... Artıq Azərbaycanda dindarlar xütbə dediyinə, cümə namazı qıldığına görə də həbs olunurlar
Gülalıyev facebook- səhifəsində yazır ki, Masallıda xütbə oxuduğuna görə Azərbaycan Ruhanilər Məclisinin üzvü, "Maide.az" saytının baş redaktoru və Masallı şəhər Cümə imamı Şeyx Sərdar Hacıhəsənli (Sərdar Babayev) həbs olunub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə Cümə namazı qıldığına görə polisə şikayət edib. İcra başçısının şikayəti əsasında o həbs olunub. Ona Cinayət Məcəlləsinin 168-1.3- ci maddəsi ilə cinayət işi açılıb. Şeyx Sərdar Hacıhəsənlinin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 22 fevral 2017- ci il tarixli qərarda deyilir ki, o, Masallı şəhərində cümə məscidinin həyətində rəsmi icazə olmadan xütbə oxumuş və İslam dininə aid olan cümə namazına rəhbərlik etmişdir (!?).
Onun həbsinə etiraz edən 15 dindar saxlanılıb və onların 4- nə- Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilib. Saxlanılanlardan bir qismi müxtəlif pul cərimələri ilə azadlığa buraxılıb. Sərbəst buraxılan dindarlar bildirir ki, polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalıb. İnsanların dini, vicdan, etiqad azadlığının pozulmasına dair daha bir fakt. Bundan sonra dindarlar danışanda, çıxış edəndə və namaz qılanda bunları nəzərə alsınlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?