“Bütün cəmiyyətlərdə belə hallar baş verir. Ona görə belə satqınlığın olması mümkündür”.
Bu sözləri Politika.Az-a deputat Fazil Mustafa talış separatçısı Şahin Mirzəlinin Ermənistandan sığınacaq alması haqda danışarkən bildirib.
Onun fikrincə, bu fakt Azərbaycanın əleyhinə işləməyəcək: “Özü də burada talış separatçısı adını da qoymaq doğru deyil. Çünki talışlar Azərbaycanın ən ləyaqətli vətəndaşlarıdır. Onlar hər bir halda Azərbaycanda problemi olmayan insanlardır.
Sadəcə olaraq belələri satqın çıxan Azərbaycan vətandaşıdır. Bunlar vətən xainləridir. Belələri olacaq”.
Deputat hesab edir ki, biri sosial durumu, biri özünün siyasi baxışını bəhanə edib Ermənistana keçəcək: “Onda deməyəcəyik ki, haralıdı o? Müharibədə bizim sonucu milli qəhrəmanımız milliyətcə ləzgidir. Amma Azərbaycan üçün şəhid olub bu insan”.
Qeyd edək ki, sosial şəbəkələrdə Ş.Mirzəli ilə bağlı müzakirələr gedir. Onun vətənə xəyanət etməsi lənətlənir.
Cənub zonasından olanlar və miliyyətcə talışlar da onun bu addımını pisləyir. Ümumilikdə ictimai rəy ondan ibarətdir ki, bu fakt Azərbaycan xalqı arasında bölücülük sala bilməz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?