cı ilin büdcəsindən 100 milyon manat çoxdur. Gələn il Fondun vəsaiti heasabına görə vətəndaşlara işsizliyə görə verilən müavinətlər artırılacaq. Komitədə bu məsələlər müzakirə edildi. Müzakirələr zamanı əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov büdcə haqqında geniş məlumat verdi. Qlobal böhran şəraitində deputatlar sənədi müdafiə etdi. Hörmətli deputatlar, sizdən xahiş edirəm ki, sənədə səs verəsiniz”.
Spiker Səlim Müslümovu nazir deyil, fond sədri kimi təqdim edib
Milli Məclisdə müzakirələr davam edərkən maraqlı hadisə yaşanıb. Əmək və Əhalisinin Sosial Müdafiə naziri Səlim Müslümov “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanununun layihəsinin təqdim edərkən spiker Oqtay Əsədov naziri Dövlət Sosial Müdafiə Fondunun sədri kimi təqdim edib. Nazir çıxışını bitirdikdən sonra Oqtay Əsədov bu məsələyə yenidən toxunub: “On iki ildir ki, biz burada Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə edən zaman fondun sədri büdcəni təqdim edir. Yeri gəlmişkən, mən fondun yeni təyin edilən sədri Zakir Babayevi təbrik edirəm”. Nazir: “Pensiya xərcləri bu illə müqayisədə 2,5 faiz manat artacaq”
Nazir: “Pensiyalarının ödənilməsinə 3 213,82 milyon manat ayrılması nəzərdə tutulub”
Nazir Səlim Müslümov “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi”ni parlamentə təqdim edib. Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 milyon manat proqnozlaşdırılır. Fondun xərclərinin 37,4 faizi və ya 1 270,0 milyon manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6 faizi və ya 2130,0 milyon manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 milyon manat ayrılması nəzərdə tutulub. Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5 faiz və yaxud 77,72 milyon manat artacaq. Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər xərclər 1,5 faiz və yaxud 1,55 milyon manat artırılaraq 104,4 milyon manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7 faiz və yaxud 600 min manat artırılaraq 22,6 milyon manata, hamiləliyə və doğuşa görə xərclər 2,2 faiz və yaxud 600 min manat artırılaraq 28,1 milyon manata, uşağın anadan olmasına görə xərclər 7,5 faiz və yaxud 580 min manat azaldılaraq 7,2 milyon manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3 faiz və yaxud 300 min manat artırılaraq 13,4 milyon manata, dəfn üçün xərclər 9,9 faiz və yaxud 1,7 milyon manat azaldılaraq 15,5 milyon manata, işsizliyə görə xərclər isə 15,3 faiz və yaxud 2,33 milyon manat artırılaraq 17,6 milyon manata çatdırılıb.
Qüdrət Həsənquliyev: “Artıq insanlar unu da kilo ilə alırlar”
Deputat Qüdrət Həsənquliyev çıxışı zamanı deyib ki, Azərbaycanda ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılmalıdır: “Rayonlardakı market və mağazalarda insaların borc dəftərləri yaranıb. Artıq insanlar unu da kilo ilə alırlar. Heç olmasa elə edək ki, insanlar kəndlərdəki borc dəftərlərini bağlasınlar. Ünvanlı sosial yardımların dayandırılması ilə bağlı təkliflər verməklə insanları qıcıqlandırırıq. Burada ünvanlı sosial yardımların kəsilməsi ilə bağlı təkliflər verməklə insanları qıcıqlandırıb stress altında saxlayırıq”. Deputat qeyd edib ki, ötən il Rabitə və Yüksək Texnologiyaları Nazirliyində neqativ hallar aşkarlanıb: “O zaman gəlin bu nazirliyə maliyyələşməni də dayandıraq. Axı belə mənqit olmaz! Bu cür çıxışlarla, ünvanlı sosial yardımların dayandırılması ilə bağlı fikirlər səsləndirməklə insanlara mənfi psixoloji durumda qoyuruq. İş yeirlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq”. Q.Həsənquliyev Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun onun haqqında söylədiyi ittihamlara da cavab verib: “Deyirlər ki, hökuməti əvəllər tənqid edənlər niyə indi tərifləyirlər? Mən nə zamansa hökumətin hansısa addımlarını müsbət hesab edib tərifləmişəm və nə zamansa hansısa addımlarını mənfi hesab edib tənqid etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Bütün dünyanın gözü dünya parlamentlərindədir.
Siyavuş Novruzov: “Tənqidlər konkret ünvana olsun”
Komitə sədri Siyavuş Novruzov isə deyib ki, YAP hakim partiyadır və bu partiyanın deputatları hökuməti müdafiə etməlidir: “Əlbəttə, tənqidlərdə olur və biz bunu görürük. Mən deyirəm ki, tənqid edəndə konkret ünvanı göstərin. Başqa nazirliyi tənqid edib, Səlim Müslümovu tərifləmək düzgün deyil. Çünki bunların hamısı hökumətin üzvləridir. Odur ki, tənqidlər konkret ünvana olmalıdır. Ümumi danışanda hər kəs deyir ki, məni nəzərdə tutmur. Ancaq konkret ünvana danışılsa həmin sahədə irəliləyiş əldə olunar”.
Deputat: “Çətin iqtisadi dövrdə iş tapa bilməyənlərə kömək etmək lazlmdır”
Deputat Rəfail Cəbrayılov isə bildirib ki, sosial siyasətin ölkədə əsas prioritet sahədir: “Hesab edirəm ki, işsizliyə görə icbari tibbi sığortanın tez həyata keçirilməlidir. Ölkəmizdə son illər ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər var. Bildiyiniz kimi ölkədə ünvanlı sosial yardımların verilməsi üçün meyar 116 manat götürülüb və bu yardım əmək qabiliyyətli insanlara verilmir. Bu, düzgündür. Lakin işsizliklə bağlı problemləri nəzərə alsaq, çətin iqtisadi dövrdə iş tapa bilməyənlərə kömək etmək olar. Elə ailələr var ki, onların evlərinə əmək haqqı qismində gəlir daxil olmur və onlar iş tapa bilmirlər. Belə insanlara müvəqqəti kömək etmək lazımdır. Şərti də olsa belə şəxslərə ünvanlı sosial yardım verilə bilər”. Deputat R. Cəbrayılov daha sonra deyib ki, əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlər var: “Bu halların aradan qaldırılması vacibdir. Pensiya alanlarla müvafiq qurumlar arasında pensiyaların hesablanması ilə bağlı xoşəgəlməz hallar olur. Həttap bu problemlər məhkəmə çəkişmələrinə də gətirib çıxarır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların icrasəı zamanı problemlər yaranır və ya məhkəmə qərarları icra edilmir. Hesab edirəm ki, nazirlik bununla bağlı məsələləri ciddi nəzarət də saxlamalı və məhkəmə qərarlarının yerinə yetirilməsinə diqqət edilməlidir”. İş yerlərinin olması və insanların işləmək istəməməsi haqda deyilənlər yalandır
Bəxtiyar Əliyev: “İş yerlərinin olması və insanların burada işləmək istəməməsi haqda deyilənlər həqiqətə uyğun deyi”
Deputat Bəxtiyar Əliyev çıxışı zamanı deyib ki, bəzən hökumət qurumları belə bir fikir səsələndirir ki, “iş yerləri var, amma işləmək istəyən yoxdur: “Ancaq təklif edilən həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır. Odur ki, aidiyyatı dövlət qurumlarının iş yerlərinin olması və işləmək istəmirlər barədə deyilən fikirlərir həqiqətə uyğun deyil. “Demək ki, “iş yeri var, amma işləmək istəmirlər” ifadəsi düz deyil. Axı bu maaşa dolanmaq olmaz. Ona görə də hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxsınlar. İş yerləri bağlananda nədənsə ilk növbədə ixtisara düşənlər əlillər və məcburi köçkünlər olurlar. Bizə bu barədə şikayət ərizləri daxil olur. Biz isə müvafiq qurumlara bununla bağlı müraciət edəndə deyirlər ki, gələcəkdə bunu nəzərə alacağıq”. Deputat deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriylyi bu məsələ ilə bağlı müəyyən araşdırma aparıb, iş yerləri və oradakı maaşla bağlı hökumətə təklif verə bilər.
Cənab Baş nazir, ayırdığınız o milyonların 10 il keçməsinə baxmayaraq, hələ də hara xərcləndiyi açıqlanmayıb
Deputat daha sonra deyib ki, vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla kompensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi də nəzərdə tutulmuşdu. Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait hansısa şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, o şirkətlər hələ də bu mənzilləri tikib insanlara verməyib. Ona görə də mən Baş nazirə burada müraciət edirəm: Cənab Baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların 10 il keçməsinə baxmayaraq, hələ də hara xərcləndiyi açıqlanmayıb və bu istiqamətdə işlər görülməyib. Bunun araşdırılmasına göstəriş verin. Nədənsə bu məsələ indiyə kimi öz həllini tapa bilmir”. Spiker Oqtay Əsədov isə deyib ki, deputat B. Əliyev 2002-ci ildə deputatlar üçün tikilən mənzillərdən danışır? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanın tikintisini başa çatdırırlar. Bina başa çatanda kimin ki orada mənzili var, onu da alacaqlar. Orada problem olmayıb”. Gələn il üçün yaşayış minimumu 14% və ya 19% manat artırılır. Modern.az-ın xəbərinə görə, bunu Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında deyib.
Milli Məclisin saxlanma xərcləri 13 faiz artırılır
Daha sonra Milli Məclisin və onun aparatının saxlanılması ilə bağlı 2017-ci ilin xərclər smetası müzakirə edilib. Mİlli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev bildirib ki, xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 milyon 89 min 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur. Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və deputatların xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyətlərin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyət xərcləri üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir. Parlamentə ictimai iaşə vəziyyətinin yaxşılaşdırlması məqsədi ilə yeni yeməkxana tikilir və növbəti ilə başa çatacaq”.
Oqtay Əsədov: “Bu artım işıq puluna çatmayacaq”
Spiker O. Əsədov isə deyib ki, 394 min manat heç parlamentin işıq puluna çaymayacaq: “Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni elə də artım yoxdur. Keçən illlər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyət xərclərini aşağı salıb. Ezamiyyət xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Bizdə də ən çox dövlət təşkilatları içərisində xaricə ezamiyyətə gedənlər parlament nümayəndə heyətləridir. Bu ildən artıq iki dənə saxladığımız parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm. Ezamiyyət xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə də dekabrın 16-da bu məsələlələr hökumətin diqqət mərkəzində olsun”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?