GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İmişlidə ac qılınca çapır!

İmişlidə ac qılınca çapır!

Tarix: 9-02-2017, 21:37 Bölmə :Siyasət Baxış: 705
İmişlidə ac qılınca çapır!

Sərdar Cəlaloğlu: “İstənilən yaxşı istənilən pisə xidmət edə bilər, amma heç bir pis heç bir halda yaxşıya xidmət edə bilməz”

02 aprel 2017-ci il tarixdə İmişli RİH-nin başçısı Vilyam Hacıyevin illik hesabat yığıncağı, Heydər Əliyev adına Mərkəzdə keçirildi. Həmin gün RİH başçısının qəbul günü olduğuna görə, Otuziki kəndindən şikayətə gələnlərlə bərabər, digər şikayətçilər də qəmgin görünürdülər, bir sözlə əsəbi idilər.
RİH başçısının qarşısına ilk gələn iş adamları qar yağdığına görə “inomarka” avtomobillərini də, şəraitə uyğun 200 min dollarlıq hündür miniklərdə Əvəz Şükürov, Şükür Aslanov, deputatlar Əsabil Qasımov, Çingiz Qənizadə gəldilər və başçının qəbuluna keçdilər. Ümumiyyətlə, bu ölkədə iş adamı-anlayışı yoxdur. Kimlər kimlərəsə söykənib özlərini kapitalist kimi öyürlər, aşağı təbəqəyə qul kimi həqarətlə yanaşırlar. Odur ki, belə bir iş adamları heç vaxt demokratik cəmiyyət mülkiyyətçilərinə bənzəməzlər. Avropada belə iş adamlarını nəqliyyatda gedən biletsizlərə oxşadırlar. İqtisad elmində isə “biletsizlər” adlanırlar. MTN əməkdaşlarının cinayətlərini araşdıran məhkəmələrdə, xalq bütün bunların şahidi oldu.
İdarə, müəssisə rəhbərləri Heydər Əliyev Mərkəzinin qarşısına toplaşmışdılar. Ayda-ildə bir dəfə işıq üzü görən “qəzetçilər” də, məhz onları mühasirəyə almışdılar. Hər kəsin “xələt”ini verirdilər. Qaz İstismarı İdarəsinin “arxalı” rəisi, onun özü kimi qırmızı qalstuk vuran “qəzetçi” İsrafil Quliyevlə opüşüb görüşdülər: “Gəl səni bir opüm, ay rəis”-İsrafil Quliyev çoxdanın həsrətlisi kimi, onu duz kimi “yaladı”, hər ikisi belə desək təbiətcə reketdirlər. Qaz İstismarı İdarəsinin rəisi əhalini boğaza yığıb, bir-neçə dəfə otağında karate döyüşü olub, mitinqlər keçirən sakinlər hələ ki, bu “arxalı” naxçıvanlıya ədaləti yeridə bilməyiblər. Asfalt zavodunun sahibi Mirkazım isə, qəbulda olan dostları 200 minlik avtomobildən düşmədən, elə onlara çatası “şirinliyi” pəncərədən çatdırdı.
Başçı və ora gələn kapitalist deputatlar isə, Heydər Əliyevin abidəsi önünə yaxınlaşarkən, Qarabağ veteran Səməd Həsənov onlara yaxınlaşmaq istədi: “Bədənimdəki çoxsaylı qəlpələri bunlarmı çaxaracaq? Deputat və iş adamlarına yaxınlaşmaq istəyinə, RPŞ rəis müavini Habil Ağayev serjantlara göstəriş verərək, Səməd bəyi qucaqlatdırıb aparmaq istədikdə, Səməd bəy onlara: “Mən keçmiş polis döyüşçü və veteranam. 102 xidmətinə, həmçinin Ramil Usubova sizdən şikayət edəcəyəm.” Əsabili deputat seçiblər ki, polislə qorunsun? Ondan yardım istəyən qazilərin artıq ikisi cənnətlik olub. Qazi Cavid bəy onkoloji xəstədir, heç bir köməyi yoxdur. Hətta 85 yaşlı atasını, imanlı dindarı avtomobil vurub öldürdü, bunların heç biri hüzürə belə gəlmədilər. Başçı mənim döyüşçü yoldaşımdır, o birilər isə, erməniyə güllə atanlara nifrət edənlərdirlər. Qorxurlar ki, güllələrin trayektoriyası dəyişə bilər. “Mən aclıq aksiyasına başlayacağam”-dedi Səməd Həsənov.
Başçı hesabat verib, gördüyü işlərdən danışıb, “İmişlini Aranın mərkəzinə çevirmək planım var”–deyib. Bir müəllim irad tutdu: “Təhsili Sabirabada, Mədəniyyəti Kürdəmirə, qazı Salyana, işığı Şirvan regional idarələrə veriblər. Necə İmişli Aranın mərkəzi ola bilər?” Vilyam Hacıyevin işlədiyi dövr ərzində Ə. Qasımovun xala oğlu olan Nazim Xəlilovu korrupsiya həbs etdi. Mədəniyyət idarəsini korrupsiya idarəsi məhşər ayağına çəkib. MRX qarşısındakı park Mədəniyyət Evinin balansında olub.
Həmin ərazini icra başçısının, bələdiyyə sədrinin vasitəsilə iş adamı Aslan Manafova, 1 kvadrat metrini 20 qəpikdən özəlləşdirib veriblər. Korrupsiya idarəsi həm Hasil Tağıyevi, həm də o vaxt mühasibi olan, 2013-cü il yerinə təyin etdirdiyi rəis Süleyman Bəşirovu ciddi fakt qarşısında qoyub, hal-hazırda da onun həbs olunacağı ilə söz-söhbət dolaşmaqdadır.
İmişli RİH-ə şikayətə gələn Otuziki kənd sakini Seyran Orucov bildirdi ki, “yolumuzun yarısını bşaçının göstərişi ilə çəkiblər. İndi asfalt zavod İmişlinin məhsulu Ağcəbədidə “pul qırır”. Vaxtilə Vilyam Hacıyev Naxçıvanı təyyarələrlə, ərzaqla, silahla təmin etdiyinə görə, Ulu Öndər onu Naxçıvanın fəxri vətəndaşı elan etmişdi. Karate üzrə qara kəmər ustası Vilyam Hacıyev bizim kəndə gələndə, aşağı təbəqə ilə, hamı ilə əllə görüşür.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayon ərazisindəki 5 idarə rəisi, saxta sənəd üzrə uzun müddətdir ki, gecələr sürücülərinin vasitəsilə bankomatlardan pul çıxarırlar. Guya torpaqları şorandan təmizləyiblər. 30 ildir ki, belə təmizləmə olmayıb. Ona görə də, bu idarə rəislərinin fermaları, əkinləri, biznesləri çiçəklənib, 6 aydan bir xaricdə müalicə alırlar. Uzun illərdir ki, İmişlinin mərkəzindən keçən su kanalının üfunət mənbəyinə və kanalizasiyaya çevrilməsi, əhalinin kanalizasiya sularını kanala buraxmaları, onların necə işləmələrini göstərir. Şəhər üzrə icra nümayəndəsi vəzifəsini daşıyan 70 yaşlı Məmi Atakişiyevin başı isə, 500 hektarlarla pambıq sahəsinə qarışıb.
Hidroqovşağın rəisi M. Mirişovun imzası əsasında, Araz çayı boyunca 45 qum-çınqıl karxanasını başqa rayondan olan “biletsizlər” ələ keçiriblər. Məhbub bəy ötən məqalələrdə onların adlarını sadalamışdı. Bu adamlar İmişlinin sərvətindən şişir, kökəlir, qudururlar, yerli sakinlər isə, quru çörəyə möhtacdırlar. Çoxunu ayağında qış ayaqqabısı deyil, nimdaş yay ayaqqabısı olur.
Qaz idarəsinin rəisi İsrafil Məmiyev hesabat yığıncağında çıxış edib ki, camaat qaz pulunu vermir, qazı kəsdikdə isə, onlar hücum çəkirlər. Deputat Əsabil Qasımov ilk dəfə “əndrabadi” çıxış edib və elə bilib ki, zaldakılar onu alqışlayacaqlar. Amma, o, olduqca pərt olur. Qaz rəisinə deyib ki, “qapı-qapı gəzib sakinlərə təbliğ edin ki, istilik sistemi qursunlar ki, qaz pulu az yazılsın”. Yerdəkilər replika atıblar ki, deputat elə bilir ki, hər kəs onun kimi yaşayır. İmişli şəhəri Qaçaq Nəbi küçəsində yaşayan Qasımov Miri bildirdi ki, “40 gün idi ki, xəstə yatan qardaşıma kömək edirdim, ailəvi onun evində qalırdıq. Qardaşım dünyasını dəyişdi, qaz işçiləri gəlib sayğacımı söküblər və onu Salyana göndəriblər ki, guya müdaxilə olub. Öyrənmişəm ki, 57 ailənin sayğacını söküb aparıblar və sonar da 50 manat rüşvət istəyirlər. Ötən illərdə sayğacı sökülüb aparılanlara 118 manat cərimə yazmışdılar. Qaz idarəsinin rəisi hər üçüncü və beşinci günlərdə, bu həftə isə, 6.02.2017-ci il saat 8-dən 20-dək qazın verilişini dayandırdılar. Belə bir addımdan da pul qazanırlar? Qorxduqları qüvvə yoxdur.
Əvəz Şükürovun MKT rəisi təyin olunmuş qardaşı Məcnun Şükürov, pambıq sahəsində əldə olunan uğurlardan danışarkən, deputat Çingiz Qənizadə onu sərt tənqid edərək bildirib ki, “sizin əməllərinizə görə çoxsaylı şikayətlər rəsmilərə və mənə də göndərilib. Nazirliklərə göndərmişik, onlar da şikayətləri təsdiq ediblər”-deyib. Sakinlər Ç. Qənizadəyə təşəkkür ediblər. Salmanov Yaqub Salman oğlu bildirdi ki, “iki ali təhsilim var. Özbəkistan Kənd Təsərrüfatı İnstitutunun mühəndis-mexanik, eləcə də pambıq email ixtisasına yiyələnmişəm. Vaxtilə, “ZİL” sürücüsü, sonra “bazarkom”, tikinti kralı olmuş Məcnun Şükürov, tikinti bumundan sonra MKT rəisi olub. Prezidentə, ƏƏSMM nazirinə yazdığım şikayətə İmişlidə əmək müfəttişi Cabbar mənə məktub göndərib ki, çağırışa gəlmədiyinizə görə şikayətininz bağlanıb. Coğrafiya müəllimi Səlim Məhərrəmovu Kənd Təsərrüfatı İdarəsin rəisi təyin ediblər. Mən mütəxəssis ola-ola çörək tapmıram, əsəblərim artıq dözmür. “Atın qabağına ət, itin qabağına ot qoyulan yerdə, səhv düşüb yerimiz. Ona görə də, ölkəni ədalətsizlik, rüşvət, monopoliya, qohum-əqraba hakimiyyəti bürüyüb”-dedi Yaqub Salmanov.
Hacı və həkim dostumuz bildirdi ki, “Çingiz bəy çıxışında önəmli məsələyə toxunub. Ağammədli, Əliqulular, Əlipənahlı və digər kəndlərdə heyvandarlıq, əkin sahələrini camatın əlindən alıb dövlətə qaytarır və pambıq əkininə çevirirlər. Ona görə də ət məhsullarının qiyməti az qala iki dəfə artıb. Otun hər bağını 4 manata satırlar. Pambığa görə strateji heyvandarlğı məhv etmək qətiyyən olmaz”-deyib Ç. Qənizadə.
İkinci qrup əlil, nitqi qüsurlu olan Xəlilov Elçin Baloğlan oğlu, DSMF idarə rəisi İntiqam Əliyevdən prokurora şikayət edibmiş. Cavab məktubunda prokurorluq yazıb ki, “Yeni il” bayramı münasibətilə 2016-cı il tarixdə paylanılan yardım ünvanlı sosial yardım alan sakinlərə verilib və əlili başlarından edəndə, E. Xəlilov DSMF rəisi İ. Əliyevin qəbuluna gedib. Allah evini ziyarət etmiş İ. Əliyev əlili hədələyib ki: “Səni məhkəməyə verib 500 manat cərimə etdirəcəyəm”. Şadlıq sarayının sahibi Elçin isə, şəhər ərazisində 28 həyət evini alıb, hər birində eyni formada və dəyəri 500 min manat olan villalar tikdirib. Az qala şəhər ərazisi təkcə bunlarındır. Təzə biri də peyda olub. Pyatiqorskda ermənilərlə əlaqədə olan Tahir adlı şəxs də, dəyəri milyon dollarla ölçülən “Nərgizim” şadlıq sarayı ətrafında iki ədəd beş mərtəbəli otellər tikdirib. Bu şəxslər 1990-cı illərdə çörəyi güclə tapırdılar. 09 dekabr 2016-cı il həmən sarayda Pyatiqorsk Qurban adı ilə tanınan İmişli sakini toy edib.

İmişlidə çirkli pullar hesabına dövlətin bünövrəsini sarsıtmaq, sabiq icra başçısı Ə. Ağayevin imzaladığı sərəncamlarla rəsçiləşdirmişdi. Çirkli pulları yuyan sabiq icra başçısı hətta rayondakı “Şəhidlər Xiyabanı”nı, parkları da satmaqdan çəkinməmişdir. Ə.Ağayevin bacısı oğlu və sürücüsü olmuş Natiqin açıqlaması ilə, onun sərvəti əlindən alınmış və o da “biletsiz sərnişin” olaraq əksər biletsiz, çirkli pul sahiblərini İmişlinin başına keçirmişdir. Natiq Almaniyadan sığınacaq aldıqdan sonra, o, İmişli üçün biabırçı, olduqca acınacaqlı işləri açıqlamışdı.
Vilyam Hacıyev başçı təyin olunduqdan sonra, baş verən biabırçılıqlar ona danışılır. O, onların hər birini biabırçı şəkildə İmişlidən, daşıdıqlları vəzifələrindən qovur, bu gün də qovmaqdadır. Ona görə də, bu gün “biletsizlər” onu sevmirlər. Görəsən deputat Əsabil Qasımov ötən on ildə bir dəfə olsun belə hesabat veribmi?
Bugünkü icra başçısının da nöqsanları kifayət qədərdir. Qaz istismarı idarəsinin rəisi İ. Məmiyevi kim himayə edir? İcra başçısı deyilsə, bəs kimdir? Eləcə də, parkları özəlləşdirənləri, vaksinləri vurulmayanları kim himayə edir, cənab başçı?

Həsən Dərya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat və icra başçısının yalanı faş oldu

    Deputat və icra başçısının yalanı faş oldu ...

    1-02-2013, 10:22

  • 
  • Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: Beyləqan RİH başçısı hesabat yığıncağına belə “hazırlaşır”

    Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: ...

    19-02-2016, 15:49

  • 
  • İmişlidə deputatla icra başçısının komik “seçki texnologiyası”

    İmişlidə deputatla icra başçısının komik “seçki ...

    9-10-2015, 19:59

  • 
  • İmişlidə Əsabil Qasımov dövranı

    İmişlidə Əsabil Qasımov dövranı ...

    3-06-2013, 16:12

  • 
  • İcra başçısının oğlunu döydülər – Özəl

    İcra başçısının oğlunu döydülər – Özəl ...

    28-11-2013, 15:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu