GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ölkədən çıxarılan milyonlar…

Ölkədən çıxarılan milyonlar…

Tarix: 15-01-2017, 20:15 Bölmə :Siyasət Baxış: 1 470
Ölkədən çıxarılan milyonlar…

MAHMUDOVUN ƏMİSİ OĞLUNUN OFİSİNDƏ GÖRÜŞ

Nəhəng şirkətin sahibləri arasında yaranan problemlər onları “MTN çetesi”nin yuvasına aparıb. Şəriklərin bir-birindən şikayətindən istifadə edən maskalılar hər iki tərəfin “dərisini soyub”. Əvvəlki epizodlarda olduğu kimi təkcə pullarını almayıblar. Hətta şirkətin bir hissəsini özəlləşdirməyə çalışıblar.
“MTN mafiyası”nın zərərçəkmişlərindən biri də “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovdur. Şirkət 1996-ci ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub.
Zərərçəkmiş Həsənov istintaqa ifadəsində deyib ki, sonradan Səhrab Allahverdiyevlə şərik olub və şirkətin 50%-ni ona satıb.
Onun sözlərinə görə, MMC-nin bank hesabı son 5-6 ildə Beynəlxalq Bankın “Qaradağ” filialında olub. MMC-nin əsasnaməsinə görə, bütün bank əməliyyatları yalnız onun imzası ilə həyata keçirilib. A.Həsənovun şikayətindən görünür ki, onun MTN-lə problemləri şəriki Səhrab Allahverdiyevlə bağlı yaranan şübhələri ilə başlayıb.
Offşor şirkətlərə köçürülən milyonlar
Sahibkar ifadəsində deyib: “Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dollar məbləğində pulu Estoniya və Latviyadakı banklara, offşor şirkətlərin hesablarına köçürüb. İngiltərənin offşor zonasında “Techmarin AS LTD” adlı şirkət təsis edib. Şirkətimin adındakı oxşarlıqdan istifadə edib, sifarişçilərlə iş görüb. Digər qanunsuz əməllərlə Səhrab Allahverdiyevin şirkətə 6 milyon 200 min dollar ziyan vurması sənədlərlə təsdiq olundu. Həmin sənədləri istintaqa da təqdim etmişəm”.
Şərikinin əməllərindən MTN-ə şikayət edərək milyonlarını geri almaq istəyən A.Həsənov özü maskalıların qurbanı olub. Belə ki, A.Həsənov bildirib ki, S.Allahverdiyevdən pulunu tələb edəndə hədələnib: “Səhrab məni və oğlumu tutduracağını dedi. 2014-cü ilin dekabr ayında “Neftmaşınqayırma” MMC-nin direktoru, tanışım Asif Bədəlovla görüşəndə MTN-də əlaqələrinin olduğunu dedi. Asif dedi ki, bu barədə MTN generalı Fizuli Əliyevə müraciət edim. Sonradan başıma gələnlərdə Asif Bədəlovun iştirakının və rolunun nədən ibarət olduğunu dəqiq bilmirəm. Asiflə yaxın dostluq münasibətimiz də olmayıb. Onun Fizuli Əliyevlə nə kimi əlaqələrinin olduğunu deyə bilmərəm. 2015-ci ilin yanvar ayının əvvəlində Asif məni MTN-nin yaxınlığındakı “Sultan” kafesinə çağırdı. Ora gedəndə Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov və Asif Bədəlovu gördüm. Onlara Səhrabın cinayət əməlləri barədə məlumat verdim, sənədləri təqdim etdim. Yanvarın ortalarında Zaur Məmmədov zəng edib, Fizuli Əliyevin “Sultan” kafesində məni gözlədiyini dedi”.
Dostun dərd gətirən məsləhəti…
Sahibkar bu görüşə gedəndə gözlədiklərinin əksi ilə qarşılaşıb. Onun sözlərinə görə, Fizuli Əliyev çatan kimi ona “Bütün günah səndədir, səni də, oğlunu da tutacağıq. Sabaha qədər 400 min pul gətir” deyib: “Bu görüşdən bir neçə gün sonra şirkətin ofisinə Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov, Akif Əliyev və bir neçə MTN əməkdaşları gəldilər. Ofisdə oğlum Həsən, Səhrab, baş mühasib Mətanət Allahverdiyeva və digər işçilər var idi. Baş mühasibin kompüterini, MMC-nin çek kitabçasını və digər maliyyə sənədlərini götürdülər. Müşahidə kamerasını da apardılar. Oğlumu, Səhrab Allahverdiyevi və məni MTN-ə apardılar. Gecə saat 11-də onları buraxdılar. Mən orada qaldım. Fizuli Əliyevin hərəkətlərindən və dediklərindən başa düşdüm ki, onlar Səhrab Allahverdiyevi müdafiə edirlər.
Mənəvi olaraq çox böyük təzyiq gördüm. Sonra pul tələb edildi. İstənilən 400 mini evdən götürərək “Sultan” kafesində Fizuli Əliyevə verdim. Orada Fizuli Əliyev dedi ki, “Bankda nə qədər pulun var?” Beynəlxalq Bankın “Qaradağ” filialındakı depozit hesabımda 100 min manat, “Azəriqazbank”da da həyat yoldaşımın adına 100 min dollar olduğunu dedim. Fizuli Əliyev “Gözlə burda, gələcəklər onlarla danışarsan” deyib kafedən getdi. 15-20 dəqiqədən sonra Akif Əliyev gəldi. Bankdan pulları çıxarıb ona verməyimi tələb etdi. Etiraz etdim. Səhər oğlumla MTN-ə gəlməyimi istədi”.
“Qurban” maskalılar arsında əl dəyişir
MTN generalı Fuzli Əliyevdən sonra Arif Əliyevin caynağına keçən sahibkardan ofisi və 130 min manat tələb olunub: “Akif Əliyev şirkətin balansında olan ofisi Səhrab Allahverdiyevə verməyimi, əlavə olaraq isə ona 130 min ödəməyimi istədi. Bundan sonra Akif Əliyevin dediyi ilə razılaşıb və istənilən məbləği və ofisi onlara verdim”.
Sahibkar deyir ki, bundan sonra da MTN-nin təzyiqləri dayanmayıb: “MMC-nin əsas fəaliyyəti ilə məşğul olmasına imkan vermədilər. Müqavilə bağladığımız sifarişçiləri MTN-ə çağırıb bizimlə işləməməyi tapşırırdılar. Əvvəllər şirkətimiz “Topaz Marine” şirkəti ilə əməkdaşlıq edirdi. Sonradan onlar Səhrab Allahverdiyevin “Delta ASM” şirkəti ilə işləməyə başladılar”.
Eldar Mahmudovun əmisi oğlu…
Şahid qismində “Qaradağ maşınqayırma” ASC-nin idarə heyətinin sədri Asif Bədəlov da ifadə verib. A.Bədələov ifadəsində göstərib ki, Səbail Rayon Polis İdarəsinin rəisi olmuş İlqar Mahmudovla (İ.Mahmudov Eldar Mahmudovun əmisi oğludur. Sabiq nazir postunu itirdikdən sonra o da işdən azad edilib) uzun müddət şəxsi münasibətləri olub: “2014-cü ilin sonunda İlqar Mahmudovun otağında öz işimlə bağlı görüşmüşdük. MTN əməkdaşı Fizuli Əliyevlə də orada tanış oldum. 10-15 dəqiqə bir otaqda oturub ümumi söhbətlər etdik. Mən Fizuli Əliyevə öz telefon nömrəmi verdim, o da mənə. Həmin dövrdə Arif Həsənovla da tanış olub müəyyən bir iş görmək istədim. Bir neçə dəfə görüşdük. Aramızda dostluq münasibətləri yarandı. Bir-iki dəfə onun bikef olduğunu görüb səbəbini soruşdum. Şəriki ilə müəyyən maliyyə problemlərinin olduğu barədə qısa danışdıq. Mən də şərikinin qanunsuz fəaliyyəti ilə bağlı MTN-ə müraciət etməsini, Fizuli Əliyevin ona kömək edə biləcəyini dedim. Mən Fizuli Əliyevə zəng elədim. Birlikdə “Sultan” kafesində görüşüb danışdıq. Sonra onlar mənim iştirakım olmadan görüblər. 2015-ci ilin yanvar ayında Arif Həsənovla əlaqəm kəsildiyindən sonra baş verənlərdən xəbərim yoxdur”.
Şərikin xilas planı
Zərərçəkmiş qismində “Techmarine LTD” MMC-nin baş texniki meneceri, Arif Həsənovun oğlu Həsən Həsənov da tanınıb. O da istintaqa atası kimi eyni məzmunda ifadə verib. Və əlavə edib ki, MTN-də baş verən həbslərdən sonra şərikləri Səhrab Allahverdiyev onu öz ofisinə dəvət edib. Həsən Həsənov deyib ki, S.Allahverdiyev onlarla barışıq istəsə də razılaşmayıb.
Şahid qismində “Techmarine LTD” MMC-də 50 faiz pay sahibi olmuş Səhrab Allahverdiyev də ifadə verib. O, uzun müddət Xəzər Gəmiçiliyində baş mühəndis vəzifəsində işlədiyini orada Arif Həsənovla tanış olduqdan sonra 8 təsisçi ilə “Techmarine LTD” MMC-ni təsis etdiklərini deyib.
Uzun müddət şirkətdə işlərin yaxşı getdiyini, Arif Həsənovla heç bir problemlərinin olmadığını deyən S.Allahverdiyev şəriki ilə münasibətlərinin korlanmasında onun oğlu Həsən Həsənovu günahkar kimi göstərib. O, deyib ki, 2013-cü ildə heç bir əsas olmadan şirkətin müdiri Arif Həsənovun oğlu Həsən Həsənov bəzi hərəkətləri ilə onların arasındakı münasibətləri pisləşdirib.
İstintaqda məlum olub ki, ilk şikayəti S.Allahverdiyev Arif Həsənovdan edib. Belə ki, S.Allahverdiyev Hərbi Prokurorluğa müraciət edərək Arif Həsənovu maliyyə fırıldaqları etməkdə günahlandırıb. S.Allahverdiyev də MTN-nin zərərçəkmişi olduğunu deyir. Onun sözlərinə görə, 2015-ci il yanvarın 16-da tanımadığı nömrədən zəng gəlib və özünü MTN əməkdaşı kimi təqdim edən Fizuli Əliyev onu nazirliyə çağırıb.
MTN-ə gələrkən Fizuli Əliyev ona deyib ki, Arif Həsənov ondan şikayətçidir. S.Allahverdiyev MTN-də olarkən ona qarşı irəli sürülən ittihamları rədd edib. O, həmçinin keçmiş şəriki Arif Həsənovla üzləşdirilib. Üzləşmə zamanı tərəflər bir-birini günahlandırıb.
Şərikin MTN-lə əlaqələri
S.Allahverdiyev ifadəsində deyib ki, Fizuli Əliyev ona hədə-qorxu gələrək telefon danışıqlarının bir aydan çoxdur, dinlənildiyini və şirkətin külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini söyləyib.
Ardınca da S.Allahverdiyevdən 1 milyon manat tələb edilib: “Bu qədər pulumun olmadığını dedim. Sonra 500 min istədi. Yenə də razı olmadım. Fizuli Əliyev Arif Həsənovdan 200 min aldıığını məndən isə 500 min alacağını söylədi. Bir müddət sonra yenidən MTN-ə çağırıldım və Fizuli Əliyev Arif Həsənovdan ayrılmağımı tələb etdi. Mən də razılaşdım. Sonra MTN əməkdaşı Akif Əliyev zəng edərək MMC-nin fəaliyyətinin nədən ibarət olduğunu soruşdu”.
S.Allahverdiyev istintaqda etiraf edib ki, MTN əməkdaşı olan Arif Əliyevlə görüşərkən şirkətdə aparılan audit yoxlamasının nəticələrinin Arif Həsənovun xeyrinə olmasına imkan verməməsini xahiş edib. Tez-tez MTN əməkdaları ilə görüşməsini etiraf edən S.Allahverdiyev hər dəfəsində “Techmarine LTD” MMC-nin fəaliyyəti ilə bağlı onları məlumatlandırdığını söyləyib. Şirkətin əmlakının bölüşdürülməsi təklifini Fizuli Əliyevdən aldığını deyən S.Allahverdiyev bununla razılaşıb.
Adı bu epizodda çəkilən MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş idarənin 2-ci idarəsinin sabiq rəisi Akif Əliyev də dindirilib. O, rəisi Akif Çovdarovdan şirkətlə bağlı nazirliyə şikayət daxil olması haqda məlumat aldığını, bu işi digər MTN zabitləri Fizuli Əliyev və Natiq Alıyevin araşdırdığını deyərək, sahibkarların incidilməsi və baş verən proseslərdən xəbərinin olmadığını qeyd edib.
Bu epizodla bağlı diqqəti çəkən bir məqam da istintaqın şəriklərdən S.Allahverdiyevlə bağlı gəldiyi nəticədir. Belə ki, istintaq S.Allahverdiyevin MTN zabitləri ilə əlbir olmasını istisna etmir və onun əməllərinə də hüquqi qiymət veriləcəyi bildirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN-nin həbsdə olan mayoru sirlər açır

    MTN-nin həbsdə olan mayoru sirlər açır ...

    9-12-2016, 15:49

  • 
  • MASKALILAR ŞÖBƏ MÜDİRİNİ EVİNDƏN APARIB – 300 min dollarını aldılar

    MASKALILAR ŞÖBƏ MÜDİRİNİ EVİNDƏN APARIB – 300 min ...

    5-01-2017, 12:53

  • 
  • Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

    Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 ...

    5-01-2017, 20:49

  • 
  • “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib”

    “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib” ...

    28-11-2016, 21:17

  • 
  • “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib”

    “Eşitdim ki, ofisə MTN əməkdaşları gəlib” ...

    23-11-2016, 14:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (351)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu