Baxıram ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı son bəyanatı ətrafında sosial şəbəkələrdə qızğın müzakirələr gedir.
Əziz dostlar, Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatında da ədalətli mövqe gözləyək. Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır. Hamınızın bildiyi həqiqəti bir az daha açıq yazım.
Ermənistan Azərbaycan torpaqlarını o zamanlar məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal etmişdi. Lavrova gəlincə yadımdadır televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular... Qarabağla bağlı o müzakirələrdən gəlib elə həmin kadrı vermişdim və altına da şərhsiz deyə yazmışdım...
İşğal altında olan torpaqlarımıza gəlincə. Onu azad etmək üçün biz sadəcə öz gücümüzə arxalanmalıyıq. Yanımızda isə sadəcə Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur, amma çətin günün dostu-qardaşı kimdir onu da hamımız bilirik.
P.S Aprel döyüşləri deyəsən Lavrovu yaman narahat edib...
P.S Bir də mətbuat konfransını tam izləməmişəm. Jurnalistlərdən kimsə Lavrovdan soruşmayıb sizin hərbi qüvvələrinizin Krımda nə işi var deyə?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?