Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişlidə "müvəqqəti məskunlaşan" Regional Nəzarət İdarəsinin rəhbəri, bir az əvvəl adı MTN-nin həbsdə olan şəbəkəsinın toruna düşməkdə hallanan Saleh Səmədov yaşadığı rayonda yeni narazılıqlara yol açıb.
AMİP İmişli rayon təşkilatının sədri Tapdıq Həsənovun sözlərinə görə, Saleh Səmədov "İmişli iqtidarı"nda "barıt çəlləyi” yaradıb:
"Onun rəhbərlik etdiyi qurum əvvəllər Sabirabadda yerləşib. Saleh Səmədov KİV-lərdən birinə müsahibə verərkən bildirmişdi ki, "Mən, idarəni öz rayonuma gətirmək üçün çox çalışdım və istəyimə nail oldum. Ona görə belə etdim ki, idarənin kadrları İmişlidən olsun".
Baxın, belə bir adam indi İmişlinin sahibi kimi davranır. Onun sözlərindən belə çıxır ki, Sabirabad Türkmənistan və ya Tacikistan Respublikasının kurasiyasındadır. Öz nizamnaməsinə əsasən, fəlaaaiyyət göstərməli olan Saleh Səmədovsa, buraxdığı bu səhvə əhəmiyyət vermədən, İmişlidə sahibi olduğu "Kral” şadlıq sarayı, spirt və sok zavodları, fermalarına əlavə qaz və elektrik xətti çəkməklə yanaşı, sayğaclara da müdaxilə edir. Elə buna görə də bir neçə ay əvvəl 100 minə yaxın cərimə edilsə də, yenə özünə qoyulmadı".
Tapdıq Həsənovun sözlərinə görə, bu azmış kimi, ona məxsus olan zavodların tullantıları rayonda böyük bir bəlaya yol açıb:
"İmişlilər spirt və sok zavodlarında təmizləyici qurğular olmamaması və texnologiyanın düzgün tətbiq edilməməsindən rayonu bürümüş pis qoxudan ölkə prezidentinə, müvafiq nazirliklərə və KİV-lərə şikayətlər etsələr də, nəticəsi olmayıb. Bəli, imişlilər indi də nəcis iyi ilə hava almağa məcbur edilmişlər. Bu pis qoxunu təmizəməyə təbiətin gücü çatmırsa, məmurlar və aidiyyatı nazirlər səlahiyyətlərindən lazımınca istifadə edə bilmirlərsə, sadə vətəndaş neynəməlidir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı mütəxəssisi İcra Hakimiyyətinin və ağsaqqallarla təşkil edilmiş müşavirədə məsələnin həlli yolların göstərmiş və çirkli suyu 40 km truba ilə hansısa kollektora tökülməsini qeyd etmişdir. Lakin verilən tapşırıq elə oradaca qalmışdır".
Saleh Səmədovun bir neçə il əvvələ qaədər rayonda icra başçısının müavini də olduğunu xatırladan T.Həsənov deyir ki, o, digər müavinə fiziki güc tətbiq etdiyi üçün işindən uzaqlaşdırılıb:
"Saleh Səmədov bütün seçkilərdə seçkilərə də müdaxilə etməklə də məşhurdur. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində idarəsinin 6 nəfər işçilərini, hətta katibəsinin də İmişli Bələdiyyəsinə üzv seçilməsinə nail olmuşdur. Bələdiyyə sədri seçdirməyə nail olmuş kadrı İftixar Əliyev 2014-cü ilin Bələdiyyə seçkilərində Qaradağ rayonunun 26 saylı seçki dairəsində səs verməli olduğu halda, 59 saylı İmişli ikinci seçki dairəsindən adı çıxıb. Bu isə, yəni seçicilər siyahısında qeydiyyatda olmaması faktı da məntəqə rəhbərliyinin "diqqətindən” yayınmışdır. Çünki məntəqə sədri Saleh Səmədovun yaxın olmuş şəxs, əslində, Bakı şəhərində qeydiyyatda olan İftixar Əliyev ən çox səs yığılmasına kömək etməli idi. İftixar Əliyev yaxın qohumu Salehin tövsiyyəsi ilə bələdiyyənin balansında olan otaqlardan çıxaraq, onun idarəsinin digər otaqlarına köçürməsi və balansında olmayan otaqları təmir etdirməsi "oyunlar" idi.
Qeyd etməliyəm ki, Bakı şəhərində qeydiyyatda olan İftixar Əliyevə 2014-cü ilin may ayında onu İmişlidə pasport qeydiyyata götürülməsi əvvəlcədən hazırlanmış ciddi plan idi".
T.Həsənovun szölərinə görə, hal-hazırda bələdiyyə üzvləri İftixarın vəzifədən kənarlaşması üçün qərar qəbul ediblər: "Ancaq o, Salehin diktəsi ilə məhkəmədə iddia qaldırıb. Bu da bələdiyyəni də dərinləşən narazılığı daha da alovlandırıb. Çox maraqlıdır ki, icra başçısının rayonda olmadığını bilərək, İftixar belə bir məqamda fürsətdən istifadə edərək, 4 ədəd şam ağacını da kəsdirməyə nail olub. Bu oyunun nə üçün və kim tərəfindən qurulduğunu soruşduqda İftixar deyib ki, ağsaqqalın göstərişidir, yəni Saleh Səmədovun.
Saleh Səmədova yaxın kadrlardan olan Adil Kərimovun rayonun Nərimanov küçəsində "yaşıl soyqırım” həyata keçirilməsi də ciddi siqnal sayıla bilər. Otuz iki kənd icra nümayəndəsi Adil Kərimovun bu "yaşıl soyqırım”ı həyata keçirməsi icra başçısı Vilyam Hacyevin məzuniyyətə çıxdğı dövrdə həyata keçirildi. V.Hacıyev təcili şəhər nümayəndəsi Məmi Atakişiyevə zəng edib, ölçü götürülməsini tələb etsə də, buna nail ola bilməyib. Belə ki, Atakişiyev küçəyə gəlsə də, Kərimovla əlbyaxa olub. Onu dayandıra bilməyən M.Atakişiyev rədd cavabı aldıqda 7 saylı İmişli regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 2014-cü ilin sentyabrında məktubla müraciət edir. Məktubdan sitat: "Adil Kərimov Saleh Səmədovun dəstəyi ilə Nərimanov küçəsində yüzlərlə ağacı kəsdirib satmışdır”. Onun məktubu vaxtında qiymətləndirilsə idi, cərimə məbləği 200 min manat təşkil edərdi.
Lakin Məmi Atakişiyev Saleh Səmədovla üz-üzə qalmaqdan qorxaraq məktubu geri götürdü. Birinci məktubun surəti bizdədir.
Onu da qeyd edək ki, ekoloqların rəhbərliyi də Səmədovun yaxın dostudur və onu spirt zavodunun ekologiyanı pozması, yaşıl soyqırım və s. neqativ əməllərini həmişə ört-basdır ediblər. Bundan başqa, Saleh Səmədov rayona təsir gücü olan bəzi şəxsləri də ələ ala bilib. Məsələn, o, deputat Qasımov, eyni zamanda 17 hektar örüş yerini hansısa yolla ələ keçirən və orada mal bazarı yaradan Yasəf Hüseynov və digər tikinti "kral”ları ilə də birgə rayon "əsarət"lərinə alıblar...".
P.S. AMİP rayon təşkilatının sədrinin məktubunda diqqətçəkən bir məqamda var. Maraqlıdır, görəsən Saleh Səmədovun bu qədər əməl və hərəkətlərinə rayonun icra başçısı niyə dözüm göstərib? Niyə baş verənlərə müdaxilə etməyib və ya etmir?
Hər halda bu və ya digər məqamların araşdırılması da bəzi qaranlıq mətləblərə işıq sala bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?